Bu gün Vaşinqtonda Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi görüşdə əsas diqqət mərkəzində olacaq.
Dünən Rusiya prezidenti Dmitri Medvedev Kaliforniyanın “Silikon vadi”sində yüksək texnologiya rəsmiləri ilə görüşüb. “Cisco Systems” şirkəti Rusiyaya 1 mlrd. dollar sərmayə yatıracağını elan edib. D.Medvedev San-Fransiskoda olarkən “Twitter” sosial şəbəkə saytının baş ofisinə də baş çəkib.
|