Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrin parlament birliyi – Avronest PA-nın tərəfdaş dövlətləri nümayəndə heyəti rəhbərlərinin görüşündə iştirak etmək üçün bu gündən iyunun 25-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər.
Avropa Parlamentində keçiriləcək tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Ukrayna, Moldova təmsilçiləri və Avropa Parlamentinin deputatları iştirak edəcəklər.
Toplantıda Avronest PA-nın təsis və prosedur sənədləri, qurumun işinin təşkili və digər məsələlər müzakirə olunacaq.
|