Bu günün sonunadək 11-ci siniflər üçün keçirilən buraxılış imtahanların nəticələri məlum olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib.
Nəticələrin ötən gecə emal olunduğunu vurğulayan M.Mərdanov bildirib ki, bu gün Bakı, Sumqayıt və Abşeron məktəbliləri attestat alacaqlar. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq hər bir şagird görəcək ki, ona hansı nömrəli attestat veriləcək. Nazir qeyd edib ki, bu ilki imtahanın nəticələri ümumən ötən ildəkindən xeyli yüksəkdir.
|