Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 2819 abituriyentdən 670 nəfəri imtahana gəlməyib.
Abituriyentlərdən 1225 nəfəri müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb.
Abituriyentlərdən 5 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 6 nəfərin köşürməyə yol verdikləri aşkar edilmiş qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
|