Qarabağ müharibəsi zamanı, 1992-ci ilin yanvarında polkovnik - leytenant Riad Əhmədovun başçılığı altında həyata keçirilən "Daşaltı" hərbi əməliyyatı barədə film çəkiləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Real hadisələr üzərində qurulacaq bədii-sənədli film azərbaycan və türk dillərində lentə alınacaq. Filmin müəllifi və prodüseri Rüfət Şixiyevdir. Qeyd olunub ki, "Daşaltı" əməliyyatı uğursuz başa çatıb və Riad Əhmədov əsir alınaraq Spitakda saxlanılıb. Ekran əsəri Türkiyə kanallarında nümayiş olunacaq.
|