İyunun 17-də Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının açılmasilə bağlı müqavilə bağlanacaq. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müqaviləni bu ali təhsil ocağının rektoru, professor Səməd Seyidov və Avstriyanın Azərbaycana yeni təyin olunan səfiri Silviya Mayer Kaybiç imzalayacaq.
Müqaviləyə əsasən, kitabxananın fonduna 3000-dək kitab, müxtəlif materiallar daxil edilib.
Qeyd edək ki, universitetdə Avstriya Mərkəzi fəaliyyət göstərir.
|