Bu il MDB İcrayə Komitəsi tərəfindən, MDB ölkələrində Gənclər İli elan olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. Gənclər ili çərçivəsində Azərbaycanda bir sıra tədbirlərin keçiriləcəyini vurğulayan İ.Babayev qeyd edib ki, tədbirdə əsasən MDB ölkələrindən gələn yaradıcı gənclərlər iştirak edəcək. Onun sözlərinə görə, burada həmçinin sərgi və konsertlər də nümayiş olunacaq. Tədbirlər çərçivəsində Dəyirmi masaların təşkil olunacağını diqqətə çatdıran İ.Babayevin sözlərinə görə, tədbirlərdə MDB ölkələri gənclərinin əməkdaşlığının daha da genişləndirməsi məsələləri müzakirə olunacaq. O, hazırda ölkədə bir sıra tədbirlərin başladığı və burada MDB ölkələrindən 100 yaxın gəncin iştirak etdiyini qeyd edib.
|