Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəməsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, palatanın iclasında AR Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” AR Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Nəcəf Talıb oğlu Quliyevin şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 27-nə təyin edilmiş iclasında baxılacaq.
|