ABŞ prezidenti Barak Obama Fələstin hökümətinin başçısı Mahmud Abbasla görüşü zamanı Fələstinin inkişaf etdirilməsi, Qəzza bölgəsində yenidənqurma işini həyata keçirmək üçün 400 mln. dollar ayıracağını bildirib. KƏLAMİNFO xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, 400 mln. dollar Qəzza bölgəsində yeni məktəb və xəstəxanaların, yaşayış evlərinin tikintisinə xərclənəcək.
Qeyd edək ki, sözügedən ərazi hazırda İsrail höküməti tərəfindən blokada vəziyyətində saxlanılır.
|