Sabah Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Ölkəni xilas edən böyük qayıdış” adlı tədbir keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva verib.
N.Əliyeva bildirib ki, tədbirdə Milli Qurtuluş Gününün Azərbaycan tarixində yeri və rolu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası haqqında çıxışlar olacaq.
|