İyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş görkəmli Azərbaycan aktyoru, respublikanın xalq artisti Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş “İkinci ömür” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Sənətkar və onun yaradıcılığı haqqında teatr və kino xadimləri, aktyorun pərəstişkarları, ailə üzvləri çıxışlar edəcək, onun haqqında xatirələrlə bölüşəcəklər.
Filmin rejissoru Gülnarə Abdullayeva, operator Samir Həsənov, səs rejissoru Teymur Abdullayev, montaj Elmar Vəliyev, prodüser Abdulnəsir Kutiyevdir.
|