İyunun 29-30-da Astanada tolerantlıq, insan hüquqlarının qorunması və mədəniyyətlərarası dialoqla əlaqədar ATƏT-in konfransı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə quruma üzv olan 56 ölkədən, o cümlədən Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.
Konfransda ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev geniş məruzə ilə çıxış edəcək.
Konfransın keçirilməsində məqsəd bu mühüm məsələlərlə əlaqədar ATƏT çərçivəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək göztərilməsindən ibarətdir.
ATƏT-in üzvü olan ölkələrin ekspertləri tolerantlıq və insan hüquqlarının qorunması üzrə etniklərarası və konfessiyalararası dialoq mexanizminin yaradılması sahəsində təcrübə mübadiləsi də aparacaqlar.
|