Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya bildiriblər ki, səfərin məqsədi iyunun 5-də Venesiyada Avropa Şurası Venesiya Komissiyasının yaradılmasının 20 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməkdir.
E.Məmmədyarov Venesiyada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşəcək.
|