“Mavi Mərmərə” gəmisində İsrailin silahlı hücumuna məruz qalan könüllülər Məhkəmə Tibb Ekspertizası Mərkəzinə aparılıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumda həyatını iritən 9 nəfərin cənazəsi məhkəmə tibb ekspertizasından keçirilib. Ekspertizanın ilkin rəyində 9 nəfərin yaxın məsafədən silahla vurularaq öldürüldüyü bildirilib.
Daha sonra cənazələr Məhkəmə Tibbi Ekspertizası Mərkəzindən alınıb.
Hazırda İsraildə həbs edilən və yaralananlar eskpertizadan keçirilir.
|