Universitet Təhsilli Qadınlar Cəmiyyəti (UTQC) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Yeni seçilmiş qadın bələdiyyə üzvlərinin peşəkarlığını artırmaq məqsədilə maarifləndirmə təlimlərinin keçirilməsi” adlı layihə həyata keçirməyə başlayıb. Cəmiyyətdən KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində yeni seçilən qadın bələdiyyə üzvləri üçün Bakı və bölgələrdə təlimlər keçiriləcək. İlk təlim 4-5 iyun tarixlərində Bakıda reallaşacaq.
Layihənin məqsədi bələdiyyə üzvlərinin peşəkarlıqları və hüquqi biliklərinin artırılmasıdır.
Xatırladaq ki, bu, qurumun “Qadın və bələdiyyə” mövzusunda keçirdiyi 3-cü layihəsidir.
|