Azəri-Türk Qadınlar Birliyi Türkiyənin təşkilatçılığı ilə Qəzzaya humanitar yardım aparan yük gəmi karvanının İsrailin hərbi qüvvələri tərəfindən hücuma məruz qalması ilə bağlı bəyanat yayıb. KƏLAMİNFO xəbər verir ki, bəyanatda İsrailin Türk bayrağına və vətəndaşlarına qarşı sayğısızlığı, xüsusilə silahsız, insani yardım daşıyan insanlara qarşı qətliam törətməsinin qəbul edilməz olduğu vurğulanıb.
Bəyanatda hadisə şiddətlə pislənir və canilərin ədalət məhkəməsi qarşısına çıxarılması, bütün əsirlərin tezliklə vətənlərinə qayıtmaları tələb edilir.
|