Bu gün axşam saatlarında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Sərgi salonunda Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş sərginin açılışı olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Tədbir ənənəvi olaraq hər ilin bu günü keçirilir. Sərgidə “DA' Art” Təsviri İncəsənət Mərkəzi və Bakı şəhər uşaq incəsənət məktəbləri şagirdlərinin 170-ə yaxın rəsm əsəri və əl işləri nümayiş etdiriləcək. Burada rəngkarlıq, qrafika, batika, şüşə üzərində naxış, tətbiqi incəsənət nümunələri, saxsıdan, gildən hazırlanmış əşyalar, kuklalar sərgilənəcək.
|