Bu gündən etibarən Rusiyanın Baş naziri Vladimir Putinin Finlandiyaya işgüzar səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Vladimir Putin finlandiyalı həmkarı Matti Vanhenan ilə görüşəcək və iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, energetika, elmi - texniki innovasiya, meşə təsərrüfatı və s. sahələrdə qarşılıqlı razılaşmalar əldə olunacaq.
Qeyd edək ki, iki ölkə arasında 2009-cu ildəki ticarət dövriyyəsinin həcmi 5 mlrd. avro təşkil edib.
|