İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Ağdaşda məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə qarşıdan gələn bayramlar – 28 may Respublika Günü və 15 iyun Milli Qurtuluş Günü münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya İqtisadi İnkişaf Nazirliyindən veriblər. Qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlıq edib, işğal olunan torpaqlarımızın tezliklə qaytarılacağına ümidvar olduqlarını vurğulayıblar.
|