Rusiyanın Azərbaycanla sərhəddinə yaxın hissəsində Mozdok-Qazıməmməd qaz kəməri partlayıb. Partlayış Dağıstanın Kizlər şəhərindən bir qədər aralıda, Çeçenistan ərazisində baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayışdan dərhal sonra yanğın olub.
Hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur. Partlayışın səbəbi hələ ki müəyyənləşdirilməyib.
|