Ermənistan parlamentinin spikeri Ovik Abramyan yerli hökumətin fəaliyyətindən narazılığını açıqlayıb. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, xüsusilə hökumətin qanun layihələri üzərində işləmə üslubu spikerin ciddi narazılığına səbəb olub.
O.Abramyan son zamanlar hökumətin qanun layihələrini diqqətlə öyrənmədiyini, tələsik parlamentin müvafiq komissiyalarının müzakirəsinə verdiyini bəyan edib.
|