Bu gün səhər saatlarında Əfqanıstan sərnişin təyyarəsi dağlara düşüb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 sərnişin və 5 heyət üzvü olan təyyarənin HinduQuş dağlarına düşdüyü və qalıqlarının hələ də tapılmadığı bildirilir.
Ümumilikdə 43 nəfər itkin düşüb. Göyərdtədəki sərnişinlərin çoxu xaricilər olub.
Qeyd edək ki, Əfqanıstandakı NATO qüvvələri də təyyarənin qalıqlarının axtarışına yardım edir.
|