Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Çingiz Əbdülməcid oğlu Fərzəliyev Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Muzeyinin direktoru vəzifəsində işləmiş İsrafil Ramazan oğlu İsrafilov isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə keçirilib.
|