Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri zamanı ona xüsusi hədiyyə təqdim olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər Medvedevə xüsusi avtomobil hədiyyə ediblər.
Rusiya prezidentinə Ankarada qara rəngli zirehli “Jeep” hədiyyə olunub. Hədiyyə Ankarada Rixos Otel qarşısında jurnalistlərə də göstərilib. Qara “Jeep” özünün daxili dizayn tərtibatı ilə diqqəti cəlb edib.
|