Xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonda işgüzar səfərdədir. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu gün A.Əzimov Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi cəhətlərinə həsr olunan rəsmi sənədin BMT-də yayılmış hesabatlarının rəsmi təqdimatında iştirak edəcək. Nazir müavini səfər çərçivəsində noyabrın 5-də Nyu-Yorkda Azərbaycan diplomatiyasının 90-cı ildönümünə həsr olunmuş konfransda da iştirak edəcək.
|