Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bələdiyyələrə namizədlərin qeydə alınması üçün imzatoplama kampaniyası başa çatdırılıb. Hazırda imzalarını Dairə Seçki Komissiyalarına təqdim edən namizədlərin qeydə alınması prosesi davam edir. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, bu günə kimi imza vərəqələrini təqdim edənlərin 2000 nəfəri Dairə Seçki Komissiyaları tərəfindən bələdiyyələrə namizəd kimi qeydə alınıb.
|