Prokurorluq orqanlarına sənədlərin qəbulu başa çatıb. Bu barədə məlumatı AZADİNFORM-a Respublika Baş Prokurorluğundan veriblər. “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə və müvafiq Qaydalara uyğun olaraq Respublika Baş Prokurorluğu tərəfindən elan edilən müsabiqə 60 ştat vahidi üzrə olub. Müsabiqənin test imtahanı mərhələsinin tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilən qanunların siyahısı və digər məsələlər barədə mətbuat, prokurorluğun veb-saytında ( www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında asılan lövhədə mütəmadi məlumatlar veriləcək. Qeyd edək ki, Baş Prokurorluğun müsabiqə komissiyası tərəfindən vakant ştatların sayının artdığı nəzərə alınmaqla, prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlərə daha geniş imkanlar yaradılması məqsədilə müsabiqəyə çıxarılan vakant ştat sayı 20 vahid artırılıb.
|