Dünən axşam radələrində Rusiyanın paytaxtı Moskvanın cənub hissəsində bir qurup naməlum şəxs qafqazlılara silahlı hücum edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkmişlərdən bir nəfər ağır halda xəstəxanaya çatdırılıb.
Hücuma məruz qalanlar arasında Şimali Qafqaz xalqlarının nümayəndələri ilə yanaşı, bir nəfər azərbaycanlı da olub. İnsident Moskvanın cənubunda general Belov küçəsi, ev 25-in yaxınlığında baş verib. Davanın gedişində hücum edənlərdən biri travmatik tapançayla bir neçə dəfə atəş açıb.
Hücum edənlər qara rəngli “VAZ-2114”də hadisə yerindən qaçıblar. Qafqazlılar isə maşının 2 şüşəsini sındıra biliblər.
|