Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Bakıda Dünya dini liderlərinin sammiti işə başlayıb
    Bu gün Bakıda, “Gülüstan” sarayında Dünya dini liderlərinin sammiti işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılışında iştirak ediblər. Tədbirdə dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-ə yaxın nümayəndə iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev sammitin açılış mərasimində çıxış edib. Prezident İlham Əliyev sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb. Dövlət başçısı Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsinin artıq ənənəvi xarakter aldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşayıblar. “Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatı, 10 ilə yaxındır, Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilib. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində birgə yaşayıblar. Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”,-deyə prezident İlham Əliyev vurğulayıb. Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dmitri Medvedyevin sammit iştirakçılarına təbrik məktubunu oxuyub. QMİ-nin sədri A.Paşazadə çıxış edib. A.Paşazad bildirib ki, tədbirdə, əsasən qloballaşma və din mövzusu müzakirə olunacaq, dini liderlər qloballaşan dünyada dini dəyərlər və dini münasibətlər mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar. Moskva və bütün Rusiyanın patriarxı Kirill isə çıxış edərək sammitdə bəşəriyyətin üzləşdiyi problemlərlə bağlı diskussiyaların aparılacağını vurğulayıb. O, tədbirin mühüm əhəmiyyəti olduğunu və dinin cəmiyyətdə rolunun böyük olduğunu söyləyib. Qeyd edək ki, sammit keçmiş SSRİ məkanında ən iri dinlərarası təşkilatın - MDB Dini Şurasının təşkilatçılığı ilə keçirilir. İki gün ərzində sammit iştirakçıları sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələləri müzakirə ediləcək. Sammitin yekunlarına dair rəsmi sənədin qəbul olunacağı gözlənilir. Sənəddə dünya dinlərinin həyat və bəşəriyyətin mənəvi inkişafı naminə səmərəli qarşılıqlı fəaliyyət səyləri əksini tapacaq.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 26.04.10 | Baxılıb: 237

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30