Bu gün Türkiyə Quru Qoşunları Komandanı, ordu generalı İşıq Koşenerin Azərbaycana səfəri başlayır. Bu barədə məlumatı Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər.
Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində İ.Koşener Bakıda bir sıra görüşlər keçirəcək.
Bu gündən noyabrın 6-dək həmçinin Azərbaycan-Türkiyə İkitərəfli Əməkdaşlıq Planına əsasən Azərbaycan HDQ nümayəndə heyətinin Türkiyə HDQ-nin gəmi təmiri zavodlarının imkan və qabiliyyətlərinin öyrənilməsi məqsədilə İstanbul şəhərinə səfəri planlaşdırılır.
|