Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi sabah Milli Məclisin İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə və digər komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq. Bu barədə məlumatı parlamentdən veriblər.
Qanun layihəsi komitələrdə müzakirə olunduqdan sonra noyabrın 10, 11, 12 və 13-də isə Milli Məclisin plenar iclasına təqdim olunacaq.
Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 mlrd. 15 mln. manat, xərcləri isə 11 mlrd. 264 mln. manat proqnozlaşdırılır.
|