Qırğızıstan prezidenti Kurmanbək Bakiyev tutduğu postdan istefa verib. KƏLAMİNFO xəbər verir ki, K.Bakiyev aprelin 15-də ölkəni tərk edərək Qazaxıstana uçmamışdan öncə istefa ərizəsi yazıb.
K.Bakıyevin istefaya getdiyini müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva da təsdiq edib.
Qeyd edək ki, K.Bakıyev istefa ərizəsində bildirib ki, bu faciəli günlərdə mən (Kurmanbəy Bakiyev) xalqın gələcəyi və Qırğızıstanın bütövlüyü üçün bütün məsuliyyəti dərk edirəm və Konstitusiyanın 50-ci maddəsinə uyğun olaraq istefaya gedirəm.
|