Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Din və fəlsəfə
    “Din” ərəb sözüdür. Bu söz lüğətdə mükafat mənasını ifadə edir. Dinin bir termin olaraq izahına gəldikdə, tədqiqatçıların fikrincə, hazırda dinin səksəndən artıq tərifi mövcuddur. Bunun səbəbi dinə müxtəlif aspektlərdən yanaşılmasıdır. Fəlsəfə ensiklopedik lüğətində din tarixi hadisə adlandırılır və deyilir: “Din ictimai şüur formalarından biri; bir və ya bir neçə ilahi varlığın, müqəddəslərin, yəni fövqəltəbiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyətidir”.
    Məşhur Amerika filosofu və psixoloqu Uilyam Ceyms (1842-1910) dinə psixoloji prizmadan açıqlama verir. O deyir: "Din insanın Allah adlandırdığı varlıq qarşısında keçirdiyi hisslər və gördüyü işlərdən ibarət bir sistemdir".
    Fransız sosioloq və filosofu Emil Dürkheym (1858-1917) öz sosioloji-fəlsəfi düşüncələrində din adlı ictimai hadisəni insanları müqəddəs məfhumlar vasitəsilə bir araya gətirən qanun və əqidələrdən ibarət kompleks kimi təqdim edir. "Əql və dini etiqad“ kitabında isə dinə verilən təriflərin əhatəli olmaması vurğulanır və ortaya daha dəqiq tərif qoyulmasına çalışılır. Yəni hazırda mövcud olan dinlərin hamısını əhatə edəcək bir tərif. Müəllifə görə, dinin ən ümumi tərifi belədir: “Din ülvi bir həqiqət ətrafında toplanmış əqidələr, ayinlər məcmusudur”.
    Nəhayət, müasir İran filosofu və ilahiyyatçısı Misbah Yəzdinin fikrincə, din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır. Dinə verilən tərifləri təkrarlamaq lüzumsuzdur. Düşünürük ki, dinə hər hansı bir formada tərif verməzdən öncə hansı dindən söhbət getdiyini müəyyənləşdirməliyik.
    Dünyada mövcud olan dinlər müəyyən bir təsnifə əsasən üç hissəyə ayrılır:
    1. İbtidai dinlər (animizm, totemizm, fetişizm və s.);
    2. Fəlsəfi dinlər (hinduizm, buddizm, konfusilik və s.);
    3. Vəhyə əsaslanan dinlər (yəhudilik, xristianlıq və islam).
    Bu dinlərin hər biri özünəməxsus əqidə və ayinlərə malikdir. Belə bir vəziyyətdə bütün dinləri əhatə edən ortaq və eyni zamanda dəqiq tərif vermək mümkündürmü? Zənnimizcə, bu iş mümkün olsa da, lüzumsuzdur.

    Dinin tərifi

    Biz burada din fəlsəfəsi bəhslərini islam dininə müvafiq şəkildə təqdim edəcəyimizdən əvvəlcə dinin islama uyğun tərifini veririk: “Din vəhylə gələn, insanların “Quran” və sünnə vasitəsilə doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və dəyərlər toplusudur”.
    Bu tərifin şərhi olaraq qeyd edək ki, din mütəxəssislərinin nəzərincə, islam dini məzmun baxımından üç hissəyə bölünür:
    1. Əqidəyə aid məsələlər. Burada hər bir müsəlmanın hansı təməl əqidələrə yiyələnməli olduğu bəyan edilir. Allahın varlığına və yeganəliyinə inanmaq, ölümdən sonrakı həyatı haqq bilmək bunun bariz nümunələrindəndir. İslam maarifində bu kimi məsələləri araşdıran elm “Kəlam elmi” adlanır.
    2. İslam dininə əsasən, vacib və haram olan işlər. Məsələn, namazın vacibliyi və başqasına təcavüz etməyin haram olması. Bu bölməyə "şəriət hökmləri" də deyilir. Şəriət məsələlərini izah edən sahə “fiqh” adlanır.
    3. İnsanın yaxşı və pis rəftarları.
    Qeyd edək ki, bu hissədə müzakirə obyekti vacib və haram işlər deyil. Hərçənd bəzi alimlər bir sıra haram işləri də bu bölmədə açıqlayırlar. Deməli, üçüncü hissənin əsas qayəsi görüləsi yaxşı və tərk ediləsi pis işlərdir. Qonşuya yaxşılıq etmək və ya başqasına bədgüman olmamaq kimi məsələlər burada misal göstərilə bilər. Belə qanunların tədqiqi və şərhi “əxlaq” elminin öhdəsinə düşür.
    Bu üç bölməyə aid təlimləri nəzərdən keçirərkən əqidəyə aid məsələlərin praktiki məsələlər olmadığının şahidi oluruq. Yəni birinci bölmədə yalnız bu əqidələrə sarınmaq və onlara inanmaq tələb olunur. Fiqh və əxlaq məsələlərinin məzmunu isə fərqlidir. Çünki bu iki sahədə bir sıra qanunlar və ilahi dəyərlərə istinad edən qaydalarla üzləşirik. Məsələn, namaz qılmaq vacibdir, digərinin malına və canına təcavüz etmək haramdır, ata-ananın xidmətində dayanmaq yaxşıdır, özünü başqalarından üstün tutmaq pisdir kimi fiqhi və əxlaqi təlimlər təkcə inanılası əqidələr yox, həm də ilahi qanunlar və dəyərlər toplusuna aid olan əməllərdir. Deməli, islam dini özündə həm həqiqətləri (əqidə və inancları), həm də dəyərləri ehtiva edən bir dindir.

    Din fəlsəfəsi

    Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ eramızdan əvvəl V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdən başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi “Qurani-kərim”in özü ilə eyni vaxtda başlayıb. Bu müqəddəs kitabda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur.
    Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan verib. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış din fəlsəfəsi elmindən forma və məzmunca bir qədər fərqlənir. Qeyd etdiyimiz kimi, din fəlsəfəsi XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi renessansdan sonrakı elmi-fəlsəfi cərəyanlarla az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə hadisəsindən kənarda qalmayıb. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdi.
    Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatlari özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərib:
    a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;
    b) Dinlə bağlı yeni sualların cavablandırılması;
    c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;
    d) Dinin insan problemləri ilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.
    Din fəlsəfəsi elminin yeni şəkil almasının əsas səbəbi məhz onun modern dövrdə tədqiqata cəlb edilməsidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imamşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdusa, din fəlsəfəsi elmində mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərə bilərik. Din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır. Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar.

    Din fəlsəfəsinə verilən təriflər

    Mehmet Aydın “Din fəlsəfəsi” əsərində yazır: “Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır”. Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.
    Hadi Sadiqi “Yeni kəlama müqəddimə” əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: “Din fəlsəfəsi dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir”.
    Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.
    Müasir Amerika filosofu David Ray Griffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, “Postmodern dünyada Tanrı və din” kitabında yazır: “Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşüncələr ”ilahiyyat” adlanır”. Şübhəsiz, bu təriflərin hər biri müəyyən baxımdan həqiqəti əks etdirir. Lakin din fəlsəfəsi mövzularının islam dini prizmasından təhlili və şərhi məsələnin mahiyyətini dəyişdirir. Hərçənd bu fərq forma fərqi kimi müşahidə olunmur. Yəni fəlsəfi üslub hər iki sferada eynidir. Beləcə, din fəlsəfəsi elminə islam həqiqətləri çərçivəsində bu şəkildə tərif verə bilərik: Bu elmdə islam dininin təməl əqidələrinə əsaslanaraq müvafiq bəhslərlə bağlı müxtəlif filosof və ilahiyyatçıların təhqiqi və tədqiqi baxışları toplanıb. Burada məsələlərin izahı müqayisəli tərzdə həyata keçirilir, müxtəlif dinlərdəki əqidələrə də müraciət olunur. Lakin nəhayətdə problem islam prinsipləri əsasında həll edilir.

    Xülasə

    Din fəlsəfəsi din barədə fəlsəfi düşüncələr və axtarışlar məcmusudur. Fəlsəfə nədir? Fəlsəfə yunan mənşəli sözdür. Bu söz “Phileo” - sevirəm, “sophia” -müdriklik sözlərinin birləşməsindən yaranıb. Ümumilikdə fəlsəfə həyatın və bəşəriyyətin həyat problemlərini əql baxımından araşdırmağa çalışır. Fəlsəfə tarixçiləri fəlsəfənin bir neçə mərhələyə bölündüyünü vurğulayıblar. Qədim yunan fəlsəfəsi, yaxud antik fəlsəfə, orta əsrlər fəlsəfəsi, yeni dövr fəlsəfəsi və müasir fəlsəfə. Antik fəlsəfənin birinci mərhələsi eramızdan əvvəl VII əsrin ortalarından V əsrə qədər davam edib. Bu dövrdə filosoflar kainatın yaranış tərzi haqqında düşünüblər. Eramızdan əvvəl V və IV əsri əhatə edən antik fəlsəfənin ikinci mərhələsində filosoflar etika, təbiət və metafizika barədə fikirlərini irəli sürüblər. Qədim yunan fəlsəfəsinin üçüncü mərhələsi eramızdan əvvəl IV əsrin axırlarından eramızın III əsrinə qədər davam edib. Fəlsəfə tarixində qeyd edilir ki, bu mərhələdə fəlsəfənin əsas mövzusu, üç məsələdə xülasə olunur: məntiq, təbiət və etika.
    III əsrdən V əsrə qədər hökm sürən fəlsəfi dövr isə Yeniplatonçuluq ideyalarından bəhrələnib. Bu dövrün ən məşhur filosofu Plotin III əsrin iztirablı şəraitində insanları səadətə çatdırmaq, onlara ruhi sabitlik gətirmək istiqamətində yeni fikirlərin müəllifi olub.
    Qərb fəlsəfəsi tarixində V əsrdən XIV əsrə qədər orta əsrlər fəlsəfəsi adlanır. Antik fəlsəfədən tərqli olaraq orta əsrlər fəlsəfəsi xristian dinini əqli sübutlarla müdafiə etmək məqsədilə meydana gəldi. Bu mərhələnin ən məşhur simalarından sayılan Avqustin, Anselm və Akvinalı Foma öz fəlsəfi görüşlərində əsasən din və əql münasibətlərinə geniş yer verir, fəlsəfənin dini əqidələrin xidmətində olmasına çalışırdılar.
    Avropa tarixində XIV əsrdən XVII əsrə qədər intibah-renessans dövrü yaşanmışdır. İntibah prosesində insanların həyata baxışı ilahi qanunlar və dəyərlər prizmasından çıxır və qeyri-ilahi, yəni insani çərçivəyə daxil olur.
    İntibah dövrü XVII əsrdə yaranan yeni fəlsəfə cərəyanlarına müqəddimə xarakteri daşıyırdı. XX əsrin ortalarına qədər davam edən yeni fəlsəfə özündə çoxsaylı fəlsəfi sistemləri ehtiva edir. Bu fəlsəfi cərəyanların mahiyyətində Allaha ehtiyac duymadan insan problemlərinin həll olunması iddiası dayanırdı.
    XX əsrin axırlarından indiyə qədər hökm sürən fərqli fəlsəfi, ədəbi, ictimai cərəyan postmodernizm adlanır. Postmodernistlər modernistlərdən fərqli olaraq bütün fəlsəfi, siyasi, ictimai və ədəbi nəzəriyyələrin tənqidinə çalışırlar. Bu isə nisbilik təfəkkurunun başlanğıcı hesab olunur. Qərb fəlsəfəsindən fərqli olaraq müsəlman şərqində ərsəyə gələn şərq fəlsəfəsi o qədər də təzadlı nəzəriyyələrin şahidi olmayıb.
    VII əsrdə Şərqdə islamın zühuru ilə yeni fəlsəfi-ictimai fikir meydana gəldi. VII əsrdəki kəlam elmi fəlsəfi-əqli cərəyanın davamı idi. IX əsrin tərcümə hərəkatı və bunun nəticəsi olaraq yunan fəlsəfəsi irsinin müsəlman dünyasına transfer olunması müsəlman fəlsəfəsinin üçüncü mərhələsi idi. Burada yunan fəlsəfəsi müsəlmanlar tərəfindən mənimsənilir, yeni ideyalar təklif olunurdu. İslam fəlsəfəsinin üç əsas cərəyanı:
    1. Məşşa fəlsəfəsi; ən məşhur nümayəndəsi ibn Sinadır.
    2. İşraq fəlsəfəsi; bu cərəyanın banisi azərbaycanlı filosof Şəhabəddin Şöhrəvərdidir.
    3. İsfəhan məktəbi və mütəaliyə fəlsəfəsi.
    Sədrəddin Əş-Şirazi bu fəlsəfi cərəyanın banisi hesab olunur. Mütaliyə fəlsəfəsinin bir çox müsəlman ölkələrində tanınmış davamçıları var.

    Mail YAQUB
    Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi

    11.03.13 Məqaləni oxumaq
     
    Mövlud və Vəhdət həftəsinin nuru
    Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Həzrət Muhəmməd Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirildi. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası üzvlərinin, Bakı İslam Universitetinin müəllim və tələbələrinin, tanınmış din xadimlərinin iştirak etdiyi mərasim Qurani-Kərimin tilavəti ilə başladı. İslam dininin qüdrətlənməsi yolunda, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlər ehtiramla yad edildi. 
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış etdi. Şeyxülislam sonuncu Peyğəmbərinin (s) mübarək mövludu münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırdı: "Muhəmməd Peyğəmbərin (s) mövludu və bununla əlaqədar Vəhdət həftəsinin keçirildiyi bu günlər çox şərəfli günlərdir. Qurani-Kərimdə buyurulduğu kimi təkcə müsəlmanlara deyil, bütün aləmlərə göndərilən bir peyğəmbərin mövludunu qeyd edirik. Bütün dünyada yaşayan peyğəmbərsevərlərin sevincinə şərik olmaq üçün toplaşmışıq. Rəhmətlik İmam Xomeyni mövlud günlərinin Vəhdət həftəsi elan etməklə müsəlman aləmi üçün çox mühüm bir addım atdı. Həmin addımın müsbət nəticələrini bu gün də görməkdəyik". 
    Allahşükür Paşazadə son illər ölkədə dindarlara yaradılan şəraiti yüksək qiymətləndirdi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısından danışdı: "Bugünkü tədbirdə görkəmli din xadimləri, nüfuzlu elm adamları ilə yanaşı, gənclərimiz, tələbələr də iştirak edir. Peyğəmbərimizin (s) mövludu ilə bağlı belə gözəl şəraitdə bir yerə toplaşmağımız böyük xoşbəxtlikdir. Sovet ideologiyasının hakim olduğu illərdə belə mərasimlərin keçirilməsi mümkün deyildi. Kommunist rejimi bizi Qurani-Kərimdən uzaq saxlamağa çalışırdı. Qurani-Kərimi yox, Marksın, Leninin kitablarını oxumağa məcbur etmək istəyirdi. Həmd olsun Allaha ki, dinsiz bir rejim dağıldı və biz öz müstəqilliyimizə qovuşduq. Gənclərimiz müstəqilliyimizin qədrini bilməlidirlər. Siz dərk etməlisiniz ki, Azərbaycan bu xoş günlərə çatmaq üçün çox böyük əziyyətlərdən, məhrumiyyətlərdən keçib. Dövlətimiz ildən-ilə daha da qüdrətlənir. Bu inkişafın də əsası Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider müstəqil Azərbaycanın prezidenti seçildikdən sonra ilk gördüyü işlərdən biri də Təzəpir məscidinə gəlməsi, Məbəs gününü dindarlarımızla birgə qeyd etməsi oldu. Həmin gün bu görkəmli dövlət xadimi dindarlar qarşısında çıxış etdi, bütün xalqımızı Allahın yolunda birliyə çağırdı. Bu gün həmin birlik təmin olunmaqdadır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev cənabları xalqın birliyi və rifahı üçün qətiyyətli addımlar atır. Milli-mənəvi dəyərlərimizə dövlətin qayğısı göz qabağındadır. Tikilən, yenidən bərpa olunan məscidlər, məbədlər, ibadətgahlar müstəqil dövlətimizin biz dindarlara hədiyyəsidir. Azərbaycan inkişaf etdikcə, burada yaşayan insanlar dinə, milli-mənəvi dəyərlərə daha sıx bağlandıqca gözü götürməyən bəzi qüvvələr narahat olur. Təsadüfi deyil ki, aramızdakı bu vəhdətə mane olmaq istəyənlər var. Belə qüvvələr dini öz çirkin siyasətlərinə alət etməyə çalışırlar. Dindarlar Azərbaycanın vətəndaşı kimi öz müstəqil dövlətlərinin mövqeyini müdafiə etməyi bacarmalı, belə qüvvələrin əlində alət olmamalıdırlar. Hər bir vətəndaş Azərbaycanın dövlət bayrağının daha yüksəklərə ucalması üçün çalışmalıdır".
    Şeyxülislam bildirdi ki, son illər qonşu və qardaş ölkələrlə münasibətlərimiz inkişaf etməkdədir: "Bu münasibətlərə mane olmaq istəyən bəzi qüvvələr də yaxşı bilirlər ki, aramızdakı dostluq və qardaşlığı heç bir vəchlə pozmaq mümkün deyil. İnşallah münasibətlərimiz bundan sonra da inkişaf edəcək". 
    Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayev çıxışında Muhəmməd Peyğəmbərin (s) dünya tarixindəki rolundan danışdı: "Mövlud və Vəhdət həftəsinin nuru hər iki məzhəbin nümayəndələrini öz ətrafına toplayıb. Muhəmməd Peyğəmbər (s) təkcə insanlar üçün deyil, aləmlər üçün bir rəhmət olaraq göndərilib. Peyğəmbərimizin (s) həyatı, əxlaqı hamımıza bir nümunə olmalıdır. Məzhəbindən asılı olmayaraq hamı bu gün ibadətində Rəsulullahı və onun Əhli-Beytini ehtiramla yad edir. Çünki Peyğəmbər və onun Əhli-Beyti məzhəbindən asıl olmayaraq bütün müsəlmanlarındır. Amma məzhəblər arasında qarşıdurma yaratmaq istəyənlər də var. Lakin belə qüvvələr heç vaxt planlarını həyata keçirə bilməyəcəklər. Azərbaycanda bu gün dinlər, məzhəblər arasında elə bir birlik yaranıb ki, inşallah onu heç kim poza bilməz. Belə bir vəhdətin yaranmasında Şeyxülislam həzrətlərinin danılmaz xidmətləri var. Bu gün yetişən gənclərimiz də inşallah, illərdən bəri keçilən yolu uğurla davam etdirəcəklər".
    "Əhli-Beyt məddahları" qrupunun üzvləri mərasim iştirakçıları qarşısında surudlar ifa etdilər. 
    Tanınmış alim, İslam dininin müxtəlif məsələlərinə həsr olunan 100-dən çox kitabın müəllifi Ayətullah Hüseyn Ənsarian tədbirə gələnləri mübarək mövlud münasibəti ilə təbrik etdi: "Hər bir kəs özündə kamil insandan nümunə götürmək ehtiyacı hiss edir. Allah-Təala gözəl Peyğəmbərimizi (s) Qurani-Kərimdə bütün bəşəriyyətə bir kamil nümunə kimi göstərib. İnsanlar qadir Allahın göstərdiyi nümunədən tam örnək götürməyi bacarsaydılar dünyada həll olunmamış problem qalmazdı. Bütün elmlərdən hali olan, "Nəhcül-bəlağə" kimi bir şah əsərdə dürr kəlamları toplanmış Həzrəti Əli (ə) də buyurur ki, Rəsuli-Əkrəm insanlar üçün kifayət olan bir örnəkdir. Həqiqətən də əgər kimsə Peyğəmbərdən (s) yox, tamam başqa birisindən örnək götürərsə o, cəmiyyətdəki böyük fəlakətlərə vəsilə olar. Allahın ən sevimli bəndələri Peyğəmbəri özlərinə nümunə götürənlər, onun yolu ilə gedənlərdir.
    Hədislərdən birində göstərildiyi kimi, Peyğəmbər (s) buyurur ki, "Mən Qiyamət günündə insanlardan "Mənin məktəbimin davamçıları ilə, Əhli-Beytimlə necə davrandınız?" - deyə soruşacağam. Ona görə də biz insanlar öz hərəkətlərimizdə məsuliyyəti olmalıyıq. Bu günlər bütün müsəlmanlar üçün vəhdət günləridir. Qurani-Kərim də müsəlmanları vəhdətə dəvət edir. Bu çağırışa əməl etməmək isə ixtilaf və rəzalətə rəvac verməkdir. Düşmən qüvvələr aramızda vəhdətin yaranmaması üçün çox səy göstərir. Quran-Kərimin buyurduqlarına əməl etmək, Peyğəmbərimizin (s) əxlaqından və onun Əhli-Beytinin (ə) məktəbindən nümunə götürmək düşmənlərimizə ən tutarlı cavabımız ola bilər".
    Ayətullah Hüseyn Ənsarian İslamın inkişafındakı xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirdi. 
    İran İslam Respublikasının Ali Dini Rəhbərinin nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Əli Əkbər Ocaq Nejad öz fikirlərini bölüşdü. Natiq öz çıxışında Azərbaycandakı məzhəblərarası vəhdəti yüksək dəyərləndirdi: "Allah-Təala insanları hidayət etmək üçün Qədir gecəsində Qurani-Kərimi nazil etdi. Lakin Quranı tək yox, Peyğəmbərlə (s) göndərdi. O Peyğəmbər ki, İlahi vəhyi həm sözdə insanlara izah etdi, həm də əməlində göstərdi. Həzrəti Ayişədən soruşdular ki, Peyğəmbərin barəsində nə deyə bilərsiniz? Ayişə xanım buyurdu ki, "Peyğəmbər (s) Qurani-Kərimin dirisidir". Peyğəmbər (s) onu görməyib iman gətirən və min illər bundan sonra da iman gətirəcək insanları özünə qardaş hesab edir. Məndən öncə çıxış edənlər Vəhdət günləri barədə danışdılar. Rəhmətlik İmam Xomeyni buyururdu ki, əgər bütün peyğəmbərlər eyni dövrdə yaşasaydılar onların arasında heç bir ixtilaf olmazdı. Uzun illərdir ki, Azərbaycandayam. Bura da məzhəblər arasında heç vaxt hansısa bir problem olmayıb. Bəzi xarici təşkilatlar çalışırlar ki, bu birliyi, vəhdəti pozsunlar. Amma buna nail ola bilmirlər. Allahın köməyi ilə heç nail də ola bilməyəcəklər. Çünki Qafqaz Müsəlmanları İdarəsinə Şeyxülislam Allahşükür Paşazadə kimi bir dini lider rəhbərlik edir".
    Mərasimdə İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pak Ayin də iştirak etdi. Sonda ehsan verildi, dualar oxundu.

    Qızlar mədrəsəsində mövlud qeyd olundu

    Ölkəmizin dini və mədəni ictimaiyyəti İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s)  mübarək Mövlud həftəsini böyük ehtiram və ehtişamla qeyd etdi. Azərbaycanın bütün bölgələrindəki məscid və mədrəsələrdə Aləmlərə rəhmət olaraq göndərilmiş Xatəmul-Ənbiya Peyğəmbərimizin (s) şəninə layiq məclislər və tədbirlər təşkil edildi, moizələr oxundu, müqəddəs xatirəsi salam və salavatlarla yad etdilər.
    Belə tədbirlərin mütəmadi keçirildiyi dini tədris ocaqlarından biri Bakının Yasamal rayonunda yerləşən "Şəbnəm" qızlar mədrəsəsidir. Bu il də hər il olduğu kimi "Şəbnəm" mədrəsəsində mübarək Mövlud qəndili müəllim və tələbə heyətinin birgə səyləri ilə yüksək səviyyədə təşkil edilmişdi. Tədbiri giriş sözü ilə açan "Şəbnəm" mədrəsəsinin müəllimi Məryəm Dəmir müqəddəs dinimizdə peyğəmbərlərə və Rəsuli-Əkrəmə (s) olan ali ehtiram hissindən, Qurani-Kərimdə Həzrət Muhəmmədin (s) ismi-şərifinin xüsusi zikrindən və salavatın mahiyyətindən danışdı. Cahan Peyğəmbərinin (s) yüksək mənəvi və əxlaqi üstünlükləri bəşəriyyətin və cəmiyyətin əsası sayılan ailənin mənəvi tərbiyəsində hər zaman örnək sayılmışdır. Bu özəlliyin xüsusi əhəmiyyətini vurğulayan natiqə qeyd etdi ki, məhz Hz. Peyğəmbərimizin (s) sayəsində bəşəriyyət qadın hüquqlarının mahiyyətini anlamış, qadına verilən dəyər – Cənnətin anaların ayağına sərilməsi qədər yüksək və inanılmaz dərəcədə ali olmuşdur.
    Qafqaz Müsəlmanları İdarəsinın sədr müavini Qəmər Cavadlı Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salamlarını və mübarək Mövlud təbriklərini məclis iştirakçılarına çatdırdı. Azərbaycanda Mövlud mərasimlərinin xüsusi mahiyyətindən danışan Q.Cavadlı bidirdi ki, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra iki müqəddəs dini bayramlarımız – Qurban və Ramazan rəsmən qeyd olunmaqla yanaşı, mübarək Mövlud, Məbəs və digər müsəlman tarixində yer tutan önəmli günlər dini ictimaiyyətimiz tərəfindən sərbəst şəkildə keçirilir. Bunun ölkə dindarları üçün kəsb etdiyi mənəvi dəyəri təqdirəlayiq hesab etmək olar, çünki bu gün istifadə edə bildiyimiz və bəhrələndiyimiz bütün hüquq və imkanlar dövlətimizin müstəqilliyi və dini-mədəni dəyərlərə olan xüsusi münasibətin sayəsindədir. Mövlud Qəndili "Şəbnəm" qızlar mədrəsəsinin tələbələri tərəfindən təşkil olunan ədəbi-bədii hissə ilə davam etdi. Sonda ehsan verildi, dualar oxundu və Həzrət Muhəmməd (s) Peyğəmbərimizin zati-müqəddəsləri ruhuna verilən əbədi salavatlarla tamamlandı.

    11.03.13 Məqaləni oxumaq
     
    Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - IV yazı
    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu yarandıqdan sonra bu qurumun bölgələrdə yaradılan ofislərinin biri də milli azlıqların kompakt  yaşadığı Quba rayonu ərazisində fəaliyyət göstərməyə başladı. Hazırda Ombudsmanın Quba regional ofisinə yaxın olan və milli azlıqların yaşadığı digər rayonların əhalisi də müraciət edə bilirlər. Çox maraqlıdır ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Hesabatında (2 iyun 2004, Bakı şəhəri.) bildirilir ki, regional ofisə daxil olan şikayətlərin heç biri milli zəmində olmamışdır. 
    Bu gün müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya məhkəməsi, Mərkəzi seçki komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi Daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır. 
    1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.
    Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 
    Konstitusiyasının 44-cü maddəsinə əsasən, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. 
    ”Mədəniyyət haqqında” Qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir.
    “Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı” haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.
    Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, Aparteidin qarşısının alınması və onun cəzalandırılması və Genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur. 
    2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına qoşulmuşdur. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim etmişdir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib etmişdi. Bu qrup Dövlət hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir. 
    Heydər Əliyevin milli azlıqların vəziyyəti ilə bağlı müvafiq hesabatın hazırlanması barədə Sərəncamı (2001-ci il noyabrın 1-də) bir ildən bir az çox müddət ərzində yerinə yetirildi. Azərbaycan Xarici İslər Nazirliyi milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunması üzrə mövcud vəziyyət barədə Avropa Şurasına göndərdiyi hesabat məktubunda ölkədə milli azlıqlara tolerant münasibətdən bəhs olunur. Hesabatda qeyd edilir ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 
    Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycanda Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs hətta bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır. 
    Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla 12 illik silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.
    Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. 
    Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident Fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. İslam, Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən “Üç qardaşâ€ť təşkilatı artıq qeydiyyatdan keçmiş və hazırda ölkədə fəaliyyət göstərir. “Links” təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında Milli Azlıqların Resurs Mərkəzi də Azərbaycanda fəaliyyət göstərir. 

    Azərbaycanda həyata keçirilən milli siyasətə münasibət...

    Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatlarla da milli azlıqlar məsələsində əməkdaşlıq edir. ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyətə müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişdir. 
    Dünya birliyinin Azərbaycanda həyata keçirilən milli siyasətə münasibəti ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş Dəyirmi masa zamanı özünü qabarıq şəkildə büruzə verib. Bu barədə Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşı İnkeri Arnio Lvoff hələ 2002-ci ildə "Etnik qruplar arasında dialoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə çıxış edərkən məlumat verib. Respublikada milli azlıqlar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün müvafiq işlər görüldüyünü nəzərə çatdıran xanım İnkeri Avropa Şurasının bu sahə üçün nəzərdə tutulan standartlarının Azərbaycanda mərhələ-mərhələ həyata keçirildiyini söyləyib.  
    2002-ci il sentyabrın 18-də "Azərbaycanda milli azlıqlar: gerçəkliklər və perspektivlər" mövzusunda Strasburqda keçirilən bu tədbirin məqsədi Azərbaycan gerçəkliklərinin AŞ-da dərindən öyrənilməsi olub. Məhz bu gerçəkliklər AŞ mütəxəssislərinin diqqətini çoxdan cəlb edirdi. Elə buna görə də tədbirin keçirilməsi AŞ tərəfindən böyük razılıqla qarşılanıb. AŞ rəhbərliyi bunu ilk qaranquş adlandırdı. Çünki qurumun təcrübəsində belə tədbir ilk dəfə keçirilirdi.  
    Tədbirdə Azərbaycanda milli siyasət sahəsində böyük məktəbin formalaşdığı qeyd olunub. AŞ mütəxəssislərinin fikrincə, bu təcrübə öyrənilməli və Şərqi Avropa ölkələrində də tətbiq olunmalıdır. Dəyirmi masa 2 saatdan çox çəkmişdir. Tədbirdə milli məsələlər üzrə sabiq dövlət müşaviri Hidayət Orucov çıxış etmişdir. H.Orucov məruzə etmiş və milli azlıqların vəziyyəti ilə yanaşı, Ermənistanın ölkəmizə təcavüzü barəsində də məlumat vermişdir. H.Orucov onu da qeyd etmişdir ki, bəzi hüquq müdafiəçilərinin AŞ-ya qeyri-obyektiv məlumatlar ötürməsinə baxmayaraq, qurumda Azərbaycana qarşı çox işgüzar, normal, düzgün münasibət var. H.Orucov milli siyasət sahəsindəki tərəqqini Azərbaycanın bu sahədə də vətəndaş cəmiyyətinə doğru addımlaması və ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar olması ilə əlaqələndirdi. "Bu gün Azərbaycanda "milli azlıqların hüquqlarının qorunması" arxaik ifadəyə çevrilib. Çünki milli mənsubiyyətdən asılı olmayaraq hər bir vətəndaşın hüquqları qorunur. Düzdür, milli azlıqların dilinin, mədəniyyətinin inkişafında müəyyən problemlər var. Milli çoxluğun da problemləri var. Azərbaycan gücləndikcə, şübhəsiz ki, bu məsələlər öz həllini tapacaq". 
    Ölkəmizdə səfərdə olan Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti 2003-cü ilin aprelin 2-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. Görüşdə F.Məmmədov Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar, milli azlıqların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlər, o cümlədən Azərbaycanın bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşulması, azsaylı xalqların ictimai birlikləri barədə ətraflı məlumat vermiş, xalqımızın öz tarixi ənənəsinə sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına daim hörmətlə yanaşmasını qeyd etmişdir.
    Azərbaycanda milli azlıqların hüquqlarının etibarlı müdafiə edilməsinin şahidi olduqlarını bildirən nümayəndə heyətinin başçısı Asbyorn Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini razılıqla vurğulamış, əhalinin hüquqi maarifləndirilməsi üzrə aparılan iş yüksək qiymətləndirilmiş, Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası müddəalarının həyata keçirilməsi məsələlərinə toxunmuşdur.  
    Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların milli azlıqlarla bağlı qəbul etdiyi Konvensiya və Sazişlərin əksəriyyətinə qoşulub. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik. MDB ölkələri içərisində Rusiya Federasiyası və Azərbaycan Respublikası milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" qəbul etdiyi Çərçivə Konvensiyasına artıq qoşulub.
    Aprelin 2-də (2003) Milli Məclisin kiçik iclas zalında Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin nümayəndə heyəti ilə parlamentin İnsan hüquqları daimi komissiyasının üzvlərinin görüşü keçirilmişdir. MM-in komissiya sədri (2003-cü il) Sirus Təbrizli AŞ nümayəndələrinin Azərbaycanın şimal bölgəsində, Quba və Xaçmaz rayonlarında olduqlarını xatırladıb. S.Təbrizlinin sözlərinə görə, əgər səfər zamanı yerli əhalinin çətinlikləri müşahidə edilibsə, bu, bütövlükdə ölkə əhalisinə aid olan çətinliklərdir: "Bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridir. Sizdə olan məlumatlarda göstərilir ki, Azərbaycanda əhalinin 10 faizini milli azlıqlar təşkil edir. Ancaq bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridirsə, deməli bu faiz nisbəti təxminən 50-yə çatır. Bizdə ayrı-seçkilik, diskriminasiya olsa, heç kim gəlib burada deputat ola bilməz. Üç Qafqaz respublikası, eyni zamanda MDB-yə daxil olan dövlətlər arasında Azərbaycan ən tolerant dövlətdir. Ümumiyyətlə, bütün millətlərə humanist münasibətdə Azərbaycan çox böyük nüfuz qazanıb və bunu dünyanın ən mötəbər şəxslərindən biri olan II İohann Pavel dilə gətirib". 
    Nümayəndə heyətinin rəhbəri Asbyorn Eyde isə AŞ-nin ikinci dünya müharibəsindən və totalitar rejimindən keçmiş bir qitənin yaratdığı təşkilat olduğunu bildirib: "Odur ki, totalitar rejimlərin, totalitar keçmişlərin miraslarına nəinki sizin ölkənizdə, eləcə də AŞ-nın üzvü olan ölkələrin əksəriyyətinin tarixində rast gəlmək olar. Yəni, bu istər Almaniyaya, istər İspaniyaya, istərsə də Portuqaliyaya aid edilə bilər". Sonra AŞ-nın nümayəndə heyətinin rəhbəri sözügedən quruma daxil olan ölkələrin əksəriyyətində hələ də milli azlıqlarla bağlı müəyyən çətinliklərin mövcud olduğunu bildirmişdir: "Bizim artıq Azərbaycanın şimalında yerləşən Quba və Xaçmaz rayonlarına səfərimiz olub. Səfər zamanı Qırmızıbazar deyilən yaşayış məntəqəsində də olmuşuq. Bizim üçün ən dəyərli təəssürat orada yaşayan yəhudilərin Azərbaycanı özləri üçün doğma yer sanmaları oldu". O, sonda Azərbaycanın müsbət təcrübəsindən bəhrələnmək istədiklərini vurğulamışdır: "Biz sizdən bəzi şeyləri öyrənirik". 
    16-17 oktyabr 2003-cü il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin təşəbbüsü ilə keçirilmiş “Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransında” Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi Aydın Səfixanlı da iştirka etmişdir. Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransına Azərbaycanda daxil olmaqla dünyanın 22 dövlətindən 30-dan artıq nümayəndə iştirak edib. Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin prezidenti Mark Valler konfransda çıxış edərək milli azlıqların hüquqlarının müdafiəsində Ombudsmanın xüsusi rolunu qeyd edib. 
    Konfrans birinci gün öz işini üç əsas mövzuda təşkil olunmuş tematik sesiyalarda davam etdirib. 
    Konfransın gedişatında tədqiqatçılar müzakirə olunan məsələlərdə Azərbaycan nümayəndə heyətinin fəallığını xüsusi qeyd etmiş, Azərbaycan Ombudsman təsisatının qısa vaxt ərzində əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirmişlər. Daha sonra Azlıq Məsələləri üzrə Avropa Mərkəzi Azərbaycan Ombudsman təsisatının Azlıq üzrə Ombudsmanlar şəbəkəsinin yaradılması və gələcək fəaliyyətində yaxından iştirak etmək arzusu bildirilmişdir.  
    30-31 oktyabr 2003-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurası binasında Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının 5-ci ildönümünə həsr olunmuş  Konfrans keçirilmişdir. Konfransda çıxış edən Avropa Şurasının baş katibi V Şvimmer Avropa Şurasının insan hüquq və azadlıqlarının təmininə mühüm önəm verdiyini və bu məqsədlə bir sıra Konvensiyalar qəbul etdiyini xatırladaraq, qəbul edilən Konvensiyalar sırasında tənzim etdiyi sahənin əhəmiyyətinə görə, “Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının” xüsusi yer tutduğunu iştirakçıların nəzərinə çatdırmışdır. V.Şvimmer həmçinin “Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını” ratifikasiya etməmiş Avropa Şurası üzv dövlətlərini Konvensiyanı qəbul etməyə çağırmışdır. 
    Dünya birliyinin Azərbaycanda həyata keçirilən milli siyasətə münasibətinə gəldikdə isə bu məsələ ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş Dəyirmi masa zamanı özünü qabarıq şəkildə biruzə verib. Belə ki, 2002-ci ilin sentyabrın 18-də Strasburqda "Azərbaycanda milli azlıqlar: gerçəkliklər və perspektivlər" mövzusunda təşkil olunan Dəyirmi masanın əsas məqsədi də məhz Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Qurumun təcrübəsində belə tədbir ilk dəfə keçirildiyindən Avropa Şurası rəhbərliyi də bunu ilk qaranquş adlandırıb. Çünki qurumun təcrübəsində belə bir tədbir ilk dəfədir ki, keçirilirdi. Tədbirdə Azərbaycanda milli siyasət sahəsində böyük məktəbin formalaşdığı qeyd olunub. Avropa Şurasının 2003-cü ildə Azərbaycanda milli azlıqların hüquqlarının qorunması və bu sahədəki vəziyyətlə bağlı konfrans keçirmək istəyi də Strasburqda təşkil olunan sözügedən Dəyirmi masada qərara alınıb. 
    Qeyd edək ki, ölkə Prezidentin 2001-ci il Sərəncamı ilə hazırlanan və beynəlxalq quruma təqdim olunan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı şəkildə qeyd ediblər.
    11.03.13 Məqaləni oxumaq
     
    Azərbaycan kosmik ölkə oldu
    Fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşadı. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxıldı. Bu münasibətlə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatıldı. Dövlət başçısı “Azərkosmos” ASC-nin yeni inzibati binasının açılışını da edib.

    “Azərkosmos”un yeni inzibati binası açıldı

    Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca dövlətimizin başçısı 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı. Ən əsası isə bütün diqqət ölkəmizin ilk süni peyki olan “Azərspace-1”in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi. Dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi ilk peykimizin orbitə buraxılması ilə bağlı həyata keçirilən hazırlıqlar əlbəttə ki, ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən ən önəmli hadisələrdən biridir.
    Fevralın 8-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” ASC-yə gəldilər.

    Yüksək keyfiyyətli xidmətlər 
    göstərməyi hədəfləyirik

    Burada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, “Azərkosmos” ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Bu məqsədlə “Azərkosmos” fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində iş aparır. 
    Qeyd olundu ki, “Azərkosmos”un yerləşdiyi ərazidə “Azərspace”ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar vardır. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antennalar quraşdırılmışdır. 
    “Azərkosmos” ASC-nin inzibati binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, ötən dövrdə “Azərkosmos” ASC-də yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Texniki heyət mərhələli şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs və təlimlərdə iştirak etmişlər. Əsas məqsəd “Azərspace” peykinin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir. 
    Prezident İlham Əliyevə hazırkı və gələcək layihələr barədə məlumat verildi. Bildirildi ki, 2015-ci ildə aşağı orbitli peykin, 2016-cı ildə isə “Azərspace-2”nin orbitə buraxılması planlaşdırılır. 
    Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərspace-1” peykinin orbitə buraxılması prosesini izlədilər. Bakı vaxtilə saat 01.36-da Azərbaycan Respublikasının ilk peyki - “Azərspace-1” Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxıldı. 
    Peyk buraxılışı üzrə dünya bazarının 50 faizindən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif daşıyıcı raketlərlə bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş “Arianespace” şirkəti üçün “Azərspace-1” peykinin buraxılışı “Ariane-5” daşıyıcı raketi ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. “Azərspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərən STAR-2 peyk platforması əsasında yığılmışdır.
    Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azərspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. 
    Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. “Azərspace-1” peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdəbir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcəkdir. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Belə ki, “Azərspace-1” peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaqdır. 
    “Azərspace-1” peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaqdır. 
    “Azərspace-1” peyki kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu.
    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - “Azərspace-1”in uğurla orbitə buraxılması münasibətilə xalqımızı təbrik etdi.

    Prezident İlham Əliyev xalqımızı təbrik etdi

    Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
    Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
    Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
    Eyni zamanda, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olmuşdur. Bu, Amerikanın “Orbital” və Fransanın “Arianespace” şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük.
    Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci beynəlxalq qurumunun – BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq. 
    Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışdıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir. 
    Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır. 
    İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım Sərəncam dediyim sözlərin təsdiqidir. 
    Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün – 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir.
    Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!

    11.03.13 Məqaləni oxumaq
     
    Prezidentin məmurlara son xəbərdarlığı

    İlham Əliyev: “Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq.” 

    “Biz sahibkarlara subsidiyaları veririk amma, əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda ümumiyyətcə istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün”. Prezident İlham Əliyev bu fikirləri “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirib. 
    Prezident bu sahədə yaranmış vəziyyəti kəskin tənqid edərək bildirib ki, bəzi hallarda xaricdən gətirilən avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Dövlət başçısı bunun yolverilməz olduğunu vurğulayaraq deyib ki, bu sahədə tam şəffaflıq təmin edilməlidir. 
    Prezident fermerlərə müraciət edərək bildirib ki, onları narahat edən məsələlərlə bağlı Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına təkliflər versinlər. 
    “Bütövlükdə bölgələrdə işlər müsbət istiqamətdə gedir, yerli icra orqanların rəhbərləri, nümayəndələri öz vəzifə borcunu yerinə yetirirlər. Əksər hallarda dediyimi kimi, sahibkarlarla yerli orqanlar arasında münasibətlər sağlam zəmində qurulur, ancaq elə hallar var ki biz bu hallardan da çox ciddi narahatlıq keçiririk” - deyə dövlət başçısı vurğulayıb ki, yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidir. “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik”. 
    Prezident bildirib: “Sahibkarlığın dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcək. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
    Dövlət başçısı xüsusi vurğulayıb ki, Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir, təhqir edilməməli, incidilməməlidirlər. 
    “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət.  Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər. Bütün bu hallar aradan götürülməlidir.  Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bu, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına aiddir, mərkəzi icra orqanlarının da rəhbərlərinə də aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları. Mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansı isə üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Camaat onları görəndə nə olacaq, əriyərlər onlar? Keçən il təkcə 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur? Onlar eşitmir ki, mən nə deyirəm?  Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır.  Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. Bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar”.
    Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməsini xüsusi vurğulayıb və bildirib ki, “bu işlərdə hesab edirəm ki, biz istədiyimizə nail ola bilməmişik. Əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə biz korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün güclü siyasi iradə və beynəlxalq təcrübə, cəza tədbirləri və sistem xarakterli islahatlar olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər yazırlar. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Bütün orqanlar, hüquq-mühafizə orqanları daha da ciddi mübarizəni aparmalıdırlar eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır”.

    11.03.13 Məqaləni oxumaq
     
    SOBANI SON DƏFƏ QALADI…
    Mirzə Cəlil hər zaman deyirdi ki, uşaqları yaxşı yedirmək lazımdır, yoxsa xəstələnib məhv olarlar. Ancaq güclü qidaya pulu çatmırdı, ona görə də həyəcanlanır, əzab çəkir, əsəbi və gərgin olurdu. Kiməsə ağız açmağa isə üzü gəlmir, utanırdı. Ürəyində ağır götür-qoy edir, daim fikir çəkir, ona yetərincə qiymət verilmədiyinə çox üzülürdü.
    Biz odun ala bilmirdik. Mirzə Cəlilin yatdığı qaranlıq otaqdan başqa bütün otaqlarımızın pəncərəsi şimala açılırdı. Çox soyuqdu, xüsusilə də xəzri əsəndə evimiz buzxanaya dönürdü.
    30.12.12 Məqaləni oxumaq
     
    Cəmiyyətimizin məcburi evlilik problemi
    A.Çexov: “Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir…”
    30.12.12 Məqaləni oxumaq
     
    İbadət yerləri – VI
    Kəlam yurnalı olaraq Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazıları davam etdirir. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadət evləri haqqında geniş məlumat təqdim edirik.
    Bu dəfə yenə də Azərbaycanın bəzi regionlarında olan ibadət evləri barədə məlumatlar təqdim edəcəyik. Bu rayonlarda məscid sarıdan problem olmasa da, elə bölgələr var ki, ibadət evləri sarıdan kasadlılıqdır. Əlbəttə, bununla həmin regionda dindar əhalinin az olmasını demək olmaz. Bəzən insanların məscid tikməyə imkanı olmur, imkanı olan adamlar isə məscid əvəzinə restoran tikib pul qazanmağı düşünür. Hətta elə regionlar var ki, 1 dənə də olsun məscid yoxdur. Hələlik isə ölkəmizin daha 5 rayonu - Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarındakı məscidlərin vəziyyəti barədə məlumat verək.
    30.12.12 Məqaləni oxumaq
     
    Əql və din

    Din fəlsəfəsinin prioritet mövzularından olan "əql və din" mövzusu insan əqlinin dindən kömək almadan əldə etdiyi elmi-fəlsəfi nailiyyətlərin dini görüşlər və həqiqətlərlə əlaqəsini müəyyənləşdirməyə yönəlib. Dindəki ilahi dəyərlərin, o cümlədən yeganə Allaha inamın əqli qanunlarla uyğun gəlib-gəlməməsini aydınlaşdırmaq bu mövzunun əsas istiqamətini təşkil edir. Şübhəsiz, dini əqidə və ayinlər çərçivəsində əqlin işi dini həqiqətlərin az da olsa əqli sübutlarla əsaslandırılması yox, bütövlükdə Allaha iman gətirilməsində əqli sübutların lazım olub-olmamasını araşdırmaqdır. Yəni burada müzakirə olunan əsas mövzu əqlin dindəki rolunun çərçivəsidir.

    30.12.12 Məqaləni oxumaq
     
    Masallının ruhani dünyası
    Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Mədəniyyət tarixində dinin yerini danmaq tarixin özünü danmaq deməkdir".
    30.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30