Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    ZAMANLA İTİRDİKLƏRİMİZ…
    Dağlıq Qarabağ problemi və deportasiya 

    Bütün ölkənin proletariatı birləşin! Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinifi mübarizədə yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən keçmiş Sovet imperiyası bu halqanın dağılmaması üçün “bütün ölkənin proletariatını birləşdirmək” şüarından məharətlə istifadə edirdi.
    07.05.13 Məqaləni oxumaq
     
    Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - V yazı
    Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və qəbul etmək dilemması ilə qarşılaşdığı Konvensiyaların mövcudluğu sözügedən problemə münasibətdə köklü dəyişikliklər yaratdı. Beynəlxalq təcrübədən istifadə edən azlıqda qalan xalqlar hüquqlarının genişləndirilməsinə və onlara münasibətdə dövlətin siyasətində korrektələr edilməsinə cəhd göstərdilər. Əslində onların bu cəhdi tələb deyil, sadəcə istək səviyyəsindən o yana keçmirdi. Bu istəklər isə özü-özlüyündə bəzən yerli və bəzən də yersiz səslənirdi. Nədən ki, Azərbaycan dövləti müstəqilliyin ilk illərindən başlayaraq bu tip xalqların sosial-mədəni inkişafı üçün beynəlxalq təcrübədə nə varsa hamısından istifadə edib.
    07.05.13 Məqaləni oxumaq
     
    Heydər Əliyev - 90
    Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək “Xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdırmış ulu öndər Heydər Əliyevdir. 
    07.05.13 Məqaləni oxumaq
     
    TƏRƏQQİ, TEXNOLOGIYA VƏ ELMİN VƏHDƏTİ
    Bu məqalə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun sosial-fəlsəfə şöbəsində “Milli mədəniyyət və elm” seminarında (6.01.13) müzakirə edilmişdir. Məqalədə mədəniyyətin tərkib hissəsi olan tərəqqi, texnoloqiya və elmi arasındakı üzvü əlaqəni təqdim etmək üçün bəzi anlayışların  iqtisadiyyatla məntiqi əlaqəsi yeni bucaq altında araşdırılmışdı.
    07.05.13 Məqaləni oxumaq
     
    Sosial şəbəkə xəstəliyi
    İndi hər şeyi bircə anın içərisində kompüter – internetlə həll etmək mümkündür. İstədiyini asanlıqla əldə edirsən. Yalnız hərəkət edən barmaqlar və düymələrdir. Çoxlu sayda sosial şəbəkə fəaliyyət göstərir: “odnoklassnik”, “facebook”, “tvitter”. 

    26.03.13 Məqaləni oxumaq
     
    Lənkəranski - atasının qatilini məhkəmədə güllələyən avtoritetin portreti
    Kriminal aləmin əfsanəvi simalarından biri Rövşən Lənkaranski keşməkeşli ömür yolu  Azərbaycanda oğru dünyasının nə vaxtdan yaranması ilə bağlı birmənalı fikir yoxdur. Amma bu sahə işlədilən sözlərin böyük bir hissəsinin rus mənşəli olması «qanuni oğruların» Rusiyada formalaşdığını düşünməyə əsas verir. Rusiyada kriminal aləmin yaranması birbaşa Stalin dövrüylə əlaqəlidir. Ancaq belə bir versiyada var ki, çar II Nikolayın dövründə də kriminal aləmin seçilmiş şəxsləri olub. Azərbaycanda həmin dövrlər də bu tip insanlar “qoçu” kimi tanınırdılar. Hətta Azərbaycanın məşhur filmlərində də qoçuların əsas söz sahiblərindən olduğu göstərilir. Sonralar isə Stalinin bu amildən siyasi məqsədlərlə yararlanıb. Stalin bu təşkilatın yaranmasına və o illərdə həbsxanalarda bu qanunun öz təsdiqin tapmasına nəinki mane olub, əksinə rəvac verib, ondan sonra “obşak” diliylə mexanizm qurulub. Amma bu gün “Qanuni Oğru” adını almaq elə də sadə məsələ hesab olunmur. Bu adı almış şəxslər kriminal aləmdə son sözün deyənlərdi, yəni onların sözü mübahisə və müzakirə obyekti olmur. Belə şəxslərdən biri də son günlər təkcə Azərbaycanda deyil, keçmiş sovet ölkələrində və Türkiyədə də adı daha çox çəkilən “Qanuni oğru” Rövşən Lənkaranskidir. 

    Rövşən atasının qatilini hakimin gözü qabağında güllələyib

    Rövşən Rafiq oğlu Canıyev 1975-ci ildə il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli olan Rövşən Canıyev hal-hazırda ailəlidir. İlk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Belə ki, 1992-ci ildə R.Canıyevin milis əməkdaşı olan atası cinayətkar qrup üzvləri tərəfindən qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə ildən sonra qatillərdən biri həbs edilib. 1996-cı ildə həmin iş üzrə keçirilən məhkəmə iclasında anası ilə birgə Rövşən də iştirak edir. Törətdiyi əməl barədə danışan müttəhim məhkəmə zalında qətlə yetirdiyi şəxsin ailəsini də məhv etməyi özünə söz verdiyini bildirir. Bu zaman Rövşən Canıyev tapançadan 4 atəş açmaqla müttəhimi öldürüb. Bu əməlinə görə Rövşən 2 il müddətinə azadlıqdan məhrum edilir. Səbail rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. Həbsxanadan çıxdıqdan sonra isə həyatını kriminal aləmlə bağlayıb. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib. Rövşən Canıyev oğru aləmində "Rövşən Lənkaranski" kimi tanınır. 2002-ci ildə Rövşən Azərbaycanı tərk edir və Rusiya vətəndaşlığını alır. Elə həmin il də onun barəsində Azərbaycanda açılan cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunur. Bir ilin içərisində Rövşən Azərbaycanla yanaşı, keçmiş sovet respublikaları və Avropa da böyük nüfuz qazanır. 2003-cü ildə Lotu Mirseymur ona “Qanuni oğru” adını verib. Sank-Peterbruqdakı azərbaycanlı qruplaşmaların lideri olan “Elçin Yevlaxski” ləqəbli Elçin Əliyevin öldürülməsi də onun adı ilə bağlıdır. 2004-cü ildə R.Caniyev bu qətldə şübhəli şəxs qismində saxlanılsa da, tezliklə azad olunur. 2004-cü ildə isə Rövşən Moskvada Kutaiski klanının liderləri ilə birlikdə “Sxotka” zamanı həbs edilib. Amma bu zaman o üzərindəki saxta pasportu təqdim edib və həbs edilməkdən azad olunub. 

    2006-cı ilin aprelindən Moskvada azərbaycanlıların biznesinə nəzarət edir

    Cəmi bir ay sonra R.Canıyev ikinci dəfə həbs olunmaqdan canını qurtarıb. Həmin vaxt “sxotka”da iştirak edib. Bu zaman OMON-çularla kriminal aləmin nümayəndələri arasında atışma olur. Rövşən Canıyev aradan çıxa bilib. Sabirabadlı Hikmət, Lotu Mirseymur, Çingiz Axundov öldürüləndən və Baxış Əliyevlə Vaqif Lənkaranskinin həbsindən sonra Moskvada 2006-cı ilin aprelindən azərbaycanlıların biznesinə nəzarət edir. 2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı o, həbs olunub. Şevçenko rayon Məhkəməsi R.Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə R.Canıyevin qaçqın statusunu da ləğv edib. 2009-cu ilin dekabrın 3-də həbs olunan R.Canıyev dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.
    2010-cu il martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham olunan R.Canıyev 2 il 10 ay 19 gün həbs cəzası alıb. İstintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, R.Canıyev məhkəmə zalından azadlığa buraxılıb. Prosesi fərqləndirən cəhət ondan ibarət idi ki, məhkəmə açıq olsa da, prosesə media nümayəndələri buraxılmayıb. Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

    “Qətlimi yalnız Rövşən Lənkaranski sifariş edə bilər”

    2010-cu ilin sentyabrında əsl adı Aslan Usoyan olan "Ded Xasan"a edilən sui-qəsddən sonra yenidən Rövşən Lənkaranskinin adı hallandırıldı. Həmin hadisədə güllə yarası ilə canını qurtaran Aslan Usoyan sonradan qətlini sifariş edən şəxsin adını da açıqlayıb. "Ded Xasan" əmin olduğunu bildirib ki, onun qətlini yalnız son vaxtlar Rusiya və Moskvada liderə çevrilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkaranski sifariş verə bilər. Həmin vaxt Rusiya mətbuatının yazdığına görə, Rövşən Lənkaranskinin liderlik etdiyi qruplaşma Çerkizov və bir çox meyvə-tərəvəz bazarlarına nəzarət edirdi. Qruplaşmanın lideri Rövşən isə əsas cinayətkar klanların iki başçısı – "Ded Xasan" və Tariel Onianinin maraq sahələrinə daxil olaraq bütün yeni nüfuz dairələrini ələ keçirməyə başlayıb. Vaxtilə "Ded Xasan" azərbaycanlılardan ibarət qruplaşma liderinin kriminal aləmdən çıxarılması əmrini verdikdə isə bir zamanlar Usoyandan incik düşən gürcü “oğrular”ı Cemo və Mamuka Mikeladzenin müxalif qruplaşmaları və bəzi digər “avtoritetlər” Rövşən Lənkaranskinin müdafiəsinə qalxıblar.
    Rövşən Lənkaranskinin adı bu il yanvarın 16-da Rusiyada (Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində) güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətli ilə yenidən gündəmə gəldi. Əlbəttə, Lənkaranskinin bu qətldə əlinin olub-olmadığını istintaq dəqiqləşdirə bilər. Amma “Ded Xasan”ın tərəfdarları bu ölüm işi ilə bağlı özlərinin apardıqları təhqiqata yekun vurub və yenidən bu qətldə Rövşənin adı hallandırılıb. Qəbul olunan vahid qərara görə, Rövşən Lənkaranski “Ded Xasan”ın qətlinin günahkarı elan olunub. Bununla əlaqədar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarılıb. Qısa müddət sonra isə Moskvada R.Lənkaranskinin sağ əli Rufo Gəncinski kimi tanınan Rüfət Nəsibov artıq öldürülüb.

    “Rövşən sağ-salamatdır və hazırda Dubaydadır”

    Rusiyada yaşayan Rövşən Lənkaranskinin “Ded Xasan”ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə – Dubaya getdiyi deyilir. Amma deyilir, təbii ki, harada olduğu dəqiq məlum deyil. Qeyd edilir ki, azərbaycanlı avtoritet son zamanlar vaxtının çoxunu elə Birləşmiş Ərəb Əmirliklərində keçirir. Amma o da vurğulanır ki, Lənkaranski ərəb ölkəsində uzun müddət gizlənə bilməyib. Məlumata görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən Birləşmiş Ərəb Əmirliklərinə daxil olan məktubda Rövşən Lənkaranskinin kim olduğu haqda ətraflı bilgi verilib. Bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları R.Lənkaranskiyə ən qısa müddətdə bu ölkəni tərk etməyi əmr ediblər. 
    Dünən isə R.Lənkaranskinin öldürülməsi ilə bağlı ziddiyyətli məlumatlar yayıldı. Türkiyə mətbuatı da azərbaycanlı “qanuni oğru” Rövşən Lənkaranskinin öldürülməsi barədə yazıb. Bildirilir ki, kürd əsilli mafiya lideri “Ded Xasan”ın sui-qəsd nəticəsində Moskvada öldürülməsindən sonra onun əsas rəqibi Rövşən Canıyev İstanbulda güllələnib. Bu məlumatın isə Rusiya kəşfiyyat xidmətinin Moskvadakı nüfuzlu mafiya liderlərinin telefon danışıqlarını dinləməsi nəticəsində əldə etdiyi bildirilir. Türkiyə mətbuatı rus mafiyasının Aslan Usoyanı öldürdükdən sonra Lənkaranskinin Türkiyədə gizləndiyini aşkara çıxardığını və onun öldürülməsi üçün İstanbula 5-6 nəfərdən ibarət sui-qəsdi icra edəcək qrup göndərdiyini yazır. İstanbulda mühafizəçiləri ilə dolaşsa da Canıyevin fevralın 2-si İstanbul küçələrindən birində güllə yarasından öldürüldüyü deyilir. 
    Türkiyə təhlükəsizlik qüvvələri isə İstanbulda baş tutan sui-qəsdlə bağlı heç bir məlumat verməyib. Rusiya təhlükəsizlik qüvvələrinin yaxın günlərdə Türkiyəyə rəsmi müraciət edərək Canıyevin cəsədinin Rusiyaya təhvil verməsini tələb edəcəyi deyilir. Amma dünən millət vəkili Fəzail Ağamalı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) mətbuata açıqlamasında qohumu Lənkaranskinin ölümü ilə bağlı yayılan xəbərlərin doğru olmadığını qeyd edib. Qardaşı Namiq Canıyev də vesti.az-a açıqlamasında Rus KİV-lərinin Rövşən Canıyevin öldürülməsi barədə yazdıqlarının həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, Rövşən sağ-salamatdır və hazırda Dubaydadır. 

    Ayxan
    11.03.13 Məqaləni oxumaq
     
    Çağdaş dövlətçiliyimizdə azərbaycançılıq
    Azərbaycançılıq ideyasını ilk dəfə rəsmi dövlət ideyası kimi siyasi fəaliyyət səhnəsinə çıxaran Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy topçubaşov və  Nəsib bəy Usubbəyli olmuşlar. Dövrün siyasi həyatında baş verən bu yenilik ictimai fikir xadimləri tərəfindən də dəstəklənmişdir. 
    Çağdaş dövrümüzdə Azərbaycançılıq ideologiyası isə XX əsrin 80-90-cı illərində - yəni dövlət müstəqilliyimizin bərpası ərəfəsində formalaşmağa başladı. Bu prosesdə əvvəlcə xalq, bir az sonra  - 1990-cı ilin yanvar ayından isə milli-azadlıq hərakatının xüsusi rolu oldu. Bu illərdə həm qabaqcıl düşüncə sahiblərinin əsərləri, məqalə və çıxışları bütövlükdə milli ruhun inkişafına kokləndi, həm də yüksələn xətlə inkişaf edən xalq hərəkatı bu ideyanı bütöv insanların kütləvi düşüncə tərzinə çevirdi. 

    Azərbaycançılıq - 
    müstəqil Azərbaycanın əsas ideyası... 

    Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və ölkədə rəsmi dövlət quruculuğu təcrübəsində həyata keçirilməsi isə 1993-cü ildən başlanır. Təsadüfi deyil ki, Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi də elə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissini formalaşdırmağa nail oldu. Ümummilli lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. 
    Ümummilli lider Heydər Əliyevin məhz bu movzuda dünya azərbaycanlıları üçün tanış olan bir fikri var. Bu fikiri həm də azərbaycançılığa bir ideoloji tərif kimi də səciyyələndirmək olar: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. 
    Azərbaycançılıq ideyasını Heydər Əliyev həm də ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi dəyərləndirirdi. O qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.
    Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “XXI əsrdə milli dövlətçilik” (Bakı, 2003) kitabında yazır: “Azərbaycan dövlətinin milli-ideoloji əsasları həm “milli ideya”, həm də “ümummilli ideologiya” kimi qəbul etdiyimiz “Azərbaycançılıqdır”. Xalqımızın tarixi keçmişinin, günümüzün realıqlarını, ümummilli psixoloji yönümlərimizi, mentalitetimizi, adət-ənənələrimizi, sivil beynəlxalq təcrübəni nəzərə alan, Azərbaycanın sintetik, yeniliklərə açıq, konsruktiv rol oynayan ideoloji inkişaf konsepsiyası kimi “Azərbaycançılıq” ideologiyasının yaranması və yayılması müstəqillik illərində Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olmuşdur”.  
    Bildiyimiz kimi, hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalıdılr.
    Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə məsələyə münasibət bildirərkən deyir: “Azərbaycançılığın təkamülü təkcə nəzəri şəkildə deyil, həm də dövlətçilik xətti üzrə baş verir. O, konseptual bir nəzəriyyə kimi Azərbaycan dövlətçiliyinin mənşəyi, mərhələləri və tipləri vasitəsi ilə təsbit olunur. Azərbaycançılıq azərbaycanşünaslığın, Azərbaycan dövlətçiliyi isə azərbaycançılığın tərkib hissəsidir. Dövlət insan və cəmiyyət arasında münasibətin ifadə formasıdır”. N.Şəmsizadəyə görə, Azərbaycançılıq üç təməl üzərində bərqərar olur: türkçülük, islamçılıq və vətənçilik. Onun sözlərinə əsasən, Azərbaycançılığın şah damarı - Azərbaycan dilidir. 

    Azərbaycançılıq -
    insanların mənəvi səfərbərliyinin başlıca amilidir...

    Bu gün qarşımızda duran vəzifələr və gələcək fəaliyyətimiz baxımından Azərbaycançılıq ideologiyasının çağırış və şüar deyil, hərtərəfli dərin elmi-nəzəri məfkurə olmasını hər kəs dərk etməlidir. Azərbaycançılığın əsas qayəsini müstəqillik, dövlətçilik, millilik, dünyəvilik, ədalət, demokratiya, mili tərəqqi və s. kimi anlayışlar təşkil edir. Azərbaycançılıq xalqımızın çətinliklə əldə etdiyi, ölkəmizdə yaşayan bütün millətlərin və etnik qrupların qarşılıqlı ünsiyyət və münasibətini, ümumi taleyini əks etdirən əvəzsiz tarixi sərvətdir. 
    Professor Azad Nəbiyev azərbaycançılığın milli dövlətçiliyimizin aparıcı istiqamətinə çevrilməsi, bütün cəmiyyət üzvlərini tam əhatə etməsi, mənəvi birlik və həmrəylik rəmzinə çevrilməsi kimi məsələləri müstəqil dövlətçiliklə bağlayır və əsaslandırır.  
    Azərbaycançılıq ideyasının praktiki mənası dövlətçiliyimizin, dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, mütərəqqi adət-ənənələrimizin, qorunub saxlanılmasını, əbədi yaşamasını özünün vətəndaş borcu hesab edən insanların yetişdirilməsidir. Elə insanların tərbiyə edilməlidir ki, o insanlar sadaladığımız dəyərlərlə fəxr etsin, onların yaşadılmasına çalışsın.  
    Millət vəkili Zahid Oruc bizimlə söhbətində bildirdi ki, azərbaycançılıq ideologiyası son on ildə dövlətin rəsmi xəttində özünü daha qabarıq göstərməkdədir: "Bu proses daha artıq mənəvi mühiti, müəyyən mənada təhsili, dövlət idarəetmə sistemlərini əhatə etməkdədir”.
    Akademik Ramiz Mehdiyev professor Səlahəddin Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabına yazdığı ön sözdə bu ideyanı daha da genişləndirərək azərbaycançılığın mövcudluğunun iki mühüm şərtini və çərçivəsini göstərir. R.Mehdiyev etiraf edir ki, bu ideologiyanın ayrı-ayrı elementləri ailələrdə, müxtəlif insan və toplumların mənəvi aləmində yaşaya bilir. 

    Azərbaycançılııq -
    etnik müxtəliflikdə ortaq dəyər kimi...

    Ümummilli lider Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsinə çevrildi. 
    Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılıığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
    Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bizimlə söhbətində bildirdi ki, azərbaycançılıq ideyası etnik-milli və bəşəri müstəviləri əhatə etmək baxımndan yekcinsliyin təsdiqi deyil, müxətlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. 
    Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. 
    Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvalamaqla kifayətlənməyib, coğrafi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz “Azərbaycançılıq ideologiyasıdır”. Azərbaycançılıq həm də cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasını, insanların mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.
    Azərbaycançılığın məfkurəvi dəyəri bundadır ki, onun ətrafında ölkəmizdə yaşayan bütün xalqlar, milli etnik qrup və azlıqlar birləşir - “azərbaycanlı” adlanır.

    Azərbaycançılıq 
    qlobal çağırışlara cavab verirmi?..

    Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən azərbaycançılıq ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının ideya əsasını təşkil edir. Belə olan təqdirdə Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. 
    Tarix elmlər doktoru, professor Əli Həsənov “Heydər Əliyev və milli dövlətçilik təlimi - azərbaycançılıq” məqləsində yazır: “Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf tendensiyalarını nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli sədlərini, milli-mənəvi dəyərlərini, vətəndaşların milli maraqlarını qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli maraqları, milli-mənəvi dəyərlərin qorunması və s. proseslərini çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi”.
    Azərbaycançılıq ideyalarının yayılması və bütün dünyada yaşayan azərbaycanlıların birləşdirici bir amalına çevrilməsi yolunda Heydər Əliyevin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci il tarixdə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının birinci qurultayı və sonrakı illərdə bu toplantıların davamlılığının xüsusi rolu olmuşdur. 
    Məsələyə münasibət bildirən filologiya elmləri namizədi Sona Vəliyeva  qeyd edir ki, bütün bu işlər dünyada yaşayan azərbaycanlıların milli şüuru, milli özünüdərkin gücləmnəsinə, onların Azərbaycan dilinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, dovlətçiliyinə münasibətinin daha da doğmalaşmasına öz müsbət təsirini gostərmişdir.  
    Beləliklə, azərbaycançılıq ideologiyası dünən ümummilli lider Heydər Əliyev kimi müdrik bir siyasi liderin, bu gün isə Prezident İlham Əliyevin şəxsində özünün qüdrətli qarantını tapıb.     
                                                                               
    Bayram NİFTƏLİYEV
    11.03.13 Məqaləni oxumaq
     
    Vicdan azadlığı üzərində qurulan dini siyasət
    Bu gün dünyanın siyasi mənzərəsində yeri tezliklə doldurulası mümkün olmayan boşluq əmələ gəlib. Dövlətlər və rəhbərlər yeri gəldi-gəlmədi bu boşluğu dini şüarlarla doldurmağa çalışırlar. Hətta bir az da irəli gedərək hərə öz dininin mükəmməlliyindən, insanlara verə biləcəyi firavan gələcəkdən danışır. Amma çox az dövlət var ki, dinlərarası dialoqun inkişafına səy göstərir. Etnik və dini cəhətdən rəngarəng olan Azərbaycanda isə müxtəlif millətlərin nümayəndələri arasında həmişə dostluq münasibətləri, tolerantlıq ənənələri bərqərar olub. Azərbaycan tolerantlığa dövlətçiliyi möhkəmləndirən, xalqın birliyini və sıralarının sarsılmazlığını təmin edən faktor kimi baxıb. 

    Heydər Əliyev və dini tolerantlıq

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə vicdan və dini azadlıqlar yaradıldı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi. Ümummilli lider Heydər Əliyev deyirdi ki, biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Bu yanaşmadan irəli gələrək 1999-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr - Tolerantlıq Günü kimi qeyd edilməyə başladı.  
    Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də bəyan edilib. Heydər Əliyev Azərbaycanda mövcud olan dini tolerantlığı yerində görmək və nəticə çıxarmaq üçün digər dinlərin ali rəhbərlərini vaxtaşırı ölkəyə dəvət edirdi. Belə ki, Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın sabiq Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryamın Miladı Baş Kilsəsi də bərpa olundu.
    Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinə bariz nümunəni Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci il tarixdə Azərbaycana etdiyi tarixi səfərini də göstərmək olar. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcud olan münasibətləri yüksək qiymətləndirib. 
    Moskvanın və Bütün Rusiyanın hazırda fəaliyyətdə olan Patriarxı Kirill Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də provaslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini bildirib: “Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib edilməmişdir...” 
    Bu günlərdə (2 fevral, 2013) Rus Pravoslav Kilsəsinin Arxiyerey Məclisində çıxış edən Rus Pravoslav Kilsəsinin Patriarxı deyib ki, Azərbaycanda dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi psevdodini ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.
    Gürcüstan Patriarx Katolikosu II İlya da Azərbaycandakı dini tolerantlığın digər ölkələrə nümunə ola biləcəyini söyləyib.  

    Azərbaycanın din siyasəti vicdan azadlığı üzərində qurulub

    Azərbaycan qanunları mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanın din sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin dini siyasəti həmçinin beynəlxalq hüququn prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Hökumətin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. 
    Dinlərarası münasibətlərdə Azərbaycan dünyanın ən çox inkişaf etmiş ölkələrinə nümunə göstərilir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri sayəsində mümkün olub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında keçirilən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən ehtiramla qarşılanır. Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini hər zaman diqqətə çatdıran Prezident İlham Əliyev dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu söyləyib: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.”
    Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr də fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti  azaddır. Azərbaycanda 160 ildir “Bibliya” çap olunur. Azərbaycan Prezidentinin ayırdığı vəsait hesabına “İohan” Kilsəsi bərpa olunub. Müstəqillik illərindən etibarən ölkə ərazisində 12 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. 
    Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları “Soxnut”, “Aqudit İsrail” və “Tşuva İsrail” kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıxı əlaqə saxlayırlar. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir.  
    Heydər Əliyev Fondunun “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Fond Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının və “Roma katakombalarının bərpasında iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və  möhkəm kökləri olduğunu vurğulayır: “Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri bütün millətlərə, dinlərə, mədəniyyətlərə böyük hörmətlə yanaşmasıdır. Biz inanırıq ki, yalnız dialoq, dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar”. 
    Azərbaycanda “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının təbliği istiqamətində tədbirlər keçirilir. Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə böyük dini icmaların (müsəlman, yəhudi, rus pravoslav, katolik dini icmaları) iştirakı ilə “Azərbaycanda sülh hərəkatının formalaşdırılması: problemlər və perspektivlər” mövzusunda “Dəyirmi masa”lar təşkil olunub. Tədbirdə ölkə ərazisində yaşayan müxtəlif millətlərin hüquq və azadlıqlarının təmin olunması vəziyyəti müzakirə edilib. Ölkəmizdə sülh hərəkatının formalaşdırılması, bu sahədə milli və dini tolerantlığın rolu, sülh hərəkatının geniş alyans formasında fəaliyyəti üzrə müzakirələr aparılıb, Azərbaycanda Milli Sülh hərəkatının bünövrəsi qoyulub. Sevindirici haldır ki, bu günədək Ombudsmana milli və dini məsələlərlə bağlı heç bir şikayət daxil olmayıb.  
    Uşaq və gənclərə dini dözümlülüyün aşılanması məqsədilə “Dinlər uşaqlar üçün” beynəlxalq şəbəkəsi ilə, müxtəlif dinlərin, etnik qrupların və milli azlıqların nümayəndələri ilə sıx əlaqələr saxlanılıb, müxtəlif dini konfessiyaların xadimləri ilə görüşlər təşkil olunub.  
    Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə mayak rolunu oynayır. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə Komitə rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir. Komitənin yeni istifadəyə verilən rəsmi saytında mövcud məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, alban abidələri və ziyarətgahlar haqqında geniş məlumatlar yerləşdirilib.  
    Bu günlərdə Bakıda Dini  Komitə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun reallaşması da ölkəmizdə mövcud olan tolerantlığın nümunəsidir. Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bəyan etdi ki, Azərbaycanda  bütün dinlərin azad və sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onun fikrincə, ölkəmizdə mövcud olan tolerant mühit və dinlərarası münasibətlər imkan verir ki, İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də azad şəkildə fəaliyyət göstərə bilsinlər.
     
    Qeyri-ənənəvi dini qruplaşmalar tolerantlıq mühitinə zərbə vurur

    Bu gün Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür.
    Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 576 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 555-i İslam, 21-i isə qeyri-islam (12 xristian, 6 yəhudi, 1 krişna, 2 bəhai) təmayüllüdür. Qeyri-ənənəvi dini qruplaşmalar heç də hər zaman müqəddəs amala xidmət etmir. Bir çox hallarda isə tam əksinə bəzi siyasilərin əlində alətə çevrilirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu tip icmaların geniş fəaliyyəti ilk öncə ölkəmizdəki yuxarıda qeyd etdiyimiz tolerantlıq mühitinə zərbə vurmaqla, cəmiyyəti uçuruma apara bilər. Buna görə də, bu tip icmaların fəaliyyətinin qarşısının alınması vacibdir. Ancaq insanların dini etiqad azadlığı hüququnu da təhdid etmək yolverilməzdir.
    Azərbaycanın dünyəvi, hüquqi, dinin dövlətdən ayrı bir ölkə olduğunu nəzərə alsaq, hakimiyyət də radikal dini abı-havanın əleyhinədir. Hakimiyyətin bu siyasəti əslində normal qarşılanmalıdır. Hakimiyyət İslamın elm, müasirlik humanizm dini olduğunu nəzərə alaraq vətəndaşlarının onun əsl mahiyyətinə yiyələnməsinin tərəfdarıdır. Elə məhz bu nöqteyi-nəzərdən dövlət heç bir radikal dini cərəyanın fəaliyyətinə və inkişafına imkan vermir və buna qarşı haqlı mübarizə aparır. 

    Niyaz NİFTİYEV
    11.03.13 Məqaləni oxumaq
     
    DÜNYANIN TÜKƏNMİŞ ƏDALƏTİ
    Xocalı soyqırımı-erməni vəhşiliyi

    Keçmişdə Sovet İttifaqı, bu gün isə Rusiyanın koloniyası olan Ermənistanda xalqların, xüsusən də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılması siyasəti zaman-zaman dövlət səviyyəsində dəstəkləndiyindən, bu anormal düşüncə tərzi ölkənin bütün leqal və qeyri-leqal strukturlarına sirayət olunub. “Böyük Ermənistan” ideyası bu utopist milləti qorxunc fəlakət və cinayətlərə sürükləyib. Nəticədə Azərbaycan və bu torpağı özünə Vətən bilən digər millətlərin nümayəndələrinə qarşı terror, soyqırım aktı həyata keçirilib. 
    Ermənilərin Qara dənizdən başlanan “Böyük Ermənistan” xülyası Xəzər dənizinədək uzanır. Bu torpaqların gerçək sahibləri olan Türkləri isə ermənilər özlərinin əbədi və əzəli düşmənləri kimi qəbul edirlər. Erməni yazçısı Silva Kaputikyan “İlk dəfə…” adlı kitabında millətinin bədxah niyyətini cəmiyyətə belə təqdim edir: “Ey Aram, sənin düşmənin Türkdür. Vətən Allahdan irəlidir. Kilsə Vətəndən irəlidir. Böyük Tiqran kilsədən irəlidir. “Böyük Ermənistan” böyük Tiqrandan irəlidir.”
    Təkcə ötən XX əsrin müxtəlif illərində Azərbaycan və azərbaycanlılar ermənilər tərəfindən tarixdə görünməmiş soyqırımlara məruz qalıblar. Bu vəhşiliklər ən yaxşı halda soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyası ilə nəticələnib. Bu zaman Cənubi Qafqazda, o cümlədən Qarabağda 200 min erməni yerləşdirilib. Türkiyə və İran sərhədlərinə yaxın torpaqlarda xristian xalqlarının xüsusi çəkisini artırmağa çalışan Çar hökuməti, daha sonra Sovet imperiyası ermənilərin köçməsini sonralar da dəstəkləyiblər. 
    Əslində SSRİ-nin dağılması ilə keçmiş Sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozaraq Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Dağlıq Qarabağ işğılanın tərkib hissəsi olan Xocalı faciəsi ermənilərin azərbaycanlıların başına gətirilmiş qanlı hadisələrin müasir nümunəsidir. 
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etdilər. Azərbaycan xalqına qarşı törədilən bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Onların 76 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar idi. Xocalı qırğını zamanı 6 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bütün bunları Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzi də təsdiq etmişdir. Mərkəz diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş - diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. 
    Yüz minlərlə insanın taleyinin şikəst olması ilə nəticələnmiş ağılsızlıqların ilhamçısı və təşkilatçısı Zori Balayan 1996-cı ildə çap etdirdiyi “Ruhumuzun canlanması” kitabında Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımını şövqlə təsvir edərək yazır: “Hər bir erməni bu aksiyaya görə fəxr etməlidir.” 
    Əlbəttə, bu sözləri oxuyanda dəhşətə gəlməmək mümkün deyil. Lakin həmin kitabın vicdan və insanlıq kimi hisslərdən uzaq olan müəllifinin açıqlamaları ilə tanış olanda bu dəhşət hissi daha da güclənir. Rusiyada yaşayan soydaşımız Cəfər Sadiq özünün “İddia müddəti sonsuzdur” adlı kitabında Z.Balayandan sitat gətirir: “Xaçaturla mən ələ keçirilmiş evlərin birinə daxil olanda orada bizim əsgərlər 13 yaşlı türkü (yəni azərbaycanlını – red.) pəncərənin çərçivəsinə mıxlamışdılar. Sonra Xaçatur bu öldürülmüş uşağın cəsədini parçalayıb itlərə atdı. Axşam biz daha üç uşağın başına eyni oyunu gətirdik. Erməniləri sevən bir insan kimi mən öz borcumu yerinə yetirdim...”
    Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər. 
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış bu hadisəni işıqlandıran xarici mətbuat Xocalıda baş verən hadisələri kifayət qədər çılpaqlığı ilə yaymağa çalışdı. Bunların arasında Vaşinqton Post, (28 fevral, 2, 6 mart 1992), İndependent (12, 29 fevral 1992), Sandey Tayms (1, 8 mart 1992),  Tayms (2, 3 mart 1992), Nyu-York Tayms (3, 6 mart 1992), BBS1 Morninq Nyus (3 mart 1992), Vaşinqton Tayms (3 mart 1992), Röyters, (Ağdam, Azərbaycan, 2 mart), Boston Qlob (3 mart 1992), Mond (14 mart 1992), Nyusuik (16 mart 1992), İndependent (12 iyun 1992), “İzvestiya” qəzetləri, İngiltərə teleşirkətlərindən birinin hadisə yerində olmuş jurnalisti R.Patrik və başqaları yazırdılar ki, Xocalıda törədilmiş mənfur əməllərə dünya ictimaiyyətinin nəzərində heç nə ilə haqq qazandırmaq olmaz. Nə yazıq ki, dünyanın ədaləti bütün bu olanlara göz yumur… 
    1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir. 
    Soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.  

    İtirilən torpaqlar və 
    milyardlıq maddi fəsad…

    Erməni və Sovet hərbi birləşmələri Xocalıdan (26.02.1992) sonra Şuşa (09.05.1992) şəhərini ələ keçirdilər. Bununla da faktiki olaraq, ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etmiş oldular. Növbəti addım Laçın rayonunun (17.05.1992) işğalı oldu. Ermənilər hərbi əməliyyatları dayandırmadılar. Belə ki, Kəlbəcər (06.04.1993), Ağdərə (17.06.1993), Ağdam (23.07.1993), Cəbrayıl (18.08.1993), Füzuli (23.08.1993), Qubadlı (31.08.1993) və Zəngilan (25.10.1993) rayonlarını da işğal etdilər. Müharibədə 20 min azərbaycanlı şəhid oldu, 100 min nəfər yaralandı, 50 min nəfər əlil oldu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən, 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Nə qədər çətin olsa da etiraf etməliyik ki, biz bu savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Erməni əsirliyində neçə-neçə qız-gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələrə məruz qalırlar… 
    Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20%-dək (17 min kv.km) Azərbaycan torpaqlarını işğal etdi. Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına aldı. İşğal nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri dəyəri milyradlarla ölçülür. Bu işğal nəticəsində Azərbaycana 60 mlrd. ABŞ dolları həcmində zərər dəydi. Belə ki, 102000 yaşayış evi, 7000 ictimai bina, 693 ümumtəhsil məktəbləri, 695 səhiyyə obyektləri, 800 km avtomobil yolları, 160-dan çox körpü, 2300 km su kəməri, 15000 km elektrik xətti, 250000 ha meşə sahəsi, 200000 ha əkin sahəsi, 464 tarixi abidə və muzeylər dağıdılaraq yerlə yeksan edilib. Bundan başqa, Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının - 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. 

    Müharibə şəraitində 
    sülhə doğru…

    Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı bu problemi həll etdi. Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistanın Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş torpaqları azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də təşvişə saldı. Ermənistanın himayəçilərinin, onun hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi siyasəti daha da gücləndirildi. Azərbaycan belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu. 
    Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatıda  (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. 
    Artıq SSRİ-nin dağılması ilə dünya siyasətində yeni geosiyasi durum meydana gəlmişdi. Azərbaycan və Ermənistanın nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsinə başlanmışdı. Hər iki respublika 1992-ci il yanvarın 30-31-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM - 1995-ci ilin yanvarından Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT), martın 2-də isə BMT-yə qəbul olundu. Belə bir şəraitdə vaxtilə Sovet dövlətinin inhisarında olan Dağlıq Qarabağ probleminin həlli beynəlmiləl xarakter almağa başladı. 1992-ci ilin martın 24-də ATƏM-in Nazirlər Şurasının fövqəladə iclasında (Helsinki) münaqişənin tənzimlənməsi üçün Minsk Qrupu yaradıldı. 
    1996-cı ilin dekabrında keçirilən Lissabon sammitində ümummilli lider Heydər Əliyevin diplomatik qətiyyəti sayəsində mühüm irəliləyiş əldə olundu. Lissabon zirvə görüşü zamanı Azərbaycanın mövqeyi, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən tanındı və müdafiə olundu. Lissabon sammitindən sonra ATƏT-in Minsk Qrupunun yeni formatda yaradılması müvəqqəti də olsa, onun fəaliyyətinə bir canlanma gətirdi. 
    Artıq o gündən bu günədək ATƏT-in Minsk Qrupu həmsədrləri (ABŞ, Rusiya, Frasna) bir neçə dəfə dəyişsə də, nə yazıq ki, problemin həllində müsbət heç nə dəyişməyib. Bir sözlə, ATƏT-in bu günədək Qarabağ probleminin həllində heç bir pozitiv iş görməyib. Bu gün artıq ATƏT-in Minsq Qrupu adlı siyasi institut özünün başlıca funkusiyasını - vasitəçilik missiyasını itirmək üzrədir. Bunu ATƏT nümayəndələrinin “tərəflər öz aralarında razılığa gələməsələr, münaqişənin həlli prosesi uzanacaqdır” demələri bir daha təsdiqləyir. Halbuki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in önləyici diplomatiya rolu indi xüsusi əhəmiyyət kəsb edir. 
    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisi zamanı yeni dövlət başçısı seçilmiş İlham Əliyev Dağlıq Qarabağ probleminin həllində Heydər Əliyev siyasətini davam etdirəcəyini vurğuladı. İlham Əliyev prezidentlik fəaliyyətinə başladıqdan sonra Dağlıq Qarabağ probleminin həllini ardıcıl şəkildə həyata keçirir. Ermənistanla danışıqların davam etdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət daha da genişləndirildi. Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasına çıxarıldı. İlham Əliyevin Avropa Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri kimi başladığı səmərəli fəaliyyət, onun prezidentliyi dövründə də uğurla davam etdirilir. Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olan bu və ya digər təkzibedilməz faktlar, əldə olunan uğurlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ciddi dönüş yarandığını, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə getdikcə daha artıq müdafiə olunduğunu, işğal olunmuş Azərbaycan torpaqlarının geri alınacağı günün getdikcə yaxınlaşdığını sübut edir.

    Yazıya 
    son əvəzi…

    Son iki yüz ildə Azərbaycan zaman-zaman öz torpaqlarını itirməkdədir. 1813-cü ilə qədər (Gülüstan sülh müqaviləsi) Azərbaycanın ərazisi 420 min kv.km olmuşdur. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay sülh müqaviləsi təkcə Azərbaycanı iki yerə parçalamadı, həm də ondan sonrakı dövrlərdə torpaqlarımızın itirilməsində baza rolunu oynadı. Azərbaycan iki hissəyə bölündükdən sonra Çar Rusiyasına birləşdirilən Şimali Azərbaycanın ərazisi 130 min kv.km, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasının ərazisi 116 min kv.km, 1920-1991-ci illərdə Azərbaycan SSR-nin ərazisi 86,6 min kv.km qədər azalmışdır ki, onun da 20 faizi hələ də işğal altındadır. Hazırda tarixi Azərbaycan ərazilərində yaşayan əhalinin ümumi sayı isə 35-40 milyon nəfər təşkil edir. 

    Niyaz NİFTİYEV 
    11.03.13 Məqaləni oxumaq
     
    İbadət evləri: hansı rayonda necə məscid var? - VI YAZI
    (Naxçıvan məscidləri I hissə) 

    Naxçıvan şəhəri 
    Modern.az ötən həftədən Azərbaycanda mövcud olan məscidlər haqqında silsilə yazılara start verib. Bu yazılarda məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadətxanalar haqqında geniş məlumat təqdim edilir. 
    Azərbaycan məscidləri haqqında silsilənin bu bölməsi Naxçıvana həsr olunur. Əlbəttə, tarixi cəhətdən zəngin olan Naxçıvanın ibadət evləri də özü kimi qədimdir. Mənbələrdəki məlumatlara əsasən, 19-cu əsrə kimi təkcə Naxçıvan şəhəri və onun ətrafında 70-ə qədər məscid olub. Hazırda onların bir qismi tarixin arxivinə qovuşsa da, digər qismi qalmaqdadır. Bununla yanaşı Naxçıvan şəhərində yeni tikilmiş məscidlər də var.
    Şəhərin qədim məscidlərindən biri “Came” məscididir. Memarlıq konstruktiv quruluşuna görə, o, XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfindəki əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə üzərində həkk edilmiş kitabədə deyilir ki, “bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hacı Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilib.” Kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunur. “Çay yuxarısında” deyərkən, vaxtilə şimal-şərqdən axaraq cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 1960-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu.
    Kitabədə məscidin memarı “əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram”, – deyə təqdim edilib. Məlumdur ki, səkkizinci İmam Rza (ə.), doqquzuncu imam isə Məhəmməd Təqidir (ə.). Deməli, məscidin memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi dövriyyəyə daxil edilib. Onlardan biri məscidin memarı Məhəmməd Təqi, ikincisi isə kitabəni həkk edən Məhəmməd Salehdir. Məscidin ümumi sahəsi təqribən 1000 kvadrat metr olub və bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırımı tətbiq edərkən top atəşi ilə minarəni zədələyiblər. Sonralar minarə bərpa olunub. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olub. 2007-ci ildə məsciddə əsaslı bərpa işləri aparılıb.
    Naxçıvan Cümə Məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.
    Mərənd və Urmiya məscidləri kimi, Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvarı gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olub. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental Cümə məscidi tipi işlənib hazırlanıb.
    Tarixi mənbələrdən Atabəylər Memarlıq Kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə Cümə məscidi ilə birbaşa bağlı olub. Qoşa minarəli baş tağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir.
    Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir.
    Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi, zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yayıblar. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. 
    Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun 17-18 əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. 17-18 əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Zaviyə məscidinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də, mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində yerləşdirilib. Ümumi sahəsi 212 kvadrat metr, divarlarının qalınlığı 0,9-1,5 arasında dəyişir. Əsas qalınlıq 90 sm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilib. Çox güman ki, 19 əsrin axırlarında aparılan təmir işləri zamanı yeni tikintilər və formalar əlavə olunduğundan binanın memarlıq quruluşu xeyli dəyişdirilərək, əvvəlki zamanların tikintisində istifadə olunan çatma tağlar və sferik günbəzlər əvəzinə, 19 əsrin mürəkkəb xətli tağları və düz dam örtüyü ilə əvəz edilib. Ona görə də binanın tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir. Binanın indiki interyer quruluşu böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikimərtəbəli üç yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. 20 əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunub. 2007-ci ilədək Naxçıvan MR Qadınlar Məclisi burada yerləşib. 2008-ci ildə əsaslı təmir və bərpa olunub.
    “Şahab” məhəllə məscidi
    “Şahab” sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə İslam dini bərqərar olduqdan sonra güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin (“Süddü nənə” adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir.
    Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalıb. Sonrakı illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilib. Şahab məhəllə məscidinin şərq və qərb tərəfə açılan taxta qapıları olub. Bina dörd künc formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə üzləmə aparılıb. Məsciddə eyni vaxtda 80 nəfər ibadət edə bilərdi. Digər məhəllə məscidləri kimi bunun da tək minarəsi olub. Binanın hündürlüyü 6 metrdir. Məscidin mehrabla minbəri cənuba baxan divarda tikilmiş otağın (zalın) ortasından qara rəngli pərdə-arakəsmə asılıb.
    Şahab məhəllə məscidi şəhərdə Kələntərli məscidi kimi tanınıb. Səbəbi bu idi ki, qonşuluqda yaşayan Məmmədkərim Kələntərli adlı xeyriyyəçi tərəfindən məscidə maddi himayədarlıq göstərilirdi.
    Ötən əsrin 30-cu illərində həmin məscidin axundu Mirzə Cabbar ağa (ona “Məşhədi Cabbar” deyərdilər) olub. Həmin illərdə Naxçıvan qarnizonunun sərhəd əsgərləri məscid binasını at tövləsi edib, sonradan isə sökərək kərpiclərini, qapı və pəncərələrini aparıblar. Bütün bunları görən məhəllə sakinlərini başına toplayan Məmmədkərim kişi hökumət işlərinə qarışıb və “NKVD” tərəfindən həbs olunub Sibirə sürgün edilib. Daha sonra Məmmədkərim Kələntərlinin mülkünü müsadirə etməklə evinin əşyaları talan olunub. Həmin mülk Naxçıvan Səhiyyə Komissarlığının öhdəsinə verilib, burada uzun illər dəri-zöhrəvi dispanseri ilə epidemioloji stansiyası fəaliyyət göstərib.
    Son illərdə Naxçıvan şəhərindəki Şəhid İ. Məmmədov küçəsində abadlıq işləri nəticədə Naxçıvan xanının varislərindən olmuş Məmmədkərim Kələntərlinin (Kəngərlinin) iki mərtəbəli mülki ilə bərabər məhəllə məscidinin xarabalıqları da sökülür.
    Əlixan məhəllə məscidi
    Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız cənub tərəfdəki xaraba divarı qalır. Maraqlıdır ki, ”salamat qalan” divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri var. Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən tikilib. Şimal tərəfdəki divarda ikitağlı taxta qapı, şərq divarda iki pəncərə ilə birtağlı qapı, qərb tərəfdəki divarda isə dörd pəncərələri olub. Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülərək, divarlar saman-gillə suvanıb. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Binanın (otağın) içərisindən qara pərdə arakəsmə asılıb.
    “Məscidin həyətində” Bazar çayı axmaqla çeşmə (kəhriz) quyusu olub. Binanın minarəsi olmadığından müəzzin taxta nərdivanla dama qalxıb əzan verərdi. İkinci Dünya savaşı ərəfəsində və 50-ci illərədək məsciddə məhəllənin dindarları namaz qılıb, mərasimlər (təziyələr) keçirərdilər. Məscidin axundu Hacı (Molla) Talıb olub.
    Məhəllənin yaşlı nümayəndəsi mərhum Kamil Mirzəyev (1917-2003) dediklərinə görə, həmin məscid binasını məhəllənin xeyirxah insanı Əlixan Kəngərli tərəfindən tikdirib. Mərhum Kərbəlayı Əlixan Kəngərlinin (1888-1935) iki mərtəbəli iqamətgahı indiki H. Cavid məqbərəsi ilə üz-üzə olub. Otuzuncu illərdə Kərbəlayı Əlixan tutulub, 1918-20-ci illərdə erməni Andranikə qarşı şəhər (məhəllə) könüllülərini silahlandırdığı üçün güllələnib. Mərhumu Hacı Məhəmmədtağı Sidqinin (1854-1903) Naxçıvan qəbiristanlığındakı məzarı yaxınlığında dəfn ediblər. 1950-ci ildə ərazidəki “Nuhun qəbri” tarixi abidəsini buldozerlə sökəndə Kəngərli soyundan olan məzar yerləri də uçurulub.
    1918-21-ci illərdə erməni quldurbaşı Andranik Ozanyan silahlı dəstəsi ilə şəhəri mühasirədə saxlayanda təslim olmaq üçün ultimatum yazıb göndərir. Əlixan məhəllə məscidi həmin illərdə naxçıvanlı vətənpərvərlərin düşmənə qarşı hərbi qərargahına çevrilir. Andranikin göndərdiyi ultimatum kağızının arxasında Əlixan Kəngərlinin tövsiyəsi ilə Şirəli bəyin (qohumunun) oğlu Bəhruz Kəngərli tayqulaq ulaq şəkli çəkərək altında ermənicə Andranikin adını yazıb geri göndərib.
    1970-ci ildə məhəllə ərazisində söküntü işləri aparılarkən Əlixan məhəllə məscidi uçurulur və yerində güləş idman məktəbi binası tikilir. Hazırda binada Naxçıvan MR Gənclər və İdman Nazirliyinin inzibati idarəsi yerləşir.
    Kazım Qarabəkir Paşa məscidi XVI əsr türk memarı S. Osmanın tikdirdiyi üslubunda Türkiyənin Dəyanət İşləri Başkanlığının sifarişi ilə inşa edilib. 1995-ci ilin 20 sentyabr tarixində tikintisinə başlanan binanın xərcləri belçikalı türklərin vəsaiti ilə ödənib. Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olublar. Qoşa minarəli məscid binası üç mərtəbəli qurularaq, özülü, divarları, günbəzlə minarələri dəmir betondan tökülüb. Divarlara xaricdən Qaradağ mişar daşından üzlük piltələri hörülüb.
    Məscid binasının sahəsi 550, həyəti ilə birlikdə 13 min kvadrat metrdir. Minarələrin hündürlüyü 38, əsas günbəz 19, yanlarındakı günbəzlər isə 4 metr ucalığındadır. Binanın birinci mərtəbəsində böyük dəhlizlə yardımçı otaqlar, ikinci mərtəbəsində isə kişilərin ibadət salonu, cənub divarda da mehrab vardır. Mehrabın ətrafında mərmər üzərində ərəbcə Quranın “Bəqərə” surəsindən “Ayətəl-kürsü” həkk edilib.
    İbadətgahın üçüncü mərtəbəsinə minarələrdən pillələrlə yol gedərək yan divarlardakı eyvanı xatırladan qadınların ibadəti üçündür.
    Məscidin giriş qapısı üstündə divarda ərəb və türkcə aşağıdakı sözlər yazılıb: “Kazım Karabekir Paşa Camii” Naxçıvan halkına kardeşlik hediyyesi olarak Belçikada yaşayan türklerin katkılarıyla türkiye diyanet vakfı tarafından Çintaş A.S-yaptırılmışdır. 1997”.
    Həzrəti Zəhra məscidinin təməlini 1992-ci ilin “Qurban bayramı” günündə, Sarbanlar məhəlləsindəki mərhum Miriş Ağanın həyətində, İranın urmiyalı inşaatçıları qoyublar. XVIII əsrin axırlarında müqəddəs Əshabi-Kəhf mağarasını ziyarətə gəlmiş iraqlı zəvvarlar arasında Miriş Ağa adlı mömin şəxs (onun ismi Əl Miriş İbn Əbdullah olub) Naxçıvan şəhərində ailə qurub yaşayır. 1898-ci ildə Miriş Ağanın ailəsində Cəfər adlı bir uşaq anadan yetim doğulur. Körpənin qayğısı ilə əvvəlcə xalası, sonradan dayısı məşğul olaraq onu şəhərdəki ruhani mədrəsəsində tərbiyələndirirlər. Cəfər 5 yaşına çatanda atası da dünyadan köçməklə valideynlərindən yetim qalır. Quranı avazla oxuyan Cəfəri dayısı şəhərdəki rus-tatar məktəbinə qoyur və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddi sinifli məktəbdə oxudur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinə qəbul etdirir.
    1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən, Cəfəri 20 yaşında gənc ikən dövlət işinə gətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olur.
    Cəfər ağa Mirişli pedaqoji və dövlət məmurluğunu işləməklə Cümə günlərində də məsciddə xütbə oxuyaraq oradakı tələbə yataqxanasında rayon və kəndlərdən gəlmiş tələbələrə tərbiyəçilik edir.
    Böyük insan, mömin pedaqoq, dövlət xadimi olmuş Mir Cəfər Mirişli 1979-cu ildə 81 yaşında dünyadan köçür. 29 noyabr 1962-ci il tarixində Mir Cəfər müəllimin ata evinin söküntüsünə başlayırlar. Burada bir neçə möcüzəvi hal baş verir. Söküntü aparan buldozerin sürücüsü maşınında keçindiyindən işlər yarımçıq qalır.
    1977-ci ilin əvvəllərində həmin yerdə yenidən tikinti işlərinə başlanır. Ekskavatorun çalovu böyük qaya parçasına ilişməklə polad məftilləri qırır. Hadisədən sonra işlər yenə də yarımçıq qalır və on il keçəndən sonra burada “Səadət sarayı” binasını tikmək istəyirlər. İşin təməlini qoyarkən yeraltı təkan olur və bir neçə fəhlə ruhi sarsıntı keçirməklə şikəst qalırlar.
    1992-ci ilin Qurban bayramı günündə yarımçıq qalmış tikinti meydançasında – mərhum Miriş Ağanın ocağında o zaman Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyevin iştirakı ilə məscid binasının özülü qoyulur.
    Ümumi sahəsi 1400 kvadrat metr olan məscid binası iki mərtəbəli və qoşa minarəli tikilmişdir. Minarələrin hündürlüyü 31 metr bişmiş kərpiclə hörülərək üstü minalı kaşılarla üzlənib.
    Məscidin üzü şimal səmtinə olmaqla birinci mərtəbədə yardımçı otaqlar, ikinci mərtəbədə isə kişi və qadınların ibadət salonu tikilib. Portal darvazasında yuxarıdan ərəb və azəricə “Həzrəti Zəhra məscidi” sözləri yazılıb. Binanın günbəzi ilə yan divarlarında Qurandan ayələr yazılaraq bəzədilib. Günbəzdə ərəbcə “Allahu Əkbər” sözləri həkk olunub.
    İmamzadə kompleksi – XVI-XVII əsrlərdə formalaşıb. Silindrik gövdənin səthi naxçıvanlı memar Əhməd ibn Əyyub əl-Nafiz Naxçıvaninin tətbiq etdiyi üsulla üfüqi qırmızı bişmiş və şaquli bənövşəyi rəngli kaşılı kərpiclərlə düzülmüş kitabə ilə örtülüb. Kompleks 1997-ci ildə əsaslı təmir edilib. İmamzadə türbəsi – Naxçıvan şəhərinin cənub-şərq hissəsində İmamzadə kompleksinə daxil olan memarlıq abidəsidir. Səkkiz bucaqlı “soğanvarı” günbəzlə örtülmüş türbə-sərdabə bu sahənin keçmişdə əhəmiyyətli məqbərələr yerləşən ərazi olduğunu ehtimal etməyə əsas verir. Naxçıvan buzxanası – Azərbaycan Respublikasında ən böyük buzxanalardan biri, Naxçıvan şəhərində İmamzadə kompleksinin yaxınlığındadır. Düzbucaqlı formada olan buzxananın uzunluğu 20 metr, eni 9 metr, indiki halda 9,6 metrdir. Kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Abidənin XII-XIII əsrdə tikildiyi güman edilir.
    Pirqəmiş məhəllə məscidi
    Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir. Belə deyirlər ki, Naxçıvanda İslam dinindən öncə İraq-əcəmi vilayətlərindən bir nəfər qələndər (tərki-dünya) gələrək, indiki məscid yerində özünə daxma tikib və tənha ömür sürüb. Qələndər öldükdən sonra adamlar mərhumun cənazəsini adət üzrə daxmasında böyük saxsı küpədə dəfn edirlər. 
    Baxımsız qalan daxma uçub-tökülür, yeraltı sular ətrafda sıx qəmişlik bitirir. Atəşpərəst əhali, bayram günlərində bivaris qələndərin (daxması) “məzarı” yanında tonqal qalayaraq oranı ziyarətgaha çevirir.
    Zaman keçir, qələndərin adı unudulur, yalnız xalqın yaddaşında ziyarət yeri kimi “pirqəmişâ€ť olaraq qalır.
    Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilib ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 50-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qururlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülür.
    60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlandıqlarından, Piqəmiş məscidində gecələr (Məhərrəm ayı ərəfəsində) bir nəfərin ibadət etməsinin şahidi olublar. Həmin “möcüzəvi” əhvalatdan sonra yerli rəhbərlərin göstərişi ilə şəhərdəki məhəllə məscidləri uçurdulur. Həmin illərdə yerli mətbuat səhifələrində “ateist tribunası” başlıqlı qərəzli məqalə və felyetonlar dərc olunurdu.
    Xaraba məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində insan sümükləri olan saxsı küp tapılır. Torpaq altında o 21 cümlədən küfi xətti ilə ərəbcə yazılmış saxsı bardaq içərisində sikkələr də üzə çıxır ki, həmin ianəni qoyanlar məscidin təmiri üçün saxlayıbmışlar. Tikintidə qəribə işlər meydana çıxır. İşləyən ekskavatorun yanacaq çəni öz-özünə çatlayaraq yanacaq yerə tökülür, ertəsi günü çən dəyişdirildikdən sonra işləyən saz mühərrikin çarxları sınır və təmir olunan mühərriklər işə başlayarkən polad məftillər qırılaraq yerə tökülür. Ekskavator sürücüsü qorxudan ruhi xəstəliyə tutularaq xəstəxanada keçinir. Qazılmış məscidin yeri xəndək şəklində uzun illər baxımsız qalır. 1975-ci il (on ildən sonra) orada hamam binası tikilərək istifadəyə veriləndə tərs hörüldüyü aşkar olur. 1992-ci ildə yanacaq qıtlığından hamam fəaliyyətini həmişəlik dayandırır, baxımsızlıqdan binanın avadanlıqları sökülərək aparılır.
    1996-cı ilin Qurban bayramı günündə məhəllə camaatının təklifi ilə xeyriyyəçi A.Kazımovun vəsaiti ilə sökülmüş hamam binası yerində məhəllə məscidi inşa olunur. 1998-ci il aprelin 26-da (Məhərrəm ayının əvvəlində) Naxçıvandakı Pirqəmiş məhəllə məscidi yeni görkəmi ilə qapılarını möminlərin üzünə açır.
    Pirqəmiş məhəllə məscidi öz görkəminə görə şəhərdəki digər məscidlərdən seçilir. Məscid binasının ümumi sahəsi 400, həyətyanı hissəsi isə 1500 kvadrat metr ölçüsündədir. İkimərtəbəli məsciddə eyni vaxtda 500 nəfər ibadət edə bilər. Məscidin uca minarəsi ilə günbəzi də vardır. Binanın divarları bişmiş kərpiclə üzlənərək Quran ayələri yazılıb.
    Səkkiz metr ucalığındakı minarənin yuxarısında ərəbcə “Allahu Əkbər” sözləri ilə “1998-ci il” tarixi qeyd olunub.

    Orxan Əli
    Ardı var...
    11.03.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30