Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Alicənab insan, fədakar alim və ictimai xadim
    Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb
    Yazıya giriş, yaxud ön söz əvəzi Həmişə İsa müəllim haqqında söhbət düşəndə, nədənsə yadıma XIX əsrin axırları XX əsrin əvvəllərində yaşayan, millət, xalq üçün fədəkarlıq, canıyanarlıq nümunəsi göstərən ziyalılar düşür: Mirzə Cəlil, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmmədağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi və digərləri. O ziyalılar ki, öz dövrlərində və sağlıqlarında millətin savadlanması, xalqın qəflət yuxusundan oyanması, məmləkətin inkişaf etməsi naminə təmənnasız olaraq çoxlu işlər görüblər. Onlar həqiqi mənada milli mənafeyə xidmət etməyin bariz nümunəsini ortaya qoyublar.
    19.10.09 Məqaləni oxumaq
     
    Ona hamımızın borcu var…
    Mən öz borcumu qismən də olsa verməyə çalışıram
    Söhbət Azərbaycan xalqının taleyində müstəsna rolu olmuş ümummilli liderimiz HEYDƏR ƏLİYEVə olan borcumuzdan gedir
    İllər sürətlə hiss olunmadan səssiz-səmirsiz keçib gedir. Zamanın axarı elədir ki, heç nə onun qarşısını ala bilməz. Biz istəsək  də, istəməsək də ən gərgin, ən ağrılı, hətta ən xoşbəxt və qayğısız günlərimiz belə bizdən uzaqlaşır, xatirəyə çevrilir.
    Bizdən keçib gedən, təkcə ayrı-ayrı adamların həyatında deyil, bütün xalqın taleyində iz buraxmış hadisələr tarix olur. Və sonrakı nəsillər həmin tarixin dərslərini öyrənməyə cəhd göstərirlər. Gələcək o vaxt ağrılı və iztirablı olur ki, insanlar olub-keçənlərdən qədərincə ibrət götürüb yeni gələn nəsillərə bu ibrət dərslərini öyrədə bilmirlər.
    19.10.09 Məqaləni oxumaq
     
    Yaradan və yaradılan
    Planetimizin bizə bənzər canlı olmasını təsdiq edən dəlillərin mövcudluğu barədə müasir elm aləmində yetərli məlumatlar var. Cismimizin dəri qatının sayı ilə planetin qatlarının sayının eyni olması isə hamıya bəllidir. Belə ki, cismimizin dəri qatının ruh pərdəsi ilə əhatə olunduğu kimi planetin qatlarının alimlərin neytral zona adlandırdığı qatın da, planetin qatlarını əhatə etdiyi məlumdur. Bu qat planetin son - ruh qatıdır. Bu qatın sayəsində Yer üzərində olanlar kosmik fəzaya dağılmaqdan qorunurlar. Yerin bütün qatları onun özəyinə qədər, xaricdən bu təbəqə adi şəffaf qat kimi görünür.
    19.10.09 Məqaləni oxumaq
     
    Xeyrulla Məmmədov itkisi…
    O alim kimi savadlı, insan kimi gözəl, dost kimi səmimi, ailə başçısı kimi qayğıkeş idi. Xeyrulla Qulam oğlu Məmmədov
    1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb.  
    19.10.09 Məqaləni oxumaq
     
    Şairin son gəlişi
    O taylı dostum Cəmşiddən həzin bir xatirə
    İstər cənub Astarası, istərsə də şimal Astarası eyni şəhər olub. Astara çayı isə bu doğma şəhəri alma kimi iki yerə bölmüşdür. Hər iki şəhər mülayim iqlimə malik olub, füsünkar gözəlliyi ilə hamını heyran edən səliqə-səhmanlı bir cənub şəhəridir. Təbiət bunlara heç nəyi əsirgəməyib. Yaşıl dona bürünən əzəmətli Talış dağları hər iki Astara üçün dayaqdırsa, Xəzər dənizi sanki bu gözəllikləri əks etdirən parlaq bir güzgüdür.
    19.10.09 Məqaləni oxumaq
     
    Lənkəranın epiqrafiq abidələri
    Azərbaycanın  ümumiyyətlə cənub rayonları, o cümlədən Lənkəran rayonu erkən epiqrafik abidələrlə zəngin olmasa da, burada IX-XII əsr abidələrinə də rast gəlinir. Azərbaycanda ərəbdilli epiqrafik abidələrin IX-X əsrlərdən yarandığını nəzərə alsaq bu bölgədə, Lənkəran rayonunda da onların tarixi mənbə kimi mühüm rol oynadıqlarını qeyd etmək olar .
    Qeyd etdiyimiz abidələrdə adətən onun tarixi, ustanın və sifarişçinin adı, kimin dövründə tikildiyi və.s. məlumatlar olur. Bəzən kitabələrdə tarix olmadıqda belə yazı növünün işlədilməsi dövrünə görə abidənin təxmini tarixini söyləmək olur.  Bu cəhətdən epiqrafik abidələrin bir yerli mənbə kimi əhəmiyyəti daha da artır.
    19.10.09 Məqaləni oxumaq
     
    "Ana dilimizdə ilk “qırx hədis”"
    Orta yüzilliklərdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında ən çox sevilən və geniş yayılan mövzulardan biri də bilavasitə islamla bağlı olan, onun başlıca
    qaynaqlarından sayılan hədislər olmuşdur. Hədislər, bəlli olduğu kimi, sonuncu peyğəmbərin - həzrət Məhəmmədin (s.) mübarək kəlamlarını, bənzərsiz həyatı və bütün bəşəriyyət üçün örnək ola biləcək əməlləri ilə bağlı rəvayətləri özündə birləşdirir və bu baxımdan böyük ictimai-siyasi, əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır.
    19.10.09 Məqaləni oxumaq
     
    Ədəbli ol, padşahlıq et
    Həyatda təzadlar çoxdur, iki amil həlledicidir. Bunlardan biri dindarlıq, ikincisi dünyapərəstlkdir. Dindar, İlahi hökmlərinə əməl edən, özü əməl etdiyi kimi digərinə də həmin əməlləri sevdirən və təlim edəndir. Dindar getdikcə tövhid - yeganəlik və füruatlara, yəni dinin kök və budaqlarına əməl edə-edə əxlaq məktəbini həm öyrənir, həm də həyata keçirir.
    Ruhaniyyətlə yaşayanlar həmişə İslam dəyərlərinə, milli mənəviyyatın qorunmasına xidmət edir, elin adət-ənənəsinə hörmətlə yanaşır və beləcə də ömrün axırına qədər eyni xətlə hərəkət edir. Xalq arasında qazandığı nüfuz və ehtiramı həmişə qoruyur, ömrünün axırına qədər də onu yaşatmağa çalışır. Belələrinin el arasında hörməti nəinki sağlığında, hətta ölümündən sonra da qorunur. Mövla Əlinin (ə) gözəl bir kəlamı var: ´Allahın rəhməti olsun o şəxsə ki, öz qədir-qiymətini biləª. Buradan bir daha aydın olur ki, insan özü də öz hörmətini saxlamalı, mənliyini qorumalıdır.
    19.10.09 Məqaləni oxumaq
     
    Gazi Haji Miraziz Seyidzade: “Door of science”
    Chapter I. A Few Words About Ahl Al-Bayt
    (Continuation) A similar hadith was made in the case of Hamzah's daughter in whose regard Ali, Jafar and Zayd disputed. The Messenger of Allah (PEACE BE UPON HIM AND HIS PROGENY) said then: "O Ali! You are to me like Aaron to Moses, etc."
    19.10.09 Məqaləni oxumaq
     
    Gender problemi: görünən və görünməyən tərəflər
    Son zamanlar  gender problemi cəmiyyətdə geniş müzakirə olunur. Əsasən xaricdən dəstəklənən bu problemin müzakirəsi cəmiyyətdən böyük enerji udur. Sanki, bizim Qarabağ yox,  gender problemimiz var. Çoxbilmişlər yəqin ki, ikincini qabardırlar ki, birinci unudulsun. Azərbaycanda qadınların cəmiyyətdə tutduğu mövqenin inkişaf dialektikasına nəzər salmağa ehtiyac duyulur.
    “Nağı Şeyxzamanlının xatirələri” kitabında (Bakı, Qartal, 1997. səh 269-270) yazılır ki, “Avropada təhsil alan bir qrup tələbə yay tətilində Bakıya qayıdanda, öz himayədarları olan H.Z.Tağıyevi ziyarət edirlər. Gənclərin biri Hacıya müraciət edərək soruşur: “Hacı əfəndi, siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündür?”,- sualını verir.
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30