Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  32 33 34 35 36 37 38 39 40  #
    Masson arxivləri
    I.V.Stalinin masonluğa münasibəti. Ikinci dünya müharibəsi sübut etdi ki, masonluğun insanlığa qarşı apardığı düşmən siyasətini ifşa etməklə, ona qarşı mübarizə aparmaq olar.

    Nasistlər masonlar haqqında sənədləri və masonların silahlarını dərc etdikdən sonra qərb dövlətləri mason rəhbərlərini amansızcasına cəzalandırdılar. 1933-1945-ci illərdə Fransada, Almaniyada, Ispaniyada, Skandinaviya və s. Avropa ölkələrində 85 mindən çox mason güllələndi. Faşist Almaniyası Fransanı işğal etdikdən sonra mason təşkilatları haqqında cinayət işi başlandı. Təkcə Fransa "Böyük Şərq" lojasından 5210 nəfər cinayətə cəlb edilir. Onlardan 219 nəfər sürgünə göndərilir.
    03.11.09 Məqaləni oxumaq
     
    Mənəviyyatın aşınması
    Deyilənlərə görə sovetlər zamanı iki güclü idarəetmə piramidası varmış. Aşkar piramida partiya piramidası idi. Gizli piramida partiya piramidasının nəzarətində olan “oğrular dünyasının” piramidası idi. SSRİ dağılandan sonra təbii olaraq partiya piramidası da dağıldı. Real hakimiyyət aşkar və qeyri aşkar şəkildə gizli piramidanın əlinə keçdi.
    Bu fikirlər bir fərziyyə olsa belə, SSRİ - nin dağılması həm bu məkanı, həm də dünyanı xeyli kriminallaşdırdı. Dünyanın iqtisadi resursunun xeyli hissəsini özündə cəmləşdirən bir ərazidə nizamlı quruluşun dağılması, daxili və xarici kriminal qüvvələrin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Ara qarışıb, məzhəb itdiyi zaman müəssisələrdən, zavodlardan, hətta muzeylərdən çox şeylər oğurlandı. Sahibsiz ictimai  mülkiyyət az saylı “zirək” adamların əlinə keçdi. SSRİ dövründə əli rüşvətə dəyməyən adamların çoxu rüşvət gölünün içərisindədir.
    03.11.09 Məqaləni oxumaq
     
    Atalar sözlərinə informatik yanaşma
    İnsanlar arasında informasiya mübadiləsi bir neçə milyon il bundan əvvəl yaranmışdır. Adamlar bir-birlərinə informasiyanı ilk ünsiyyət formaları olan səs, mimika, jest və toxunma vasitəsilə çatdırırdılar. Şifahi nitq yaranandan sonra insanlar canlı və cansız təbiət haqqında uzunmüddətli müşahidələr nəticəsində yaddaşlarında topladıqları informasiyaları, bilikləri, öyüd-nəsihətləri, hikmətli sözləri dil vasitəsilə nəsildən-nəslə ötürməyə başladılar. Əbəs deyil ki, nağılçılar, dastançılar, aşıqlar, ağsaqqallar qədim biliklərin daşıyıcısı, qoruyucusu və yayan insanlar kimi hər zaman cəmiyyətdə böyük hörmətlə qarşılanıblar. Məhz onların sayəsində qorunub saxlanılmış Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri - nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. bir-bir toplanaraq yazıya köçürülür və geniş oxucu kütləsinə təqdim olunur.
    03.11.09 Məqaləni oxumaq
     
    Azərbaycan - Isveçrə əməkdaşlığı genişlənir
    Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə rəsmi səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
    Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib. Sürix şəhərinin Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İsveçrənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
    Prezident İlham Əliyev və xanımı Sürixdən paytaxt Bernə yola düşdülər.
    03.11.09 Məqaləni oxumaq
     
    AKP günahından yayınır
    Azərbaycanda isə bayraqların müxtəlif yerlərdən yığışdırılması qanunun tələblərindən irəli gəlir

    Türkiyədə hakimiyyətdə olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yürütdüyü siyasətə qarşı narazılıqlar günbəgün artır. Artıq Türkiyədə əksəriyyət bu qənaətdədir ki, növbəti seçkilər AKP iqtidarının fiaskosu ilə nəticələnəcək. Türk qanına susamış PKK terrorçularına qarşı qondarma bir "demokratik açılış" planı, ardınca da Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan protokollara imza atılması ölkə daxilində AKP hökumətinin nüfuzunu heçə endirib. Xüsusən də Türkiyə ilə Ermənistan arasında Bursada keçirilən futbol oyunu zamanı Azərbaycan bayrağına qarşı yaşanan biabırçılıq AKP iqtidarının reytinqinə güclü zərbə vurub.
    03.11.09 Məqaləni oxumaq
     
    Prezident Əmmanda oldu
    Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfərə gəlib.
    Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Kraliça Alia Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İordaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
    Mehriban xanıma gül dəstəsi təqdim edilib.
    Oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olub.
    03.11.09 Məqaləni oxumaq
     
    Maddi və mənəvi təmizlik
    Allah insanı təmiz bir fitrətdə yaratmış və həyatının sonuna qədər təmiz qalmağın yolunu ona göstərib.

    Maddi təmizlik bədənimizə aid bəzi qisimlərin təmizlik və baxımı ilə yanaşı, paltar, corab və ayaqqabıların təmizliyini də əhatə edir. Təmizliyi əhəmiyyətli olan bədən hissələri bunlardır: əllər, ayaqlar, dırnaqlar, ağız və dişlər, gözlər, burun və qulaqlar, saç-saqqal və övrət yerləri. Həzrət Peyğəmbər (s.ə.s) heç olmasa, həftədə bir dəfə bədənin tamamilə yuyulmasını və hər gün çirk, qoxudan təmizlənməsini tövsiyə etmiş və: «Hər müsəlmanın üzərində yeddi gündə bir yuyunmaq, Allahın haqqıdır», - buyurmuşdur. Su ilə təmasın bədənin elektrik yükünü tarazlaşdırdığı, gündəlik gərginlikləri azaltdığı, fərahlıq və gümrahlıq verdiyi, dəri sağlamlığını yaxşılaşdırdığı tibb elmi tərəfindən müəyyən edilmişdir. Həddindən artıq isti su ilə təmas və çox kisələnmə dəri sağlamlığına zərərdir.
    03.11.09 Məqaləni oxumaq
     
    Hişkədərə imamzadəsi
    Pir xeyriyyəçi Əlirza Qafarovun dəstəyi ilə yenidən bərpa olundu

    Hişkədərə İmamzadəsinin çox qədim tarixi var. Onun nəsil şəcərəsi 7-ci İmam Museyi Kazıma (ə) gedib çıxır. Hələ uşaqlıqdan ata-babalarımızın İmamzadənin ziyarətinə getdiyini görərdik. Onlar çox vaxt İmamzadəyə gedərkən istəkli uşaqları da özləri ilə aparar, onun türbəsindən balaca fidanlarımızın alnına çəkərdilər. Həmişə o türbəyə gedəndə qoca bir kişinin qəbrin yanında oturduğunu görərdim. Sonradan məlum oldu ki, onun adı Molla Höccətdir. Bu kişi İmamzadənin qapısını səhərlər açar, onun xidmətində durar, xuddamlıq edərdi.
    Zaman keçdi. Hər yerdə olduğu kimi Masallı rayonu Hişkədərə kəndindəki  İmamzadə Piri də baxımsızlıqdan bərbad hala düşdü. Lakin kəndin milli-mənəvi dəyərlərə, dini abidələrə hər zaman yüksək hörmət qoyan gəncləri, imkanlı şəxzsləri İmamzadə Pirinin tamamı ilə sıradan çıxmasına imkan vermədilər. 
    03.11.09 Məqaləni oxumaq
     
    Əyalət mətbuatı: problemlər və perspektivlər
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Yardımlı rayonunda nəşr olunan “Zirvə”, Masallı rayonunda nəşr olunan “Cənub xəbərləri”, “Yeni həyat”, Biləsuvar rayonunda nəşr olunan “Məhsul” qəzetlərinin redaksiyalarında Dəyirmi masa keçirib. Dəyirmi masada əyalət mətbuatının problemləri ətrafında fikir mübadiləsi aparılıb. 
    03.11.09 Məqaləni oxumaq
     
    Vətəndaş alim
    Onu təkcə əmim olduğu üçün deyil, dərin bilik, insan psixologiyasını duyan, kövrələn insan qəlbini almağı bacaran, zəngin dünya görüşü, geniş məlumat dairəsi olan bir insan – bir şəxsiyyət kimi püxtələşdiyi üçün sevirəm.
    Hər 100 illikdə nadir alimlər, təfəkkür sahibləri yetişir.
    Xalqına, millətinə şərəf gətirən, onu bir çox ölkələrdə tanıdan bu şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli alimi fizikaşünas Muxtar Vəliyevdir. Çox zəngin daxili mənəviyyata malik olan bu insanın elmi-fəlsəfi düşüncələri, Azərbaycan elmində tutduğu mövqeyi, alimin elmi araşdırmaları söylədiklərimi təsdiq edər.
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  32 33 34 35 36 37 38 39 40  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30