Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Fərhad Məmmədov. Neyratron layihəsi
    I. İLK ŞAHİD

    - Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı

    - Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...

    - Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
    02.03.10 Məqaləni oxumaq
     
    Xoşbəxt neftçi
    Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu il yanvarın 14-də Bakıda anadan olub.

    1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun mühəndis-geoloq ixtisası üzrə bitirib.
    1952-ci ildə “Neft daşları” NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində vaş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib.
    1994-cü ildən Azərbaycan Respubliası Dövlət Neft Şirkətinin vistse-prezidentidir.
    1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildən geologiya-mineralogiya elmləri doktorudur.
    170 elmi əsərin, o cümlədən 17 monoqrafiyanın, 6 ixtiranın müəllifidir.
    02.02.10 Məqaləni oxumaq
     
    Dərbənd
    Şəhərin tarixi və əhalinin dini mənsubiyyəti (XIX –XX əsrin əvvəllərində)

    Zəngin və ulu keçmişə malik olan Azərbaycan xalqının tarixi torpaqlarının hər parçası əsrarəngiz, möhtəşəm maddi-mədəniyyət abidələri ilə yaşı minilliklərin ənginlikləri-nə gedən tariximizin canlı salnaməsidir. Əlverişli təbii-coğrafi mövqeyi, zəngin təbii sərvətləri Azərbaycanda hələ orta tunc dövründə şəhərlərin salınmasına, şəhər mədəniyyətinin yaranmasına zəmin yaratmışdı. Antik və erkən orta əsrlərdə hərtərəfli inkişaf qədim şəhərlərin böyüməsinə, yeni-yeni şəhərlərin salınmasına təkan vermişdi. Təsadüfi deyildir ki, erkən orta əsr ərəb coğrafiyaşünasları və tarixçiləri Azərbaycanı “şəhərlər ölkəsi” kimi xarakterizə edirlər.
    Azərbaycanın qədim, keşməkeşli tarixi və möhtəşəm memarlıq kompleksi olan şəhərlərindən biri də Dərbənddir. Dərbəndin təkcə Azərbaycan xalqının deyil, Ön Asiya və Şərqi Avropa xalqlarının tarixində mühüm rol oynaması ilk öncə onun mühüm hərbi-strateji mövqeyi ilə bağlı olmuşdur.
    02.02.10 Məqaləni oxumaq
     
    Mafiya dövlətdən daha zəngindir
    Son 300 il ərzində bəşəriyyət tərəqqi adı altında kapitalizmin qul bazarları üçün “xammal” yetişdirməklə məşğul olub. Nəticədə kriminal kapitalizmin illik qazancı qlobal miqyasda 2 trilyon dollar kimi ağılasığmız məbləğ təşkil etməkdədir. Qlobal mafioz təşkilatları silah ticarəti, narkobiznes, insan alveri, o cümlədən “seks” biznesindən hər il 2 trilyon dollara qədər pul qazanır. Bu isə Almaniya, Fransa, İngiltərə, İsveçrə, İsveç, Norveç, Hollandiya, Belçika kimi zəngin 15 Qərbi Avropa dövlətlərinin illik büdcəsinin toplam cəmindən daha böyük məbləğ deməkdir.
    02.02.10 Məqaləni oxumaq
     
    Qanlı yanvar
    1990-cı ilin 20 yanvarı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdu. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakının küçələrinə çıxan geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələri  qətliam törətdi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 yanvar faciəsi M.S.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
    02.02.10 Məqaləni oxumaq
     
    Düzgün qərar qəbul etmənin əsası
    Əvvəlcə onu qeyd edək  ki, bu gün yaşadığımız əsrin, sənayeləşmə əsri adlanan  keçən əsrdən əsas fərqi, onun elmə - biliyə əsaslanan əsr olmasıdır. Bu o deməkdir ki, hər bir qəbul olunan qərarın arxasında elmi əsas durmalıdır. Hər bir insan gündə onlarla hadisənin, prosesin içərisindən keçdiyi üçün çoxsaylı qərarlar  qəbul etməli olur. Belə qərarların sayı bir ildə orta hesabla  5 min, on ildə isə  50 min tərtibindədir. Ömür boyu qəbul olunan qərarların sayı yüz minlərlə, bəlkə də milyona yaxındır. Çox nadir tarixi şəxslərə nəsib olar ki, onun  ömrü, demək olar ki, xətasız qərarlardan keçir. Belə tarixi şəxslərə misal ulu öndər Heydər Əliyevi də göstərmək olar. Böyük Hind mütəfəkkiri Oşoya görə ”Şərqdə insan ömrünün zirvə nöqtəsinin uşaqlıqda və ya gənclikdə olduğu qəti şəkildə rədd olunur, çünki zirvə - ömür yolunun digər ucunda olmalıdır”.
    02.02.10 Məqaləni oxumaq
     
    Naxçıvanda mətbuat daha sürətlə inkişaf edəcək
    Həyata keçirilən tədbirlər də bu cür düşünməyə əsas verir

    Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “Mətbuatın dostu” adına layiq görülməsi xəbərini eşidəndə düzü sevindim,  “bu  onun halal haqqıdır”-dedim. Elə o an da muxtar respublikanın gündəlik ictimai-siyasi qəzeti olan “Şərq qapısı” qəzetində işlədiyim dövrü xatırlayası oldum. Çünki birgə fəaliyyətimiz dövründə onun nə dərəcədə mətbuat adamı olduğunu yaxından duymuşdum. Elə bu mənada ürəyimdən keçənləri qələmə almağa çalışdım. Baxmayaraq ki, ondan əvvəlki illərdə böyük mətbuatda-“Sovet kəndi”, “Həyat” və “Azərbaycan” qəzetlərində peşəkar qələm sahibləri ilə birgə çalışmışdım, onlardan xeyli təcrübə toplamışdım, amma bölgədə 7 illik baş redaktorluq dövrüm mənim üçün həqiqi mənada bir həyat məktəbi oldu. O vaxtadək iki ali məktəb (ixtisasca həm tarix müəllimi, həm də hüquqşüqnas idim) bitirsəm də, üstəlik də tarix elmləri namizədi alimlik dərəcəsi alsam da bu məktəbdən öyrəndiklərim, əxz etdiklərim daha çox oldu.
    27.01.10 Məqaləni oxumaq
     
    Ayılmaq vaxtı çatıb
    Düzdür, tarixdə gor qonşularımız olan və dünyanın mənfur milləti hesab edilən ermənilərin türklər tərəfindən “soyqırıma” məruz qalması faktı gerçəkliklər və həqiqətlər müstəvisində həllini tapmayıb. Heç tapmayacaq da. Çünki olmayan bir şeyi, hadisəni necə doğru və düzgün kimi qəbul etmək olar. Amma bədxah və yaramaz qonşularımızın saxta “soyqırımı” siyasətinə məruz qalmalarını az qala dünyanın o biri başına çatdıra bilmələrini eşidəndə düzü ayaqlarım da yerində quruyur. Elə o an da nədənsə böyük türk sərkərdəsi Əmir Teymurun bu sözlərini xatırlayırsan: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcək xalqlar ya məni alqışlayacaq, ya da ki, lənətləyəcəklər”.
    Hər dəfə erməni vəhşiliklərindən, onların insanlığa sığmayan hərəkətlərindən söz düşəndə doğma yurdum olan Şərur torpağında baş verən hadisələri xatırlayıram.
    26.01.10 Məqaləni oxumaq
     
    Şərur Yallısı - Naxçıvanın tacı
    Oğuz babalarımızın  ilkin möhürü

    “Şərur rayonun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var”. Bu sözləri xalqımızın ümümmilli lideri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. Rayonun indiki sosial-iqtisadi inkişafında  müdrik rəhbərin xidmətləri çox olub. Ən başlıcası isə ötən əsrin 70-ci illərində  tutumu 150 milyon kubmetr olan Arpaçay dəryaçasının tikilib istifadəyə verilməsi bölgədə 18 min hektardan artıq torpaq sahəsinə həyat bəxş edib.
    09.11.09 Məqaləni oxumaq
     
    “Kürd layihəsi”
    Aşağıdakı məqalə Türkiyə prezidentinin İraqa son səfəri (23-24 mart 2009-cu il) zamanı Rusiya həftəliklərindən birində dərc olunub. Yazıda Azərbaycanın tarixi və bu günü ilə bağlı bir çox önəmli məqamların üzərinə işıq salınır.

    Türkiyə prezidenti Abdullah Gül İraqa səfər edərək, kürd separatçıları ilə mübarizə problemini və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə etdi. Bu, son 33 ildə Cümhuriyyət başçısının qonşu ölkəyə ilk rəsmi səfəri oldu. Ankara tarixi yaddan çıxarmayıb.
    Türkiyə kürd məsələsinə həmişə çox həssas reaksiya göstərib. Bu dəfə o, informasiya agentliklərinin yaydığı məlumatlara görə, kürd yaraqlıları ilə mübarizədə İraq tərəfinin səmərəli dəstəyini qazanmaq istəyir və Bağdaddan bu yöndə konkret addımlar gözləyir. Səbəbi isə belədir:
    03.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30