Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    Erməni ideologiyası
    Deportasiyadan soyqırımadək…

    Keçmişimizin ən ağrılı-acılı səhifələrindən olan soyqırım, deportasiya və qaçqınlıq xalqımızın taleyində zaman-zaman dərin izlər buraxıb. Nə yaxşı ki, uzun illər susduqdan (obyektiv və subyektiv səbəblərdən) sonra bu acı həqiqətlərin öyrənilməsi və qloballaşdırılmasına şərait yarandı.
    03.12.10 Məqaləni oxumaq
     
    Naxçıvan adı altında “alver” edən qəzetlər
    Bakıda yaşayan jurnalist həmkarlarımdan birisi  məndən soruşdu:

    - Müəllim, bu gün ölkəmizdə Naxçıvan adında neçə qəzet çıxır?

    - Düzü dolğun cavab verə bilmədim. Dedim ki, bu gün Muxtar Respublikada gündəlik “Şərq qapısı” qəzeti ilə yanaşı, 7 rayon (şəhər) qəzeti və “Naxçıvan” adlı elmi, ədəbi və publisistik jurnal nəşr olunur.
    Həmkarım yenə də sorğusundan qalmadı. Bu dəfə sualına bir balaca “siyasi” don da geydirdi:

    - Məgər Ali Məclisin deputatı, rəsmi dövlət qəzetinin bölgə müxbiritək siz Naxçıvanda yaşamırsınız?

    - Niyə ki, orada yaşayıram, olmaya buna şübhəniz var soruşduqda,  cavabı ondan ibarət oldu ki, bəs nə əcəb son illər  Bakı şəhərində nəşr olunub orada yayılan, satılan mətbu orqanlarından xəbərsizsiniz. Olmaya onların Muxtar Respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatları ilə bağlı əlaqələri yoxdur, region həyatının güzgüsü funksiyasını yerinə yetirmirlər?
    Əslində, söhbətin nədən getdiyi mənə aydın oldu. Jurnalist həmkarım da qınanılası deyildir. İndiyədək  Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli  məhsullar sırasında görünə biliblərsə, onda onu necə də qınayasan? “Ulu Naxçıvan”, “Böyük Naxçıvan”, ”Müasir Naxçıvan”, “Yeni Naxçıvan”, “Naxçıvanın səsi”, “Naxçıvan bu gün”, “Naxçıvan press” və s. adda qəzetlərin məram və məqsədləri, hansı amal və məzhəbə qulluq etmələri heç kəsə  aydın olmayıb. Əslinə qalsa, bu qəzetlərin məmləkətimizin ayrılmaz bir bölgəsi olan Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqələri də olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalı” bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar.
    04.09.10 Məqaləni oxumaq
     
    Dünya qadınları üçün bir ideal...
    Xanım Fatimeyi-Zəhranın təqva və imana söykənən həyat tərzi, fədakar həyatının müxtəlif məqamları hər bir qadının “necə olmalıdır?”  sualına cavab verir.

    Ataya necə qız olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı?
    Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Mühəmməd (s) peyğəmbərin sevimli qızı Xanım Fatimeyi-Zəhra bütün bu suallara gözəl bir cavabdır. Qiyamətədək hər bir toplumun qarşısına çıxan bu sualları çözən bir cavab! Başqa sözlə, dünya qadınları üçün misilsiz bir ideal! Həzrət Fatimənin təvəllüd günü, heç şübhəsiz ki, hər bir müsəlman üçün bir sevinc günüdür.  Bu mübarək doğum günü bu il iyunun 3-ə təsadüf etmişdi. Bu gün Islam aləmində “Qadınlar Günü” kimi də qeyd edilir.
    03.09.10 Məqaləni oxumaq
     
    İman və ibadətin hikməti
    “İman” və “ibadət” məfhumlarının müxtəlif əqidə vicdan və savad yönündən fərqlənən insanlar arasında birmənalı şəkildə anlaşılmadığının şahidi oluruq. Məsələn: “Müsəlman”la “mömin” məfhumlarının eyni məna daşıdığını düşünərək hətta fasiqliyi (böyük günah işləməyi adət etməsilə) ilə məşhur olanları tanışlarının bəzən mömin adlandırdığını eşidirik. Əslində iman nədir? İman-Allaha qəlbi ilə inanmaq, dili ilə təsdiq etmək və əməllərilə də Rəbbin əmrlərinə riayət etməkdir. İmanın dərəcələri mövcuddur:
    03.09.10 Məqaləni oxumaq
     
    Halal-haram kolbasalar…
    Çoxsaylı müraciətlər olsa da, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bütün şirkətlərə «halallıq» zəmanəti verilməyib

    Təxminən 12-ci əsrdən süfrələrə yol açan kolbasanın tarixi mənbələrdə öz adını və mənşəyini türk tayfalarından götürməsi əks olunur. Amma yüksək tələbatlılıq baxımından hələ də bütün dünyada mövqeyini qorumaqda olan kolbasanın bu gün öz ilk yaradıcılarının süfrəsində halal yerini tuta bilməməsinin bir səbəbi var - o da halallıq. Kolbasa məhsulları məhz bu tələbə cavab verməməsi üzündən müsəlman süfrəsinin arzuolunmaz və qəbul edilməz qidalarından biri hesab olunur. Deyəsən, artıq bu problemdən də çıxış yolu tapılıb. Müsəlman aləmi üçün kolbasaya qoyulan digər standartlarla yanaşı, halallıq zəmanətinin də vacibliyi bu ərzaq məhsulunun istehsal prosesinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) müdaxiləsini qaçılmaz edib.
    03.09.10 Məqaləni oxumaq
     
    Manqal ürəkli oğul
    Bəşər övladının yaxşı bildiyi, ancaq heç zaman qəbul etmək istəmədiyi bir həqiqət var: bu dünya ayrılıqlar dünyasıdır. Ən böyük sevincimiz də, sonsuz hesab etdiyimiz kədərimiz də sonunda həyatın bu sərt həqiqəti ilə üzləşməli olur. Həsrət qoxulu, hicran əzablı günlər isə könlünə, gözünə köçən dərdlərə dözməyi, tablaşmağı öyrədir insana. Təkcə ayrılıqlara alışmaq olmur. 
    03.09.10 Məqaləni oxumaq
     
    Diri-diri ölümə…
    Bu gün Qəzzada baş verənlər bunu deməyə əsas verir.

    May ayının 31-də İsrail silahlı qüvvələri ilə Qəzzaya istiqamətlənən gəmidəki aktivistlər arasında baş verən insident Qəzza bölgəsi əhalisinin üzləşdiyi çətinlikləri bir daha diqqət mərkəzinə çəkdi. Bütün dünya sözdə İsraili qınasa da nəticə hələ də ortada görünmür. Türkiyə 9 ölünün qisasını yalnız emosional bəyantlarla almağa çalışır. Dünya isə yenə də susur.
    03.09.10 Məqaləni oxumaq
     
    135 il sonra...
    “Hər kəsi çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, eşitmir. Axırda gördüm ki, qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur…” Nəhayət, Həsən bəy Zərdabi 1875-ci ildə iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə dediyi bu sözlərinə əlac tapdı. Bu gün isə həmin tarixdən 135 il keçib. Əlinə qələm alan hər bir jurnalist öncə çalışır ki, Zərdabi qələminə, Zərdabi ideyasına, Zərdabi əzminə sadiq olsun. Sanki “Hippokratın andı” Azərbaycan jurnalistikasında Zərdabi fədakarlığına, Zərdabi sözünə layiq olmaq kimidir.
    03.09.10 Məqaləni oxumaq
     
    DUBAY - bu şəhəri ancaq görməklə kəşf etmək olar. I yazı
    Dubayın ilk qənaətcil hava yolları olan “flydubai” şirkətinin maliyyə dəstəyi və "RED Communications PR və BTL" Agentliyinin təşkilatçılığı ilə Dubaya gedəcək mətbuat nümayəndələri arasında olduğumu eşidəndə çox həyəcanlanmışdım. Etiraf edim ki, Şərqin bu əsrarəngiz şəhərini görmək və tanımaq çoxdankı arzum idi. Azərbaycanda Dubayı daha çox Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məlumatları və şəhərdən departasiya edilən “qədim peşə sahibləri” olan “soydaşlarımız” barədə xəbərlərlə tanayırıq. Elə Dubaya gedəcəyimi eşidəndə bəzi tanışlarım da mənə bununla bağlı atmacalar atmaqdan çəkinmirdilər. Dubayda olduğum müddətdə isə yəqin etdim ki, bu şəhəri ancaq görməklə kəşf etmək olar.
    27.05.10 Məqaləni oxumaq
     
    BMK yerli İcra Hakimiyyətlərində apardığı monitorinqi başa çatdırıb
    Beynəlxalq Mətbuat Klubu (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsinin icrasını davam etdirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. 
    Layihə çərçivəsində yerli İcra Hakimiyyətlərində internet xidmətlərinin fəaliyyəti ilə bağlı aparılan monitorinq başa çatıb. Monitorinqin əhatə dairəsinə Bakı şəhərinin rayonları daxil edilib. Veb-səhifəsi olmayan və yaxud da olub vaxtında yenilənməyən İcra Hakimiyyətlərinə tövsiyələr verilib.
    17.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30