Ağamalı Ədil oğlunun nəsil şəcərəsinin taleyi çox keşməkeşli, əziyyətli məhrumiyyətlə dolu onilliklərdən keçib. Qərbi Azərbaycanın isveçrəsi sayılan Dərələyəz mahalında yaşayan ata-babası 20 yüzillikdə 5 dəfə qaçqın, məcburi köçkün həyatı yaşayıb, yurd-yuvası yağmalanıb. Onlar Naxçıvanda, Qarabağda, Yevlaxda yaşamalı olublar. Ağaməlı ailəsi 50 ildən çox, Salyan rayonunun Xalac kəndində yaşayıb. O, kiçik yaşlarından poeziya, şeir yazmağa başlayıb. "Kürün töhfəsidir nəğmələrimiz" almanaxında iki dəfə şeirləri çap olub. 2004-cü ildə "Vicudnamə", 2006-cı ildə "Heydər zirvəsi", 2010-cu ildə "İbrətnamə" şeirləri kitabı çapdan çıxıb. 2010-cu ildən müəyyən səbəblərdən Ağamalı Ədil oğlu ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır. Ailəlidir, 3 uşağı var. Şairin bəzi şeirlərini diqqətinizə çatdırırıq.
|