Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Bu il Azərbaycana gələn turistlərin sayında 7 faizdən çox artım olub
    Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı artmaqdadır. 2012-ci ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən belə obyektlərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31.850 təşkil edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 327, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 210 turizm şirkəti fəaliyyət göstərir: “Bir sıra turizm şirkətləri mövcud bazarda rəqabətə davam gətirmədiyi üçün şirkətləri fəaliyyətini dayandırmış və ya lisenziyalarının müddətinin bitməsinə baxmayaraq, fəaliyyəti davam etdirmək üçün nazirliyə müraciət etməyib”.
    30.09.12 Məqaləni oxumaq
     
    “Turizm haqqında” qanun layihəsinə bəzi əlavələr edilib
    Azərbaycanda turizmin inkişafı və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi mütəxəssislərimiz tərəfindən hazırlanıb və ictimai müzakirəyə təqdim olunub. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, layihə beynəlxalq turizm qanunlarına uyğunlaşdırılması məqsədilə tərcümə edilərək BMT-nin Ümumdünya Turizm Təşkilatına göndərilib: “ÜTT-nin ekspertlərinin rəyini nəzərə alaraq layihəyə müvafiq əlavələr olunub. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, yerli hüquqşünaslarla birgə yeni qanunla bağlı işin tamamlanması məqsədilə Ümumdünya Turizm Təşkilatının ekspertlərinin Azərbaycana dəvət olunması nəzərdə tutulub”.
    29.09.12 Məqaləni oxumaq
     
    Turizm şirkətlərində dempinq halları aşkarlanıb
    Yay turizm mövsümündə aparılan müvafiq monitorinqlər zamanı bəzi turizm şirkətlərində dempinq (qiymətlərin süni şəkildə salınması) halları aşkarlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, həmin şirkətlərin adları yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq: “Bu il biz bu problemi öz aramızda həll etdik, amma növbəti ildən belə faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”. Ə.Qarayev bildirib ki, bu şirkətlər arasında lisenziya ilə fəaliyyət göstərəni də var.
    29.09.12 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Vyanada avstriyalı həmkarı ilə görüşüb
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyanada Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlenerlə görüşüb. “KƏLAMİNFO”nun məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Nazir bildirib ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur və Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını və bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırıb. Avstriyalı nazir isə Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafını vacibliyini qeyd edərək bu sahədə intensiv görüşlərin əhəmiyyətini vurğulayıb. Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunub.
    27.09.12 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Vyanaya işgüzar səfərə gedir
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyanaya gedəcək. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirin səfərinin məqsədi 26 sentyabr tarixində Avstriyanın Vyana şəhərində “Qafqaz və Mərkəzi Asiya-Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi” mövzusunda keçiriləcək Nazirlər Konfransında iştirak etməkdir. Ə.Qarayevin konfransda Azərbaycanda turizm sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər mövzusunda çıxışı və Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər üzrə Federal Naziri Reinhold Miterlenerlə görüşü nəzərdə tutulub.
    25.09.12 Məqaləni oxumaq
     
    Milli Məclisin Mədəniyyət komitəsinin gündəliyi müzakirə olunub
    Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında payız sessiyasının gündəliyi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, gündəlik barədə komitə sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, komitənin payız sessiyası çərçivəsində gündəliyinə “Mədəniyyət haqqında” (ikinci oxunuş), “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” (birinci oxunuş) qanun layihələri daxil edilib. Bundan başqa, komitə “Aşıq sənəti haqqında” qanun layihəsini də müzakirə etməyi planlaşdırır.
    19.09.12 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edir
    Turizm mövsümündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi monitorinq aparıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilib. Nazirlik bu cür xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər. Qeyd edək ki, vətəndaşlar bu istiqamətdə neqativ faktlar aşkar etdikdə, nazirliyin 147 qaynar xəttinə müraciət edə və yaxud nazirliyin saytına (www.mct.gov.az) müvafiq məlumatları göndərə bilərlər. Xatırladaq ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə monitorinqlər davam edir.
    13.09.12 Məqaləni oxumaq
     
    Çox satılan kitabın formulu
    Amerika nəşriyyatlarının ortaq formalaşdırdığı bir platforma olan “HipType” hər gün artan kitab sayını, mövzusunu, qəhrəmanları da nəzərə alaraq, çox səs gətirən əsərlərdən sadəcə bir neçə insanın oxuduğu kitaba qədər milyonlarla kitabı incələyərək satışı rekordlar qıran kitab üçün vacib olan şərtləri açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, “HipType”-ın əsas şərti belə olub: bir qadın qəhrəmanın 375 səhifəlik eşq macərası. Məhz bu formul ilə artıq satışı qarantiya olan bir kitab üçün nə etmək lazım olduğu sualının cavabı da sirr olmaqdan çıxıb. “HipType”-ın analizlərindən oxucular da yan keçə bilməyib. Belə ki, oxucuların fikirlərini və oxunaqlı bir kitaba qoyduqları şərtləri araşdıran zaman məlum olub ki, bir kitabın ortalama uzunluğu 375 səhifə olmalıdır. Bu həddi çox aşmaq təhlükəlidir. Çünki oxucuların 74%-i 400 səhifədən çox kitabı yarımçıq qoyduğunu deyib.
    10.09.12 Məqaləni oxumaq
     
    “A” və “Yad dildə”dən sonra kimdir?
    Azərbaycanda Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə start verilir. Artıq 3-cü dəfədir keçirilən ədəbiyyat müsabiqəsinin məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına yönəltmək, müasir ədəbiyyatımızın və oxu mədəniyyətimizin sosial dəyərini daha da artırmaq, eləcə də istedadlı yazıçıların əsərlərini təbliğ etməklə ədəbiyyatımızı zənginləşdirilməkdir. MKM-in təsisçisi və “Əli və Nino” Nəşriyyat evinin rəhbəri Nigar Köçərli bizə açıqlamasında müasir ədəbiyyatımızın inkişafı problemlərini aktuallaşdıran MKM layihəsinin ilin əsas mədəni hadisələrindən biri olduğunu deyir: “Bu mükafat ədəbiyyata xidmət üçün təsis olunub və bu məqsəd həmişə öz qüvvəsində qalacaq. Yenə də əsas niyyətimiz ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın ictimai önəmini artırmaq və ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir”. O, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyat üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlarını bildirdi: “Bu 3 il müddətində MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”. 
    29.08.12 Məqaləni oxumaq
     
    Qarabağ Muzeyi yaradılacaqmı?
    â€śİşğal altında olan muzeylərin əksəriyyəti ikinci həyatlarını yaşayırlar, çətinliklə də olsa fəaliyyətlərini davam etdirirlər. Ərazilər qaytarılandan sonra yenə əvvəlki kimi işləyəcəklər”. Bunu “KƏLAMİNFO” açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov bildirib. O, nazirliyikdə işğal altında olan muzeylərin gələcək taleyinə nikbin yanaşıldığını əlavə edib:

    “Bakı və Sumqayıt şəhərlərində pərakəndə fəaliyyət göstərən muzeylərin birləşdirilməsini məqsədəuyğun saymırıq. Onların şərait məsələsinə gəlincə, hazırkı vəziyyəti yaxşılaşdırmaq imkanımız yoxdur. Ona görə də onları bir yerə yığaraq Qarabağ Muzeyi yaratmağa tələsmirik. Qarabağ Muzeyi yalnız Qarabağda yaradılmalıdır”. Onun sözlərinə görə, bu təşəbbüs yeni deyil, hələ 1990-cı illərdə irəli sürülüb, lakin ideya gerçəkləşdirilməyib. 
    25.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30