Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  76 77 78 79 80 81  #
    AMEA-nın sabiq prezidenti Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində geologiya-mineralogiya elmləri doktoru, professor, akademiyanın sabiq prezidenti, Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov M.Əliyevin elmi fəaliyyəti haqqında məlumat verib. M. Əliyevin XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində xüsusi yeri olan böyük şəxsiyyətlərdən biri olduğunu söyləyən M.Kərimov XX əsr və müasir Azərbaycan geologiya elminin əksər uğurlarının və elmi kadr potensialının məhz akademikin adı ilə bağlı olduğunu bildirib.
    07.11.09 Məqaləni oxumaq
     
    Qarabağ müharibəsi zamanı həyata keçirilən hərbi əməliyyatlarından biri barədə film çəkiləcək
    Qarabağ müharibəsi zamanı, 1992-ci ilin yanvarında polkovnik - leytenant Riad Əhmədovun başçılığı altında həyata keçirilən "Daşaltı" hərbi əməliyyatı barədə film çəkiləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Real hadisələr üzərində qurulacaq bədii-sənədli film azərbaycan və türk dillərində lentə alınacaq. Filmin müəllifi və prodüseri Rüfət Şixiyevdir. Qeyd olunub ki, "Daşaltı" əməliyyatı uğursuz başa çatıb və Riad Əhmədov əsir alınaraq Spitakda saxlanılıb. Ekran əsəri Türkiyə kanallarında nümayiş olunacaq.
    06.11.09 Məqaləni oxumaq
     
    "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" konfrans keçiriləcək
    Noyabrın 11-də Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq konfrans keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, tədbir Azərbaycan Diplomatik Akademiyası və İslam Konfransı Təşkilatının Baş katibliyinin birgə təşkilatçılığı ilə təşkil ediləcək. Tədbirdə iştirak etmək üçün İslam Konfransı Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğlu Azərbaycana səfərə gələcək.
    04.11.09 Məqaləni oxumaq
     
    “Mərkəzi Asiya örtükləri” adlı sərgi keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert Muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərginin açılış mərasimi noyabrın 5-də saat 12.00-da keçiriləcək. Sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri və örtükləri nümayiş etdiriləcək. Qeyd edilən sərgi 2009-cu il noyabr ayının 5-dən, 2010-cu il mart ayının 3-ə qədər davam edəcək.
    31.10.09 Məqaləni oxumaq
     
    Gələn il Azərbaycan-İran arasında mədəniyyət günləri keçirilməsi planlşdırılıb
    Gələn il İranın paytaxtı Tehranda Azərbaycanın və Bakıda da İranın davamlı mədəniyyət günləri keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, bu tədbirlər cari il İran tərəfi ilə razılaşdırılıb qəbul olunmuş qərarlara əsasən keçiriləcək. İşğal olunmuş torpaqlarımızda Azərbaycan, eyni zamanda İslam dünyasının məhv olmuş mədəni abidələrinə qarşı etirazda İranın ölkəmizə böyük dəstək göstərdiyini deyən nazir bu cür tədbirlərin hər iki ölkə arasında keçirilməsinin vacib olduğunu söyləyib. Nazir gələn il may ayında ölkəmizin Tehranda, oktyabr ayında isə Bakıda İranın mədəniyyət günlərinin keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
    29.10.09 Məqaləni oxumaq
     
    Mədəniyyət və turizm naziri Ə.Qarayev İran prezidentinin müşaviri Mehdi Müstafəvin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikası (İR) Prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Müstafəvin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, görüş zamanı nazir Ə.Qarayev bildirib ki, Azərbaycan İranla mədəni sahədə də əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Nazir qeyd edib ki, M.Müstafəvinin səfəri çərçivəsində baş tutacaq sərginin açılışı da bu sahədə xüsusi əhəmiyyətə malik olacaq. Ə.Qarayev İranın bu tərkibdə nümayəndə heyəti ilə ikinci görüşü olduğunu nəzərə çatdırıb. «Bu dəfəki səfər zamanı Tehranda Azərbaycan mədəniyyəti günləri keçirilməsi ilə əlaqədar qərarlar qəbul olunacaq. Indiyədək iki ölkə arasında mədəni sahədə bir sıra imzalanmış sənədlər mövcuddur. Növbəti 2 il üçün də birlikdə tədbirlər planı tutulacaq.
    28.10.09 Məqaləni oxumaq
     
    “Atatürk’ Mərkəzində “Sürgündəki Vətən” filminin ssenarisinə həsr olunan tədbir keçirilib
    Bu gün “Atatürk” Mərkəzində Xocalı faciəsindən bəhs edən və sonu Qarabağın işğaldan azad olunması ilə bitən “Sürgündəki Vətən” filiminin ssenarisinə həsr olunan toplantı keçirilib. KƏLAMİNFO xəbər verir ki, “Dünya Azərbaycanlıların Konqresi (DAK) və “İdeal” sülhün təbliği fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə fondun rəhbəri Əlikram Müzəffər “Sürgündəki Vətən” filimi barədə tədbir iştirakçılarına məlumat verib. Ə.Müzəffərin sözlərinə görə, filmdə əsasən Xocalı faciəsi dəhşətlərinin şahidləri çəkiləcəklər. Filmin ssenaristi və prodüsseri Qasım bəy Gültəkin çıxış edərək bildirib ki, filmin çəkilişinə şəxsən 300 min manat vəsait qoyacaq. Kanadalı ortağı tərəfindən isə 150 min manatın xərclənəcəyini diqqətə çatdıran Q. Gültəkin digər texniki məsələlərin isə Azərbaycanın Mədəniyyət Nazirliyi və digər qurumların üzərinə düşdüyünü söyləyib.
    27.10.09 Məqaləni oxumaq
     
    Milli Kitabxanada 10 günlük ədəbiyyat sərgisi keçiriləcək
    Oktyabrın 30-da Milli Kitabxanada Almaniyanın ölkəmizdəki səfirliyi ilə birgə “Lev Nussimbaum, Əsəd bəy, Qurban Səid: “Əli və Nino” əsərinin müəllifi kimdir?” adlı ədəbiyyat sərgisinin açılışı olacaq. Bu barədə məlumatı Milli Kitabxanadan veriblər. Sərgidə Q.Səidin həyat və yaradıcılığını əks etdirən 70-dən çox foto şəkillər, arxiv materialları nümayiş ediləcək. Onun haqqında ümumi təsəvvür yaradan bu fotoşəkillər Tom Rays tərəfindən toplanıb. Sərginin açılışından sonra almaniyalı mütəxəssis Q.Səid haqqında mühazirə oxuyacaq. Sərgi 10 gün davam edəcək.
    27.10.09 Məqaləni oxumaq
     
    Memorandum imzalanacaq
    İranla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvi məlumat verib. O, bildirib ki, Memorandumda kinematoqrafiya və incəsənətin digər sahələri üzrə əməkdaşlıq öz əksini tapacaq. Bu əməkdaşlıq çərçivəsində turizm və incəsənət sahəsində sərgilərin təşkili nəzərdə tutulub. İran rəsmisinin sözlərinə görə, bu sənəd çərçivəsində həmçinin universitet səviyyəsində tələbə və müəllim mübadiləsi həyata keçiriləcək. “Tədqiqat sahəsində əməkdaşlığın artırılması, hər iki ölkənin müasir incilərinin istər fars, istər Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulub, biz hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin inkişaf etməsini istəyirik”,-deüə M. Mustəfəvi vurğulayıb.
    26.10.09 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Beynəlxalq Muğam Mərkəzinə direktor və direktor müavini təyin edib
    Mədəniyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Quliyev İbrahim Hacıbaba oğlu Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin olunub. Bu barədə məlumatı AZADİNFORM-a nazirliyin mətbuat xidmətindən veriblər. Ə.Qarayevin digər bir əmri ilə Kazımov İldırım Əli-Nazir oğlu isə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini təyin edilib.
    23.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  76 77 78 79 80 81  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30