Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 70 71 72 73 74 75 76 77 78 » #
    “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edib
    Mədəniyyət və Turizm Nazirliyi cari ilin yanvarın 29-dan aprelin 15-dək kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, eləcə də uşaq mövzusuna kinematoqrafçıların diqqətini cəlb etmək, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə gənc kinematoqrafçılar üçün “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər. Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə aprelin 15-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.
    29.01.10 Məqaləni oxumaq
     
    Bakıda “İstanbul Fashion Show” geyim sərgisinin açılışı olub
    Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində ilk dəfə olaraq “İstanbul Fashion Show” geyim sərgisinin açılışı keçirilib. Sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya beynəlxalq sərgi şirkətindən bildiriblər. Sərginin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Məmmədəli Əfəndiyev iştirak edib. O, Türkiyənin geyim şirkətlərinin Azərbaycanda təşkilini yüksək qiymətləndirib. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə qardaş ölkədə bu cür sərginin keçirilməsinə çox əhəmiyyət verdiyini vurğulayıb. Xatırladaq ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində təşkil olunan “İstanbul Fashion Show” yanvarın 30-dək davam edəcək. Sərgi hər gün 10:00-dan 19:00-dək yerli əhalinin və iş adamlarının ixtiyarında olacaq. Sonuncu gün, yəni yanvarın 30-da satışın təşkili də nəzərdə tutulur. Məlumatda bildirilib ki, sərginin təşkilinə 500 min ABŞ dolları vəsait sərf olunub.
    29.01.10 Məqaləni oxumaq
     
    Bəstəkarlar İttifaqında Qara Qarayevin ad günü münasibətilə tədbir keçiriləcək
    Cari ilin fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin ad günü münasibətilə tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ABİ-in mətbuat katibi İltifat Hacıxanoğlu verib. Tədbirdə “Qara Qarayev: tələbələrin xatirələri” adlı kitabın təqdimatı da keçiriləcək. Nəşrin tərtibatçısı Nərgiz Şəfiyevadır. Q.Qarayevin yaradıcılıq irsi musiqi sənətinin demək olar ki, bütün janrlarını əhatə edir. Belə ki, o, “Vətən” və “Zəriflik” operaları, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poeması və bir çox başqa məşhur əsərlərin müəllifidir.
    28.01.10 Məqaləni oxumaq
     
    İşğal altındakı mədəniyyət abidələrilə əlaqədar Faktaraşdırıcı Missiyanın regiona səfər etməsi üçün danışıqlar gedir
    YUNESKO və Avropa Şurasının Faktaraşdırıcı Missiyasının Azərbaycanın işğal altındakı mədəniyyət abidələrilə əlaqədar regiona səfər etməsi üçün danışıqlar gedir. KƏLAMİNFO xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq bir neçə ildir nəzərdə tutulan bu səfərlərin gecikməsinə Ermənistan tərəfinin göstərdiyi əngəllər səbəb olur. Nazir danşıqların bu gün də davam etdiyini, lakin bu səfərin reallaşması üçün erməni tərəfinin də razılığının olmasını vurğulayıb. “Qarşı tərəfin müxtəlif bəhanələrlə əngəllərinə baxmayaraq, Azərbaycan bu səfərin tərəfdarıdır. Səfərin həyata keçirilməsi üçün bir sıra şərtlər var və biz bu şərtlərə daim riayət edirik”, - deyə Ə.Qarayev söyləyib.
    28.01.10 Məqaləni oxumaq
     
    “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək
    Sabah Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Konfransı giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açacaq. BQXK-nin Bakı nümayəndəliyinin rəhbəri Antun Vandenhov Mədəni dəyərlərin qorunması üzrə beynəlxalq hüquqi çərçivə mövzusunda çıxış edəcək. BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Əməliyyatlarının rəhbəri, xanım Pasqal Mej Vaqner rəqabətli prioritetlər: mədəni dəyərlərin qorunması məsələsinin humanitar hüququn gündəliyinə daxil edilməsi, BQXK-nın Regional nümayəndəliyinin üzvü xanım Anastasiya Kuşleyko silahlı münaqişə zamanı mədəni dəyərlərin mühafizəsinin məqsəd və prinsipləri: mədəni dəyərlərin mühafizəsinə dair 1954-cü il Haqa Konvensiyası və Konvensiyaya əlavə iki protokol mövzusunda çıxış edəcək.
    27.01.10 Məqaləni oxumaq
     
    “Azərbaycan 2009-Turizm Aləmi” adlı II fotomüsabiqənin rəsmi açılış mərasimi olacaq
    Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan 2009- Turizm Aləmi” adlı II Fotomüsabiqənin rəsmi açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən veriblər. Açılış və qaliblərin təltif etmə mərasimi sabah “Şirvanşahlar” sarayında təşkil olunacaq.
    26.01.10 Məqaləni oxumaq
     
    Bakıda “İstanbul Fashion Show” adlı moda sərgisi təşkil ediləcək
    Meridyen Beynəlxalq Sərgi Şirkəti (MBSŞ) və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) birgə dünyanın 40-dan çox geyim şirkətləri ilə əməkdaşlıq çərçivəsində yanvarın 28-30-da Bakıda “İstanbul Fashion Shovv” adlı moda sərgisi təşkil edəcək. Bu məqsədlə bu gün təşkilatçılar Bakıda mətbuat konfransı keçiriliblər. KƏLAMİNFO xəbər verir ki, mətbuat konfransında çıxış edən MBSŞ-in baş direktoru Alper Çekic təmsil etdiyi şirkətin 1998-ci ildə İstanbulda təsis olunduğunu söyləyib. O, qeyd edib ki, indiyədək MBSŞ dünyanın bir çox ölkələrində uğurlu sərgilərə imza atıb. Azərbaycanda son bir il ərzində 32 mln ABŞ dolları həcmində türk geyimlərinin satıldığını diqqətə çatdıran A.Çekic Rusiya, Qazaxıstan və Özbəkistanda keçirdikləri sərgidən sonra ölkəmizdə də bu cür tədbir keçirmək istədiklərini vurğulayıb. A.Çekic sərginin keçirilməsində məqsədin həmin şirkətlərin keyfiyyətli brendlərinin ölkəmizdə dayanıqlı bazara sahib olmasını təmin etməkdən ibarətdir. Şirkət rəsmisi qeyd edib ki, növbəti illərdə də Azərbaycanda belə sərgilər davam etdiriləcək. Qeyd edək ki, sərgi yanvarın 28-30-u tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.
    23.01.10 Məqaləni oxumaq
     
    Bakıda rəssamlar üçün müsabiqə elan olunub
    Bakıda rəssamlar üçün “20 Yanvar” faciəsinə həsr edilmiş müsabiqə elan olunub. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rəssamlar İttifaqından veriblər. Müsabiqənin şərtləri yaxın vaxtlarda İttifaq tərəfindən elan ediləcək, nəticələri isə 2011-ci ilin 20 yanvarında məlum olacaq.
    22.01.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda ən qədim kitab, əlyazma və kitab abidələri müəyyən edir
    Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların aşkar edilməsi işinə başlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb.
    20.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan Litvada keçiriləcək turizm sərgisində iştiak edəcək
    Fevralın 26-28-i tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində “Vivat-Tur” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin iki əməkdaşı təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən veriblər. “Sərgidə Azərbaycanın turizm imkanları 24 kv. metr stend vasitəsilə nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mehmanxana turizm obyektləri, tarixi-memarlıq abidələri xüsusi reklam çap məhsulları vasitəsilə nümayiş olunacaq”,-deyə məlumatda bildirilib.
    19.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 70 71 72 73 74 75 76 77 78 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30