Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 69 70 71 72 73 74 75 76 77 » #
    Londonda rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib
    Londonun nüfuzlu Sothebys qalereyasında Buta festivalının təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyin dəstəyi ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. “Görünməmiş Salahov” adlanan sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş etdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirliyin mətbuat xidmətindən veriblər. Açılış mərasimində Londonda akkreditə olunmuş səfirlər, diplomatik korpusun üzvləri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk və rus icmalarının nümayəndələri, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Buta festivalının Baş direktoru Nəsib Piriyev açıb. O, tanınmış rəssamın həyat və yaradıcılığı haqda iştirakçılara məlumat verib.
    19.02.10 Məqaləni oxumaq
     
    Milli Teatr Festivalı keçiriləcək
    Cari ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festivalda respublikada fəaliyyət göstərən 27 müxtəlif teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə Dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılıb və tənqidçilər qrupunun tərkibi təsdiq edilib.
    18.02.10 Məqaləni oxumaq
     
    Azərbaycan kino festivalında təmsil olunur
    Bu gün Türkiyədə, İstanbul Universitetində Avrasiya İnstitutunun təşkilatçılığı ilə IV Türk Dünyası Kino Günləri Festivalı keçirilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 18-nə qədər keçiriləcək Festivalda Azərbaycan da təmsil olunacaq. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Sincan Uyğur Avtonom Bölgəsi, Başqırdıstan və Tatarıstandan 39 film nümayiş olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Bələdiyyəsi, Mədəniyyət AŞ, TİKA və TÜRKSOY-un da dəstəklədiyi festivalda İstanbulun 2010 Avropa Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində Türk xalqlarının kino vasitəsilə tanıdılması məqsədi qarşıya qoyulub. Festivalda nümayiş olunacaq filimlər müxtəlif festivallarda iştirak etmiş və bir çox mükafatlar qazanmış ekran əsərləridir. Qeyd edək ki, Festivalda Özbəkistandan “Dəliqanlı”, Tatarıstandan “Qartallar”, Azərbaycandan “Məhkumlar”, Türkiyədən “Gülə-gülə”, Başqırdıstandan “Quş Ayağı rəhmət” və digər filmlər nümayiş olunacaq.
    16.02.10 Məqaləni oxumaq
     
    GVB “Xocalı - XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirib
    Gənc Vətənpərvərlər Birliyi “Xocalı - XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirib. GVB-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə birliyin İdarə Heyəti, rayon şöbələrinin müdirləri, İdman Federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar, birliyə üzv olan təşkilatların, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə əvvəlcə bütün şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GVB-in sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev bildirib ki, birliyin qərarı ilə fevral Xocalı faciəsi ayı elan olunub. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu məqsədlə yaradılan Təşkilat Komitəsi tərəfindən respublika üzrə silsilə tədbirlər keçiriləcək. M.Əliyev 1992-ci il fevralın 25-dən 26-a keçen gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı 613 dinc əhalinin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın amansızlıqla öldürüldüyünü söyləyib. Sonda tədbir iştirakçılarına Xocalı faciəsi haqqında braşuralar paylanıb və Xocalı abidəsi yad edilib.
    13.02.10 Məqaləni oxumaq
     
    “Qarabağ Problemi” kitabının təqdimat mərasimi keçirildi
    Bu gün Mediya Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Araz Tədqiqatlar Mərkəzi tərəfindən nəşr olunan “Qarabağ Problemi” kitabının təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən kitabın müəllifi Araz Aslanlı bildirdi ki, kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin kökləri, bu günkü vəziyyət, problemin həllinə dair əsas prinsiplər və digər mühüm məsələlər əks olunub. O qeyd etdi ki, Nazim Cəfərsoyun elmi redaktorluğu ilə 1000 nüsxə nəşr olunan kitab Azərbaycan və ingilis dillərində işıq üzü görüb və kitabın digər xarici dillərdə nəşri də nəzərdə tutulub. Millət vəkili Cəmil Həsənli isə bildirdi ki, Qarabağ problemi Azərbaycana sovetlər hakimiyyəti illərində gətirilib. Qarabağla bağlı xarici dillərdə nəşr olunan kitablarda “Naqornı Qarabağ” ifadəsinin işlədilməsini düzgün hesab etməyən C.Həsənli təklif edib ki, bu cür həssas məqamlardan bəhs edən kitablarda maliyyə mənbəyi olan təşkilatın adının qeyd olunması düzgün deyil. Onun sözlərinə görə, beynəlxalq aləmdə hansısa təşkilatın maliyyə dəstəyi ilə nəşr olunan kitablar tərəfli kitablar hesab olunur.
    12.02.10 Məqaləni oxumaq
     
    “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi olan “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimi giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, kitab Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından bəhs edir. Onun sözlərinə görə, hər bir millət üçün ən böyük itki torpaqlarının itirilməsidir. Ə.Əhmədov kitabın rus və ingilis dillərinə tərcümə edilərək dünya ictimaiyyətinə təqdim ediləcəyini söyləyib.
    11.02.10 Məqaləni oxumaq
     
    Bərdədə regionlarda yaradılan ilk Elektron Kitabxananın açılış mərasimi keçiriləcək
    Sabah Bərdə rayonu Mərkəzi Kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk Elektron Kitabxananın açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edəcəklər. Bərdə rayonunda yaradılmış ilk Elektron Kitabxana rayon Mərkəzi Kitabxanasında təşkil olunub. Kitabxana üçün xüsusi Avtomatlaşdırılmış Kitabxana - İnformasiya Sistemi alınıb, habelə kitabxananın Veb-saytı (http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə təqdim edilib. Kitabxananın binası əsaslı təmir olunub, müasir inventar və avadanlıqlarla təchiz edilib. Veb-saytda Elektron Kataloq və Elektron Kitabxana vasitəslə oxuculara kitabxananın resursları, habelə kitabların tam mətni təqdim olunur.
    08.02.10 Məqaləni oxumaq
     
    Gəncə şəhəri Azərbaycanın “Əfsanələr Paytaxtı”, Şəki, “Sənətkarlıq Paytaxtı” Qazax isə “Folklor Paytaxtı” elan edilib
    Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramını təsdiq edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib. Milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı, habelə Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Şəki şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib.
    03.02.10 Məqaləni oxumaq
     
    Bakıda dahi bəstəkar Qara Qarayevin yubileyi qeyd olunacaq
    Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olması münasibətilə tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Mərasimdə bəstəkarlardan Azərbaycanın xalq artisti Musa Mirzəyevin, əməkdar incəsənət xadimi Asya Sultanovanın, Qara Qarayevin oğlu Fərəc Qarayevin çıxışları nəzərdə tutulub. Tədbirdə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin Sankt-Peterburqdan Azərbaycana gətirilmiş irsinin bir hissəsi barədə məlumat verəcək. İştirakçılara Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı da təqdim olunacaq.
    01.02.10 Məqaləni oxumaq
     
    Y.Mahmudov: “Bir sıra heykəllərin götürülməsi düzgün və cəsarətli addımdır”
    Çox təəssüf edirəm ki, Məşədi Əzizbəyov o vaxt Stepan Şaumyanla Nəriman Nərimanov kimi davranmayıb, onun hərəkətlərini tənqid etməyib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında söyləyib. Y.Mahmudov qeyd edib ki, gərək M.Əzizbəyov Şaumyana qoşulmayaydı. Onun sözlərinə görə, ən azı o, daşnakların məhv edilməsi xəttini tutmalı idi. “Amma ondan istifadə etdilər”,-deyərək təəssüflənən Y.Mahmudov əlavə edib ki, aparılan tədqiqatlar sübut edir ki, M.Əzizbəyovu “26-lar”a beynəlmiləlçi görkəm verməkdən ötrü əlavə ediblər. “Çox təəssüf ki, Məşədi Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib. Bunu sübut edən faktlar da var. “26-lar” soyqırım cəlladlarıdır. Onların ümumi abidələri, Çaparidze də daxil olmaqla digərlərinin heykəlləri götürüldü. Bunlar hamısı o deməkdir ki, Azərbaycanda bu iş artıq başlayıb. Bu, çox düzgün və cəsarətli addımdır. Güman edirəm ki, bu addımlar davam edəcək”,-deyən Y.Mahmudov tarixin keçmiş qaranlığına aydınlıq gətrib.
    30.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 69 70 71 72 73 74 75 76 77 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30