Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Peterburq Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədirlər
    Peterburq Ermitaj Muzeyinin əməkdaşları ölkəmizdə səfərdədirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova verib. Onun sözlərinə görə, muzey əməkdaşlarının ölkəmizə səfərinin məqsədi Azərbaycanın Dövlət İncəsənət Muzeyi ilə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalamaqdır. Sektor müdiri bu günlərdə imzalanacaq müqavilənin əsasında məşhur Ermitaj Muzeyinin ekspozisiyasının Azərbaycan Dövlət İncəsənət Muzeyində sərgilənəcəyini də bildirib. A.Hüseynova qeyd edib ki, layihənin qarşılıqlı həyata keçiriləcəyi nəzərdə tutulub.
    09.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanın turizm potensialı Berlin və Moskvada keçirilən beynəlxalq sərgilərdə nümayiş olunacaq
    Martın 10-14-də Berlin şəhərində “ATB-Berlin” beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin əməkdaşı Günay Fərədova təmsil edəcək. Sərgidə Azərbaycanın turizm potensialı 104 kv.metr stendlə təbliğ olunacaq. “Sərgidə Azərbaycanın turizm potensialı, görməli yerləri, tarixi abidələri, mehmanxana turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə nümayiş olunacaq”,-deyə məlumatda bildirilir. Sərgidə iştirak etmək üçün Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü, Muğam üçlüyü, İTV-nin çəkiliş qrupu da Berlinə ezam olunacaq. Martın 13-16-da Moskvada keçiriləcək “İnturmarket” adlı digər bir beynəlxalq turizm sərgisində isə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktor əvəzi Zakir Hacıyev, mərkəzin əməkdaşı Balaş Maqsudov təmsil edəcək. “İnturmarket” sərgisində ölkəmizin turizm potensialının nümayiş olunması üçün 40 kv.metr stend icarəyə götürüləcək.
    05.03.10 Məqaləni oxumaq
     
    Dövlət Film Fondunun arxivi zənginləşib
    Dövlət Film Fonduna Rusiya vətəndaşının şəxsi arxivindən nadir arxiv sənədləri daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Film Fondundan veriblər. Sənədlər Azərbaycan kino filmləri haqqında 60-70-ci illərdə müxtəlif jurnallarda dərc olunmuş məqalələrdən ibarətdir.
    04.03.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turzim Nazirliyi sərgi təşkil edəcək
    Cari il martın 5-də Mədəniyyət və Turizm Nazirliyi R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın ətri” adlı sərgi planlaşdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən veriblər. Müxtəlif nəsillərə məxsus sənətkarlarımızın yaradıcılığını təmsil edən bu sərgidə eyni zamanda müxtəlif üslub və cərəyanlar öz əksini tapıb. Tədbirə “Gazelli” şirkəti də qoşulub. Mədəniyyət, incəsənət və xüsusi ilə muzey sahəsində böyük zəhməti olan xanımları “Gazelli” şirkəti xüsusi hədiyyələrlə təbrik edəcək.
    01.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanın şəhər və rayonlarının turizm potensialı ilə bağlı sərgi keçiriləcək
    Aprelin 28-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində Azərbaycanın şəhər və rayonlarının turizm potensialı ilə bağlı geniş miqyasda sərgi keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. “Turizm sərgisində Şəki, Gəncə və Qazaxın xüsusi stendləri qurulacaq. Bu, digər rayon və şəhərlərimizə də aiddir. Çoxsaylı beynəlxalq qonaqlara geniş məlumatlar veriləcək”,-deyən Ə.Qarayev artıq sərginin keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanıldığını və bu prosesin qeyd olunan tarixə qədər başa çatdırılacağını vurğulayıb.
    25.02.10 Məqaləni oxumaq
     
    Gəncə, Qazax və Şəki Azərbaycanın mədəniyyət paytaxtı elan olunub
    Bu gün Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın bir sıra şəhər və rayonlarının 2010-cu ilin mədəniyyət paytaxtları elan olunması ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edib və bu irəliləyişlər ölkə hüdudlarından kənarda da hiss olunur. Mədəniyyətimizin təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da böyük işlər gördüyünü diqqətə çatdıran Ə.Qarayev qeyd etdi ki, bu istiqamətdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də maraqla izlənilir. Bu il görüləcək işlərə toxunan Ə.Qarayev nazirlik tərəfindən “2010-2014-cü ilər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının təsdiq olunduğunu söylədi.
    24.02.10 Məqaləni oxumaq
     
    Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, sözügedən siyahıda Azərbaycan ənənələri, musiqisi, toy mərasimlərinin keçirilməsi, hətta at üstündə oyunlar da yer alacaq.
    24.02.10 Məqaləni oxumaq
     
    “Paytaxtdan bölgələrə” adlı silsilə sərgilər keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Saatlı, Kürdəmir və Xaçmaz rayonlarında “Paytaxtdan bölgələrə” adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Təşkil olunan sərgilərdə nümayiş etdiriləcək əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyası Fondundan seçilib. Təsdiq olunmuş qrafik üzrə ilk sərginin açılışı sabah Salyan Dövlət Rəsm Qalereyasında keçiriləcək. Sərgi Salyanda fevral ayının 28-dək davam edəcək.
    23.02.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi “Çal oyna-2010” baxış-müsabiqəsini keçirir
    Mədəniyyət və Turizm Nazirliyi bu gündən fevralın 28-dək özfəaliyyət rəqs kollektivlərinin “Çal oyna-2010” baxış-müsabiqəsini keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Abşeron, Masallı, Mingəçevir və Zaqatala rayonlarında keçirilən müsabiqədə yaşından asılı olmayaraq mədəniyyət müəssisələri nəzdində fəaliyyət göstərən rəqs kollektivləri, habelə solo ifaçıları iştirak edir. Müsabiqənin qalibləri nazirliyin əmri ilə yaradılmış Münsiflər Heyətinin qərarı ilə müəyyənləşəcək. Qaliblərə mükafat və diplomlar təqdim olunacaq.
    22.02.10 Məqaləni oxumaq
     
    “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxs martın 2-də bəlli olacaq
    Martın 2-də “Buta” sarayında “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti keçiriləcək. “Eurovision” üzrə Azərbaycanın musiqi əlaqələndiricisi Zəhra Bədəlbəyli KƏLAMİNFO-ya bildirib ki, finala vəsiqə qazanmış üç namizəd - Məryəm Şabanova, Səfurə Əlizadə və Milk&Kisses qrupu Azərbaycanı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaqlar. Onlar 5 əcnəbi bəstəkarın Kiyevdə yazdırdıqları mahnıları milli münsiflərin və tamaşaçıların qarşısında nümayiş etdirəcəklər. Həmin gün cari ilin mayında keçiriləcək “Eurovision-2010” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək musiqiçi və orada ifa oluncaq mahnı müəyyənləşdiriləcək.
    20.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30