Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 66 67 68 69 70 71 72 73 74 » #
    Milli Kitabxanada namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradılıb
    M.F.Axundov adına Milli Kitabxanada ölkədə müdafiə olunan bütün elm sahələri üzrə namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyən və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Bazaya 1300 dissertasiya və avtoreferat daxil edilib. Bazanın yeni elmi işlərlə zənginləşməsi gələcəkdə də davam edəcək. Gələcəkdə virtual zala daxil olmaq hüququnun Prezident Kitabxanasına, Milli Məclisin Kitabxanasına və AMEA-nın Mərkəzi Elmi Kitabxanasına da verilməsi nəzərdə tutulub. Virtual zalın təqdim olunma mərasimində dissertasiyaların elektron bazası nümayiş etdirilib. Nümayişdə mədəniyyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
    08.04.10 Məqaləni oxumaq
     
    Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Özbəkistana səfərə gedir
    Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı Özbəkistana səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərin məqsədi aprelin 9-da Daşkənd şəhərində keçirilən “Topal Teymur” dramının 85 illik yubileyinə həsr olunan elmi konfransda iştirak etməkdir. Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, “Teymurilər” Muzeyi və Hüseyn Cavidin Ev Muzeyidir. Səfər aprelin 12-dək davam edəcək.
    06.04.10 Məqaləni oxumaq
     
    Rəsul Rzanın Göyçayda ev-muzeyi açılacaq
    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi Rəsul Rzanın 100 illik yubileyi ilə bağlı müxtəlif bölgələrdə silsilə tədbirlər keçiriləcək. Tədbirlər çərçivəsində şairin doğulub boya-başa çatdığı Göyçayda da yubiley mərasimləri təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Göyçay rayon İcra Hakimiyyətindən veriblər. Göyçayda həmçinin şairin ev-muzeyi də açılacaq. Qeyd edək ki, R.Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında prezident İlham Əliyev bir müddət əvvəl müvafiq Sərəncam imzalayıb.
    06.04.10 Məqaləni oxumaq
     
    “Rusca-Azərbaycanca arıçılıq terminləri” adlı lüğət çap olunub
    Biologiya elmləri namizədi Hacı Qulamhüseyn Sultanlının “Rusca-Azərbaycanca arıçılıq terminləri” adlı lüğəti çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) veriblər. Lüğətdə arıçılığa dair rus dilində olan ədəbiyyatlarda işlədilən 4200-ə qədər termin və ifadələrin ilk dəfə Azərbaycan dilində tərcüməsi verilib. “Azər” Nəşriyyatı tərəfindən çap olunan lüğət peşəkar və həvəskar arıçılar, baytarlıq mütəxəssisləri, aqronomlar, elmi işçilər, bioloqlar və tərcüməçilər üçün nəzərdə tutulub. Lüğətdən Dövlət Aqrar Universitetinin tələbələri, müəllimləri, habelə orta məktəb şagird və müəllimləri də istifadə edə bilərlər. Lüğətin elmi redaktorları akademik Musa Musayev, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır. Qeyd edək ki, lüğət AMEA-nın Terminologiya Komissiyasının qərarı ilə nəşr olunub.
    05.04.10 Məqaləni oxumaq
     
    Ankarada Azərbaycan Mədəniyyət Günü qeyd ediləcək
    Aprelin 9-da Turkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Mədəniyyət Günü (Azərbaycan Kültür Günü) qeyd ediləcək. KƏLAMİNFO-nun Türkiyə bürosu xəbər verir ki, International Student Office və ATMB-nin dəstəyi ilə keçiriləcək tədbiri azərbaycanlı tələblər təşkil edir. Məlumatda bildirilir ki, 300-dən çox qonağın iştirak edəcəyi mərasim Ankara Universiteti Hüquq Fakultəsinin Cemil Bilsel Konfrans Salonunda keçiriləcək. Tədbirdə proqrama uyğun olaraq ilk Azərbaycan Respublikası haqqında sinevizyon təqdim ediləcək. Daha sonra gənc mugənnilərin və Cavid Tebrizlinin ifasında Azərbaycan musiqiləri səslənəcək, Azərbaycanın mədəniyyəti və tarixi ilə bagli sual-cavab oyunları keçiriləcək ve s. Proqramın sonunda iştirakçılara Azərbaycan sirniyyatları təqdim ediləcək.
    05.04.10 Məqaləni oxumaq
     
    Dövlət Film Fondunun əməkdaşları Gürcüstandan lazımı arxiv sənədləri ilə qayıdıb
    Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Milli Arxivində ezamiyyətdə olub. Səfər müddətində Gürcüstan Milli Film Fondundan nadir və qiymətli arxiv sənədlərinin surətləri Azərbaycana gətirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fonddan veriblər. Bu sənədlər arasında rus fotoqrafı Dmitri Yermakovun 1854-1880-ci illərdə Bakı, Şamaxı, Gəncə, Şəki, Lənkəran və Naxçıvanda çəkdiyi fotoların surətləri və XX əsrin əvvəllərində gürcü kinooperatorları tərəfindən lentə alınmış Bakı komissarlarının dəfni ilə bağlı kinokadrlardır. Sənədlər arasında 1928-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi iclaslarının kinoxronikası və Azərbaycan Milli Dram Teatrının 1960-cı ildə Tiflis şəhərində qastrol səfərindən çəkilmiş kinolenti də var. Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanovun, xalq artisti Mustafa Mərdanovun vaxtilə Tiflisdə yaşadıqları evin təsviri və fotoları da fondun arxivinə daxil edilib.
    03.04.10 Məqaləni oxumaq
     
    “50 Cent” Bakıda konsert verəcək
    Aprelin 11-də dünyanın ən məşhur reperlərindən olan “50 Cent” “Buta” sarayında geniş konsert proqramı ilə çıxış edəcək. KƏLAMİNFO xəbər verir ki, reper bakılı pərəstişkarları qarşısında yeni işıq üzü görən “Before İ Self Destruct” albomundan hitləri ifa edəcək. Həmin gün “Buta” sarayının səhnəsində “50 Centlə” yanaşı, “G-Unit” qrupunun da çıxışı gözlənilir. Artıq konsertin biletləri satışa çıxarılıb.
    30.03.10 Məqaləni oxumaq
     
    Belçikada "Novruz gecəsi" keçirilib
    Belçika Azərbaycan Evi və Gənc Azəri Türkləri Orqanizə Heyətinin təşkilatçılığı və dəstəyi ilə Belçikada "Novruz Gecəsi" keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Belçika Azərbaycan Evindən veriblər. "Entrepôt" restoranında təşkil olunan gecədə çox sayda Azəri və Osmanlı Türkləri, Belçikadakı İğdırlı diaspor nümayəndələri, gənclər və müxtəlif Avropa ölkələrindən dəvət edilmiş qonaqlar iştirak ediblər. Gecədə milli musiqimizin müşayiəti ilə milli xörəklərimiz və Novruza xas şirniyyatlarımız da qonaqlara təqdim edilib. Sonda BMT-nin "Beynəlxalq Novruz Günü" adlı qətnaməsi qonaqlara oxunub.
    19.03.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi simli alətlər üzrə respublika müsabiqəsini keçirəcək
    Mədəniyyət və Turizm Nazirliyi cari ilin may ayında Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqə skripka, alt, violonçel, arfa alətləri üzrə üç yaş qrupunda keçirilir. Birinci qrupa 9-11 yaş, ikinci qrupa 12-14 yaş, üçüncü qrupa isə 15-17 yaş kateqoriyaları aiddir. Müsabiqə 2 turdan ibarət olacaq.
    18.03.10 Məqaləni oxumaq
     
    “Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2010” beynəlxalq tədbir təşkil edilib
    Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı) İctimai Birliyi tərəfindən “Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2010” beynəlxalq tədbir təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyindən veriblər. Tədbirin keçirilməsində əsas məqsəd dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlər arası gənclər mübadiləsini genişləndirmək, ən əvvəl isə Azərbaycanı dünya gənclərinə tanıtmaqdır. Tədbirdə dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaqlar. Onlar həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.
    17.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 66 67 68 69 70 71 72 73 74 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30