Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Zəlimxan Yaqub sərt danışdı
    “Bəzi adamlar orda-burda Aşıqlar Birliyinin, konkret desək, Zəlimxan Yaqubun adından danışır. Mən o adamların heç birinə səlahiyyət verməmişəm. Nə qədər mən bu sənətin başındayam, sağam, Azərbaycan aşıq sənətinə heç kim kölgə sala bilməyəcək”. Bunu AzNews.az-a xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bildirib.
    Z.Yaqubun sözlərinə görə, Boyükbəy Ələkbəroğlu kimi aşıqlar onun adından istifadə edir: “O adam mənim adımdam danışır, adımdan istifadə edir. Onun haqqında nə yazılıbsa, düzdür. 
    20.12.12 Məqaləni oxumaq
     
    Hüseyn Caviddən yazan tələbələr mükafat aldı
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə təşkil etdiyi müsabiqənin nəticələri ilə bağlı tədbir keçirib. Müsabiqə Azərbaycanın görkəmli mütəfəkkiri, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi ilə əlaqədar təşkil olunub. 
    BDU-nun Filologiya, Jurnalistika və Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri arasında keçirilən məqalə müsabiqəsinin nəticələrindən asılı olaraq, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi qaliblərə müvafiq diplom, H.Cavid haqqında yazılmış kitablar və pul mükafatları təqdim edib.
    19.12.12 Məqaləni oxumaq
     
    İranın TAR davasına aydınlıq gətirilib
    “Azərbaycan nominasiyanı irəli sürərək komitəni inandırıb ki, tar bu ölkədə istifadə olunur və Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. İran Azərbaycana tarın mövcud təsvirini genişləndirməyi təklif edə və alətin istifadəsi ilə bağlı öz versiyasını təqdim edə bilər ki, buna da heç nə mane olmur”. 
    18.12.12 Məqaləni oxumaq
     
    Azərbaycan əsilli müğənni Türkiyə futbolçusu ilə evlənir
    Azərbaycan əsilli müğənni və Türkiyə futbolçusu nikaha girəcək. Belarusun “Eurovision” üzrə milli seçim turlarında bir neçə dəfə iştirak edən əslən azərbaycanlı olan müğənni Günəş Abbasova “Qalatasaray”ın sabiq futbolçusu Gökhan Cengiz ilə nişan mərasiminə hazırlaşır. Cütlüyün nişan mərasimi Yeni il axşamı Azərbaycan və Türkiyə adətləri ilə keçiriləcək. Nişandan 3-4 ay sonra isə cütlük toy edəcək.
    18.12.12 Məqaləni oxumaq
     
    Hacı Mirəziz Seyidzadənin “Mərsiyə və rövzələr” adlı albomu işıq üzü görüb
    İlahiyyat üzrə fəlsəfə doktoru Qazi Hacı Mirəziz Seyidzadənin Məhərrəm ayı münasibəti ilə “Mərsiyə və rövzələr” adlı albomu işıq üzü görüb. “Azadinform” xəbər verir ki, üç diskdən ibarət olan alboma 16 mərsiyə və rövzə daxildir.

    Qazi Hacı Mirəziz Seyidzadə öz səsi ilə mərsiyələri bədii qiraət, rövzələri isə özünəməxsus avazla oxuyur. Nəfis tərtibat və keyfiyyətlə diqqət çəkən albomun 1-ci diskinə “Kərbəlada şiələr gər şahidin mehman idi”, “Şiə bu icadi-aləmdən ibarətdir ğərəz”, “Ləb teşnə görüb Əsğəri çün Həzrət Abbas”, “Buyurdu Xətmul-Ənbiya Səfinətun-nəca, Hüseyn”, “Qoy Fatimə gedim, meydanda can verim”, “Ey göruhi bihəya, nə yaru, nə yavər qalıb”, “Gəldi zibəski Şamidə ahu-fəqanə Əhli-Beyt”, 2-ci diskə “İmam Hüseyn (ə) ağanın Kərbəla çölünə daxil olması”, “Aşura gecəsi, Cənab Əli Əkbərin su gətirməsi”, “Həzrət Əbülfəzl ağanın rəcəzi və Suffeynə girir”, “Məni binəvayə axır, sölə mehribanım Əminə”, “Bilmirəm Şimr Xudadən nə qədər qafil imişâ€ť, 3-cü diskdə isə “Ruzi-Məhşər çun Xudadən hökm nəfxi-sur olur”, “Hürr Dilavərin tövbə etməsi”, “Hərçənd günahilə səravaru bəlayuq”, “Hindistan Padşahi, Sultan Qeysin əhvalatı” mərsiyə və rövzələr daxildir.
    24.11.12 Məqaləni oxumaq
     
    Ötən il Azərbaycana gələn turistlər 1 milyard 223 milyon dollar xərcləyib
    2011-ci ildə Azərbaycana gələn turistlər 1 milyard 223 milyon dollar xərcləyib. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Turizm və reaksiya XXI əsrdə” I beynəlxalq elmi praktiki konfransda məlumat verib. O qeyd edib ki, ötən il Azərbaycana gələnlərin sayı 2 milyard 239 milyon nəfər olub. N.Səmədovun sözlərinə görə, Azərbaycana daha çox Gürcüstan, Rusiya, İran və Türkiyədən turistlər gəlib. Azərbaycandan xaricə gedən turistlərin sayı isə 3,5 milyon olub. Azərbaycan turistləri Dubay, Türkiyə, Gürcüstan və Rusiyaya gediblər: “2011-ci ildə turizm sektorunda çalışan işçilərin sayı 7 min 739 nəfər təşkil edib”. Nazirlik rəsmisi bildirib ki, 2012-ci ilin 6 ayının göstəricilərinə görə, mehmanxanların sayı 506-a çatıb. İki il ərzində dünyaca məşhur mehmanxanlar inşa edilib, hazırda 50-yə yaxın mehmanxana tikintisi aparılır.
    17.11.12 Məqaləni oxumaq
     
    Bakıda sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I beynəlxalq konqresi keçirilir
    Bu gün Bakıda sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I beynəlxalq konqresi işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələri, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzlərinin nümayəndələri, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, bəzi valilik, bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri iştirak ediblər. Tədbirin təşkilatçısı olan “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizmi geniş potensiala malikdir: “Beynəlxalq konqresin keçirilməsi iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək”.
    08.11.12 Məqaləni oxumaq
     
    ATİ-də turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək
    16-17 noyabrda Azərbaycan Turizm İnstitutunda (ATİ) “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı I Beynəlxalq Elmi Konfrans keçiriləcək. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransın proqramına Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Bolqarıstan, Almaniya kimi ölkələrin alim və tədqiqatçılarının məruzələri daxil edilib. 2 gün davam edəcək konfransda məruzələr 4 dildə (Azərbaycan, türk, rus və ingilis) ediləcək. Konfransa ölkəmizin tanınmış elm adamları, millət vəkilləri, turizm sənayeçiləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri dəvətlidir.
    08.11.12 Məqaləni oxumaq
     
    Türkiyə və Azərbaycan teatrları bir araya gələcək
    Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan Türkiyədən yaradıcılıq ezamiyyətindən qayıdıb. O, Türkiyə EKsanat Teatrının rəsmi dəvəti ilə teatrın aktyorlarına “ustad dərsləri” keçib.

    Bu barədə “KƏLAMİNFO”ya məlumat verən İ.Soltanın sözlərinə görə, yaxın gələcəkdə EKsanat Teatrı və Bakı Uşaq Teatrının birgə planlaşdırdıqları çox maraqlı layihəyə start veriləcək: “Layihənin birinci (hazırlıq) mərhələsi çox uğurla başa çatıb. Türkiyənin Sinop şəhərində gerçəkləşən mərhələsinin nəticəsi olaraq, EKsanat Mərkəzi tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Bakı Uşaq Teatrının ünvanına təşəkkür məktubu ünvanlanıb. Layihənin ikinci mərhələsinin noyabrın sonu Bakıda gerçəkləşməsi gözlənilir”.
    Layihənin rəhbərləri EKsanatMərkəzinin direktoru Erhan Kaya və Bakı Uşaq Teatrının rəhbəri İ.Soltandır.
    07.11.12 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Londonda ənənəvi "WTM 2012" Beynəlxalq Turizm Sərgisində iştirak edir
    Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi "WTM 2012" Beynəlxalq Turizm Sərgisi keçirilir. Sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin 2 nəfər əməkdaşı daxildir. Həmçinin sərgidə 11 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC", "SW travel", "ENC tours", "Billur tur", "Eurotourism", "The tour", "Turizm.az", "Victory tour", 2 mehmanxana "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach Hotel" və Azərbaycan Qolf Federasiyası təmsil olunur.
    05.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30