Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 65 66 67 68 69 70 71 72 73 » #
    ADU-da “Səkkiz qadın” əsəri ingilis dilində nümayiş olunacaq
    Aprelin 21-də Azərbaycan Dillər Universitetinin əsas binasında (ADU) ADU-nun I kurs tələbələrinin ifasında məşhur fransız dramaturqu Rober Tomanın “Səkkiz qadın” əsərinin İngilis dilində səhnələşdirilmiş tamaşasının nümayişi olacaq. ADU-nun mətbuat xidmətindən Zeynab Kazımovanın KƏLAMİNFO-ya verdiyi məlumata görə, tamaşa Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə səhnələşdirilib. Qeyd edək ki, Azərbaycan Dillər Universitetində mütəmadi olaraq müxtəlif tamaşalar xarici dillərdə səhnələşdirilir. Bu tələbələrin xarici dil biliklərini kommunikativik baxımdan daha da inkişaf etməsinə kömək edir.
    19.04.10 Məqaləni oxumaq
     
    “Turizm haqqında” qanuna dəyişikliklər ediləcək
    “Turizm haqqında” qanuna əlavə və dəyişikliklər üzərində iş aparılır. Bu məqsədlə xüsusi bir komissiya yaradılıb və bu komissiya bütün təklifləri topladıqdan sonra Milli Məclisə təqdim edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov verib. Onun sözlərinə görə, ötən dövr ərzində turizm sahəsinə aid qanunvericilik sənədlərinin təkmilləşdirilməsi üçün lazımi işlər görülüb və görülməkdədir. Bunlar turizm sahəsində fəaliyyət göstərən şirkətlərin sertifikatlaşdırılması, qeydiyyatı və digər məsələləri əhatə edir. “Bu qanunda müasir dövrün tələblərinə cavab verən məsələlər, dəyişikliklər öz əksini tapacaq və mən inanıram ki, bundan sonra daha yeni turizm obyektləri fəaliyyətə başlayacaq və onların daha yeni formada, müasir standartlara cavab verən iş üslubunda fəaliyyət göstərəcəyinin şahidi olacağıq”,-deyə F.Qürbətov bildirib.
    17.04.10 Məqaləni oxumaq
     
    Xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib
    Bu gün gecə saat 04:00 radələrində Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Milli Dram Teatrın direktoru Maqbet Bunyatov verib. T.Adıgözəlovun dünən bütün günü teatrda olduğunu diqqətə çatdıran M.Bunyatovun sözlərinə görə, aktyor gecə saat 01.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Aktiyorun bu gün gecə saat 04.00 radələrində vəziyətinin ağır oluğunu görən ailəsi təcili yardım çağrıb. Lakin həkimlər aktiyorun evinə gəlincə, onu xilas edə bilməyiblər. M.Bunyatov teatr təmirdə olduğu üçün, aktyoru bu gün saat 15:00-da evindən dəfn olunmağa aparılacağını bildirib. Qeyd edək ki, T.Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.
    16.04.10 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrı beynəlxalq festivalda iştirak edəcək
    Aprelin 18-dən 26-dək Bakı Uşaq Teatrı Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Uşaq Festivalında iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Teatr kollektivi festivalda “Allahın bəlası” adlı tamaşa ilə çıxış edəcək.
    15.04.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi əməkdar incəsənət xadimi R.İsmayılovun xatirə gecəsini keçirəcək
    Cari il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Gecədə rejissorun uşaqlar üçün çəkdiyi “Asif, Vasif, Ağasif” filminin nümayişi və filmin yaradıcı heyəti ilə görüş keçiriləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    Uşaqların rəsm əsərlərinin sərgisi reallaşacaq
    Cari il aprelin 25-dən 30-dək Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında uşaqların rəsm əsərlərinin sərgisi reallaşacaq. Sərginin təşkilatçısı Ekoloji Plakat Studiyasıdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya studiyadan veriblər. Sərgi uşaqların ekologiyaya münasibəti mövzusundadır. Sərgidə 6-15 yaşlı 35 uşağın əsəri təqdim olunacaq. Burada natürmortlar, qrafik işlər, şüşə üzərində çəkilən rəsm əsərləri, eləcə də parçadan hazırlanan işlər nümayiş etdiriləcək.
    14.04.10 Məqaləni oxumaq
     
    Turizmin inkişafına dair Dövlət Proqramının təqdimatı keçirilib
    Bu gün Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatını keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizim sahələrinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf sektorlarından birinə çevrilməsinin təmin edilməsidir. “Bu məqsədə nail olunması üçün ölkədə turizim infrastrukturunu beynəlxalq tələblər səviyyəsinə çatdırmaq vacibdir”,-deyən Ə.Qarayev bildirib ki, proqramda Azərbaycanın zəngin mədəni irsi, mədəniyyət imkanlarının turizm üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və bunun üçün peşəkar kadrların hazırlanmasına xüsusi önəm veriləcək: “Hesab edirəm ki, bu proqram 4 il ərzində mütləq icra olunmalı, turizm sənayesini növbəti mərhələyə və daha yüksək səviyyəyə çıxarmalıdır.
    14.04.10 Məqaləni oxumaq
     
    Simli alətlər üzrə II Respublika Müsabiqəsi keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyi cari il 17-21 may tarixlərində Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə II Respublika müsabiqəsini keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqə skripka, alt, violonçel, arfa alətləri üzrə üç yaş qrupunda keçirilir. I qrupa 9-11 yaş, II qrupa 12-14 yaş, III qrupa 15-17 yaş həddində olan uşaqlar daxildir. Keçiriləcək müsabiqə 2 turdan ibarət olacaq. Müsabiqənin şərtləri barədə ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə müraciət etmək olar.
    14.04.10 Məqaləni oxumaq
     
    ADU-da bədii yaradıcılıq festivalı keçiriləcək
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Festivalda ADU-nun tələbələri “Heydər atamız”, “Xilaskar”, “Vətən” və s. şerlər səsləndirəcək, musiqilər ifa edəcək və milli rəqs nümunələri nümayiş etdirəcəklər. Bundan başqa ulu öndərin həyat yolundan bir səhifə kino- sujet tamaşaçılara təqdim ediləcək.
    13.04.10 Məqaləni oxumaq
     
    ADU-da Ələddin Əliyevin 70 illiyinə həsr olunmuş mərasim keçiriləcək
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon şurasının üzvü, ADU-nun prorektoru Ələddin Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş mərasim keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Tədbirdə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Abuzər Xələfov, Milli Məclisin deputatı, YAP Nəsimi rayon şöbəsinin sədri Məlahət Həsənova, təhsil nazirinin müavini Elmar Qasımov və ADU-nun professor-müəllim heyəti iştirak edəcək.
    09.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 65 66 67 68 69 70 71 72 73 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30