Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 64 65 66 67 68 69 70 71 72 » #
    Almaniya - Azərbaycan Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib
    Bakı Caz Mərkəzində Almaniya - Azərbaycan Cəmiyyətinin yaradılmasının 20 illiyi qeyd olunub. KƏLAMİNFO xəbər verir ki, tədbirdə respublikamızın bir sıra tanınmış ali məktəblərinin rəhbərləri, təhsil işçiləri, mədəniyyət xadimləri, Almaniyadan qonaqlar, cəmiyyətin İdarə Heyətinin üzvləri və Almaniyanın ölkəmizdəki səfiri Kristofer Ştançina iştirak edib. Almaniya – Azərbaycan Cəmiyyətinin idarə heyətinin sədri, professor Çingiz Abdullayev ötən 20 il ərzində cəmiyyətin keçdiyi yol və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu illər ərzində cəmiyyətin fəaliyyəti çoxşaxəli olub, sosial-mədəni tədbirlərlə yanaşı, tarix sahəsində ciddi elmi-tədqiqat işləri aparılıb, diasporanın formalaşmasına dəstək olub, hər iki ölkədə elm və iqtisadiyyatın aktual tədqqat obyektlərinə həsr olunmuş beynəlxalq konfranslar keçirilib. Tədbirdə çıxış edənlər ötən müddət ərzində cəmiyyətin fəaliyyətinə yüksək qiymət verib, bu işlərin həyata keçirilməsində cəmiyyətin sədri, professor Cingiz Abdullayevin rolunu xüsusi vurğulayıblar.
    01.05.10 Məqaləni oxumaq
     
    Sumqayıtda Tarix Muzeyi istifadəyə veriləcək
    Sumqayıt şəhərinin Tarix Muzeyində aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Tarix Muzeyində yeni ekspozisiyaların müasir texniki vasitələrdən istifadə etmək tərtibatı, iş yerlərinin müasir avadanlıqlarla təminatı ilə bağlı işlər yekunlaşmaq üzrədir. Sumqayıt Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənmiş fərdi tərtibat layihəsi əsasında yeni ekspozisiyanın tərtibat işləri, avadanlıq hazırlanması, xüsusi işıqlandırma işləri aparılır. Tarix Muzeyinin əsas mövzu strukturu və xronoloji çərçivəsi XX əsrin 30-cu illərindən başlayaraq müasir dövrə qədər vaxtı əhatə edir. Muzeyin fondunda 15 000-dən artıq eksponat mövcuddur. Qeyd edək ki, yaxın günlərdə Muzey istifadəyə veriləcək.
    30.04.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun iclasına qatılacaq
    Cari il mayın 3-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Parisə səfər edəcək. Məqsəd 2011-ci ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun YUNESKO qərargahında 2-ci iclasında iştirak etməkdir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycan Respublikasının YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları da iştirak edəcək. İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə koordinatorların müəyyənləşdirilməsi və dəvət ediləcək qonaqların siyahısının tərtibi ilə bağlı danışıqlar aparılacaq. Müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirləri, əsası qoyulacaq yeni layihələr, təşəbbüslər və s. məsələlər barədə müzakirələr aparılacaq.
    29.04.10 Məqaləni oxumaq
     
    “Zirvədəki şəxsiyyətlərimiz” mövzusunda ədəbi-bədii tədbir keçiriləcək
    Aprelin 30-da Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində “Zirvədəki şəxsiyyətlərimiz” mövzusunda ədəbi-bədii tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi ilə birgə keçiriəcəyi tədbirdə “Molla Nəsrəddin” jurnalının işıq üzü görməsində və nəşrində Cəlil Məmmədquluzadənin fəaliyyəti, onun Azərbaycan ədəbiyyatı və mətbuatında əvəzsiz xidmətindən, mollanəsrəddinçilərdən ətraflı söz açılacaq. Tədbirdə C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçıları, Bakı muzeylərinin əməkdaşları iştirak edəcəklər.
    28.04.10 Məqaləni oxumaq
     
    Muzey Mərkəzində TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı keçirilir
    Bu gün Bakıda Muzey Mərkəzində TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda seminarı Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Seminarın açılışına TÜRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər qatılıblar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edrək seminarla bağlı fikirlərini bildirib. O, tədbirin ilk günü “Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri” mövzusunda məruzə dinləniləcəyini söyləyib. Qeyd edək ki, günün ikinci yarısında seminar iştirakçıların 2010-cu il üçün Azərbaycanın sənətkarlıq paytaxtı elan olunan Şəkiyə yola düşməsi və aprelin 28-də seminarın işini Şəki şəhərində davam etdirməsi planlaşdırılır.
    28.04.10 Məqaləni oxumaq
     
    “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimini keçiriləcək
    Aprelin 28-də Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Xarici ədəbiyyat zalında “Görkəmli adamların həyatı“ seriyasından nəşr edilən, məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı kitab Moskvanın “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görüb. Z.Əliyevanın zəngin həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı bədii-publisistik materiallar və fotoşəkillərin toplandığı kitab bu böyük insana həsr olunmuş çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutur. “Zərifə Əliyeva” kitabı “Dastanın başlanğıcı” və “Əbədiyyət dastanı” adlı giriş və son bölmələri arasına daxil edilən 16 fəsildən ibarətdir. Daha bir kiçik bölmədə Zərifə xanımın həyat və fəaliyyəti qısa xronoloji ardıcıllıqla oxucuya təqdim olunur. Fəsillər isə “Hippokrat və oftalmologiya”, “Zərifə və Heydər”, “Xatirələr... Xatirələr...”, “Məhəbbət haqqında əfsanə”, “İnsanlara bəxş olunan işıq”, â€śİşığın davamı” və digər maraqlı hissələrdən ibarətdir.
    24.04.10 Məqaləni oxumaq
     
    Astarada Uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsi keçiriləcək
    Mayın 17-21-də Astarada Uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müsabiqə Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması məqsədi daşıyır.
    23.04.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi əməkdaşları üçün beynəlxalq təlimlər planlaşdırır
    Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimlərin keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Təlimlərin keçirilməsi məqsədilə Rusiya Kulturologiya İnstitutunun direktor müavini N.Kryukova və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrasının direktoru N.Çikovani Azərbaycana dəvət olunublar. Təlimlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin binasında cari ilin 22-23 aprel tarixlərində keçiriləcək. Təlimlər zamanı Rusiya və Gürcüstanın tanınmış alimləri elmi işin təşkili, elmi tədqiqatlara qrant imkanlarının cəlb olunması, kulturologiyada müasir tendensiyalar və onların təzahür formaları, habelə digər bir sıra aktual məsələlərə dair öz məsləhətlərini verəcəklər. Yerli mütəxəssislər üçün təşkil olunacaq təlimlərin başlıca məqsədi Azərbaycanda milli mədəniyyətşünaslıq məktəbinin yaradılmasıdır.
    23.04.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Sabirabadda kənd mədəniyyət işçiləri ilə görüş keçirir
    Bu gün Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri Sabirabad rayonunda kənd mədəniyyət işçiləri ilə görüş keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində, mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Tədbirdə Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov regionların iqtisadi inkişafı ilə bağlı görülən müvafiq tədbirlər, mədəniyyət və turizm sahələrində dövlət siyasətinin əsas istiqamətləri haqqında məlumat verəcək. Eyni zamanda rayon mədəniyyət müəssisələrinin fəaliyyətində olan nöqsan və çatışmazlıqlar da qeyd olunacaq, onların həlli yolları müzakirə ediləcək.
    23.04.10 Məqaləni oxumaq
     
    Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcək
    Aprelin 21-də Dövlət Film Fondunda görkəmli şair və dramaturq Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Film Fondundan veriblər. Slavyan Universiteti ilə Film Fondunun birgə təşkil edəcəyi tədbirdə Sabit Rəhmanın yaradıcılığından söhbət açılacaq, ssenari müəllifi olduğu “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərindən fraqmentlər göstəriləcək.
    20.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 64 65 66 67 68 69 70 71 72 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30