Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
    Bakıda “İncəsənət tariximizin pillələri” adlı tematik sərgi keçiriləcək
    Cari il may ayının 19-dan 24-dək Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı tematik sərgi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərgidə bir sıra tanınmış fırça və tişə ustalarının rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək. Müəlliflər Bəhruz Kəngərli, Əzim Əzimzadə, Əlibəy Hüseynzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Salam Salamzadə, Reyhan Topçubaşova, Lətif Feyzullayev, Sadıq Şərifzadə, Boyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Yelizaveta Tripolskaya, Rəhim Quliyev və digərlərindən ibarət olacaq.
    18.05.10 Məqaləni oxumaq
     
    “Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə Oslodadır
    “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə yarışmanın keçiriləcəyi Oslo şəhərindədir. KƏLAMİNFO xəbər verir ki, Səfurə Əlizadə yarışmanın keçiriləcəyi şəhərin hava limanında təntənəli qarşılanıb. Norveçdə yaşayan həmvətənlərimiz, eləcə də Norveçdəki Azərbaycan Gənclər Təşkilatının üzvləri əllərində Azərbaycan bayraqları, gül dəstələri və S.Əlizadənin şəkillərini tutublar. Soydaşlarımız gənc müğənniyə inandıqlarını, onun müsabiqədə ölkəmizə layiqli yer qazandıracağına əmin olduqlarını bildiriblər. S.Əlizadə isə Azərbaycanı müsabiqədə layiqincə təmsil edəcəyini bildirib. Qeyd edək ki, mayın 16-da Oslonun xüsusi olaraq müsabiqə üçün hazırlanmış “Telenor Arena”sında müsabiqə təmsilçilərinin ilk məşqi keçirilib. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda “Drip ” mahnısı ilə çıxış edəcək. Onu səhnədə ukraynalı rəqqaslar müşayiət edəcək. Müsabiqənin final mərhələsi mayın 29-da keçiriləcək.
    18.05.10 Məqaləni oxumaq
     
    "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda regional seminarlar keçirilir
    Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarlar davam edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" adlı seminarlar Gəncə, Lənkəran, Şirvan və Mingəçevir şəhərlərində, habelə Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunub.
    15.05.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Çingiz Əbdülməcid oğlu Fərzəliyev Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Muzeyinin direktoru vəzifəsində işləmiş İsrafil Ramazan oğlu İsrafilov isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə keçirilib.
    15.05.10 Məqaləni oxumaq
     
    “Azərbaybaycan İncəsənəti” adlı ensiklopedik məlumat kitabı nəşr olunub
    Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaybaycan İncəsənəti” adlı uşaqlar üçün ensiklopedik məlumat kitabının 1-ci cildi ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Kitabın Bakı və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz paylanması nəzərdə tutulub.
    13.05.10 Məqaləni oxumaq
     
    Gədəbəydə “Qızıl Gədəbəy” adlı III Kitab bayramı keçirilib
    Bu gün Gədəbəy rayonunda “Qızıl Gədəbəy” başlığı altında III Kitab bayramı keçirilir. Kitab bayramı ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Kitab bayramında rayonda yaşayan uzunömürlülər haqqında “Gədəbəyin 100 yaşlıları” sərgisi, habelə rayonun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi eksponatlar nümayiş etdirilib. Rayon Mədəniyyət evinin musiqi kollektivlərinin və rayondakı aşıq kollektivlərinin çıxışları bayram iştirakçılarının alqışları ilə qarşılanıb. Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları da iştirak ediblər.
    13.05.10 Məqaləni oxumaq
     
    Akademik Milli Dram Teatrının direktoru dəyişdirilib
    Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatov və teatrın baş rejissoru Mərahim Fərzəlibəyov tutduqları vəzifədən azad edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Qərar teatr rəhbərliyinin bu gün keçirdiyi yığıncaqda qəbul olunub. Teatrın direktoru vəzifəsinə Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov təyin olunub, baş rejissor vəzifəsi isə hələlik boş qalıb. Digər qərara əsasən teatrın baş rejissoru vəzifəsində çalışan Mərahim Fərzəlibəyov bundan sonra rejissor vəzifəsini tutacaq.
    13.05.10 Məqaləni oxumaq
     
    “Azərbaycan İncəsənəti” adlı ensiklopedik məlumat kitabı nəşr olunub
    Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaybaycan İncəsənəti” adlı uşaqlar üçün ensiklopedik məlumat kitabının 1-ci cildi ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Kitabın Bakı və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz paylanması nəzərdə tutulub.
    13.05.10 Məqaləni oxumaq
     
    Bakıda “Xan Karvansarası” adlanan tarixi abidə yenidən təmir olunub
    “İçəri Şəhər”də “Xan Karvansarası” adlanan abidədə əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb. Bununla əlaqədar olaraq bu gün abidənin açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan məlumat veriblər. Açılış mərasiminə qatılanlara “Kiçik Karvansara” və “İncəsənət Bağı” haqqında ətraflı məlumat verilib və xalq sənətkarlığının müxtəlif nümunələri təqdim olunub. Açılışda müasir kuklaçı-rəssam Elmira Abbaslının “İçərişəhərin obrazları” sərgisi nümayiş etdirilib. “İncəsənət Bağı”nın da yaxın iki həftə ərzində tamaşaçılar üçün açıq olacağı vurğulanıb.
    12.05.10 Məqaləni oxumaq
     
    Ağdaşda III ənənəvi Kitab Bayramı keçirilib
    Ağdaş rayon Mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə III ənənəvi Kitab Bayramı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Kitab bayramında balaca istedadların hazırladığı “Bacarıqlı əllər” sərgisi iştirakçıların marağına səbəb olub. Sonra tədbir iştirakçıları “Zamanın lideri”, “Əbədiyaşarlıq zirvəsi”, “Gənclər vətən uğrunda”, “Böyük Qələbə-65”, “Yazılsın tarixə bir qızıl xətlə”, “İncəsənətdə müharibə mövzusu”, “Ədəbiyyatımızın nəsri” kitab sərgiləri ilə tanış olublar. Tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və yerli mətbuat nümayəndələri iştirak ediblər.
    06.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30