Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Astanada tolerantlıq, insan hüquqlarının qorunması və mədəniyyətlərarası dialoqla əlaqədar ATƏT-in konfransı keçiriləcək
    İyunun 29-30-da Astanada tolerantlıq, insan hüquqlarının qorunması və mədəniyyətlərarası dialoqla əlaqədar ATƏT-in konfransı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə quruma üzv olan 56 ölkədən, o cümlədən Azərbaycandan nümayəndə heyəti iştirak edəcək. Konfransda ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev geniş məruzə ilə çıxış edəcək. Konfransın keçirilməsində məqsəd bu mühüm məsələlərlə əlaqədar ATƏT çərçivəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək göztərilməsindən ibarətdir. ATƏT-in üzvü olan ölkələrin ekspertləri tolerantlıq və insan hüquqlarının qorunması üzrə etniklərarası və konfessiyalararası dialoq mexanizminin yaradılması sahəsində təcrübə mübadiləsi də aparacaqlar.
    09.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti XVII Beynəlxalq Krım Konfransına qatılıb
    Bu gün Ukraynanın Krım Vilayətində XVII Beynəlxalq Krım Konfransı öz işinə başlayır. Konfransda Azərbaycan da təmsil olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycan nümayəndə heyətinə cəmi 18 nəfər olmaqla Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə göndərilən mütəxəssislər, habelə Prezident Kitabxanası, Xarici İşlər Nazirliyinin kitabxanası, Bakıdakı Amerika Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndələri daxildir. Konfransda dünya kitabxana-informasiya sahəsində baş verən yeniliklər, kitabxana işinin inkişafı, muzey və kitabxanaların avtomatlaşdırılması, kitabxanalar vasitəsi ilə məsafəli təhsilin həyata keçirilməsi və s. maraqlı məsələlər müzakirə olunacaq.
    08.06.10 Məqaləni oxumaq
     
    Bakıda “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda konfrans keçiriləcək
    İyunun 10-u 12-də Bakıda Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq konfrans təşkil edəcəklər. KƏLAMİNFO xəbər verir ki, tədbirlərdə İƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan İƏT tərəfindən ekoturizm üzrə fəaliyyət proqramının əlaqələndiricisi təyin olunub.
    07.06.10 Məqaləni oxumaq
     
    Dahi rus şairi A.S.Puşkinin ildönümünə həsr olunan tədbir keçiriləcək
    İyunun 5-də dahi rus şairi A.S.Puşkinin anadan olmasının 211-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, A.S.Puşkinin şərəfinə ucaldılan abidənin önündə təşkil olunacaq tədbir “Birlik” Azərbaycan Xalqının Həmrəyliyi Cəmiyyəti və Səbail rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə reallaşacaq. Tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin Departament direktoru Aleksandr Çepurin, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, “Azərbaycan-Rusiya” Cəmiyyəti, Azərbaycandakı Ukrayna Cəmiyyəti, millət vəkilləri və digər müvafiq qurum numayəndələri iştirak edəcəklər. Qeyd edək ki, ədəbi-bədii görüşü şairə Alina Talıbova aparacaq.
    04.06.10 Məqaləni oxumaq
     
    Bakıda Kulturoloqların II Milli Forumu öz işinə başlayıb
    Bu gün Bakıda “Mədəni müxtəliflik: sosial-siyasi dəyər kimi” mövzusunda Kulturoloqların II Milli Forumu öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Forumda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva artıq son bir neçə il ərzində kuturologiya elmi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini bildirib.
    03.06.10 Məqaləni oxumaq
     
    Nazir müavini: “Təbii fəlakət baş verən bölgələrdə turzimlə bağlı dəyişiklərin olması mümkündür”
    Ölkənin təbii fəlakət baş verən bölgələrində turzimlə bağlı hansısa dəyişiklərin olması mümkündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib. Nazir müavini qeyd etdi ki, bununla bağlı müvafiq tədbirlər də görülür. “Ötən bir il ərzində Azərbaycana 1 milyondan artıq turist gəlib. Cari ildə də planlaşdırırq ki, turizmin inkişafı ilə əlaqədar turistlərin ölkəyə gəlməsi artsın. Bununla əlaqədar olaraq təbii fəlakətin turizm sahəsinə təsir edən hissəsində də qabaqlayıcı tədbirlər görüləcək. Burada turistlər üçün tətbiq olunacaq qiymətlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edəcək”,-deyə S.Məmmədəliyeva açıqlayıb.
    03.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti “İslam ölkələrində memarlıq irsi” mövzusunda I beynəlxalq konfransda iştirak edib
    Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərində Kral Abdullah bin Əbdüləzizin himayəsi altında və Ali Turizm və Abidələr Təşkilatının təşəbbüsü ilə “İslam ölkələrində memarlıq irsi” mövzusunda I beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    03.06.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş sərgi təşkil edir
    Bu gün axşam saatlarında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Sərgi salonunda Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş sərginin açılışı olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tədbir ənənəvi olaraq hər ilin bu günü keçirilir. Sərgidə “DA' Art” Təsviri İncəsənət Mərkəzi və Bakı şəhər uşaq incəsənət məktəbləri şagirdlərinin 170-ə yaxın rəsm əsəri və əl işləri nümayiş etdiriləcək. Burada rəngkarlıq, qrafika, batika, şüşə üzərində naxış, tətbiqi incəsənət nümunələri, saxsıdan, gildən hazırlanmış əşyalar, kuklalar sərgilənəcək.
    02.06.10 Məqaləni oxumaq
     
    III ənənəvi kitab bayramına yekun vurulub
    Ölkə üzrə III ənənəvi kitab bayramına yekun vurulub. Yekun tədbir kimi Zaqatala, Şamaxı, Qubadlı (Sumqayıt şəhərində), Laçın (Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi) rayonlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və cari il “Ekologiya ili”nə həsr edilmiş III Kitab bayramı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən Kitab bayramında “Azərbaycanın dövlətçiliyi”, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev”, “Azərbaycan mədəniyyəti”, “Zəngin turizm potensialı” və s. adlı kitab və fotosərgilər nümayiş etdirilib. Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayonda keçirilən Kitab bayramında tədbir iştirakçıları əvvəlcə tarixi abidələri ziyarət etməklə və orada təmizlik işlərinin aparılması ilə başlanıb. Tədbir iştirakçıları yaşıllıq işləri aparıb və ekologiya ilinə öz töhfələrini veriblər. Sonra Kitab bayramı bədii hissə ilə davam etdirilib.
    01.06.10 Məqaləni oxumaq
     
    “Uşaq İncəsənət Festivalı - 2010” keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyi uşaqların beynəlxalq müdafiə günü münasibətilə xeyriyyə məqsədilə “Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan” şüarı altında “Uşaq İncəsənət Festivalı -2010” tədbiri keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlikdən veriblər. “Xöşbəxtlik planeti” mövzusunda keçirilən sərgidə nümayiş etdiriləcək sənət nümunələrinin satışı və əldə olunan vəsaitin kardio- cərrahiyyə əməliyyatına ehtiyacı olan uşaqlara sərf olunması nəzərdə tutulur. Tədbirin keçirilməsində məqsəd Respublikamızda fəaliyyət göstərən beynəlxalq icmalara məxsus yaradıcı uşaqlarla azərbaycanlı uşaqların birgə təcrübə və fikir mübadiləsi üçün şərait yaratmaq, uşaqlarda humanizm və vətənpərvərlik hisslərini oyatmaq, onları xeyriyyə aksiyalarına cəlb etməkdir. Tədbirdə TİSA (Azərbaycan Beynəlxalq məktəbi), Oxford məktəbi, Bakı Britaniya məktəbi, T.İsmayılov adına Uşaq yaradıcılıq studiyası, eləcə də, digər məktəb və dərnəklərdə təhsil alan istedadlı uşaqlar iştirak edəcəklər.
    31.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30